"Expressbank"ın mənfəətində üçqat artım
"Expressbank" ASC 2019-cu ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 3 milyon 128 min manat mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə Bankın mənfəəti 3,1 dəfə artıb. "Expressbank" 2018-ci ilin 1-ci yarısını 992 min manat mənfəətlə bağlamışdı.
“Marja” Bankın rüblük hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-iyun dövründə ötən ilin eyni dövrü ilə müqayisədə "Expressbank"ın faiz gəlirləri 25,4% artaraq 18 milyon 731 min manat, qeyri-faiz gəlirləri isə 29,7% artaraq 7 milyon 36 min manat təşkil edib.
Ötən ilin 1-ci yarısında "Expressbank"ın ehtiyatından 1 milyon 224 min manat azad olmuşdu. Bu ilin eyni dövründə isə ehtiyatın 201 min manatı azad olaraq faiz gəlirinə əlavə edilib.
Həm gəlirlərinin artması, həm də ehtiyatın bir hissəsinin azad olması "Expressbank"ın mənfəətinin artmasını təmin edib. Bankın ehtiyata vəsait ayırmaması ehtimal olunan kredit itkilərinin artmaması ilə bağlıdır.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
30 İyun 2018-ci il tarixi ilə müqayisədə "Expressbank"ın cəmi aktivləri azalsa da müştərilərə verilən kreditlər artıb. Bankın aktivləri 20,7% azalaraq 348 milyon 662 min manata düşüb. Bankın aktivlərinin kiçilməsi əsasən müştəri depozitlərinin azalması ilə bağlı olaraq nağd pulun azalması ilə bağlıdır. Müştərilərə verilən kreditlər təxminən 40 milyon manat və ya 19,5% artaraq 30 İyun 2019-cu il tarixində 245 milyon 354 min manata çatıb.
Ötən ilin 1-ci yarısının sonu ilə müqayisədə "Expressbank"da müştəri depozitləri 31% azalaraq 180 milyon 366 min manata düşüb. Müştəri depozitlərinin azalması əsasən hüquqi və fiziki şəxslərin hesablarındakı vəsaitin azalması ilə bağlıdır. "Expressbank" hesabatında qeyd edib ki, cari ilin əvvəlindən əhalinin əmanətləri 15% və ya 18.3 milyon manat artmışdır.
KAPİTALI AZALIB
2018-ci ilin 1-ci yarısının yekunu ilə müqayisədə Bankın cəmi öhdəlikləri 23,4% azalaraq 225 milyon 934 min manata, cəmi kapitalı isə 15,4% azalaraq 122 milyon 728 min manata geriləyib. Kapitalın azalması ötən ilin zərəri ilə bağlıdır. "Expressbank" 2018-ci ili 23 milyon 755 min manat zərər ilə bağlamışdı.
Qeyd edək ki, "Expressbank" ASC-nin nizamnamə kapitalının 40%-i "Azenco Group" MMC-yə, 25%-i Xammədov Hikmət Hacəmməd oğluna, 17.69%-i "Enerqoservis" MMC-yə, 17%-i Seyidov Hafiz Mirzağa oğluna və 0.31%-i Dövlət Avtomobil Nəqliyyatİ Xidmətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
4 saat əvvəl
"PAŞA Sığorta" qrupu 2026-cı ilin 1-ci yarısını xalis mənfəətlə başa vurub
-
-
5 saat əvvəl
"Meqa Sığorta" qrupu 2026-cı ilin 1-ci yarısını xalis mənfəətlə başa vurub
- 5 saat əvvəl
-
5 saat əvvəl
“GL” ASC 15 faiz gəlirli istiqrazlarla 1 milyon manat cəlb edir
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Qala Sığorta" qrupu 2026-cı ilin 1-ci yarısını xalis mənfəətlə başa vurub
-
6 saat əvvəl
Beynəlxalq reytinq agentliyi "AFB Bank"a “Stabil” qiymətini verdi
-
7 saat əvvəl
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
- 22 saat əvvəl
-
1 gün əvvəl
Fitch Ratings: AFB Bankın depozit artımı orta bazar göstəricilərini üstələyib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
“GL” ASC 15 faiz gəlirli istiqrazlarla 1 milyon manat cəlb edir
Beynəlxalq reytinq agentliyi "AFB Bank"a “Stabil” qiymətini verdi
Ən çox oxunanlar
Əliyevlə Tramp arasında telefon danışığı olub
İsrailin Azərbaycandakı səfiri Prime Cotton-u ziyarət edib
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
"İpək Yolu Sığorta"nın mənfəəti 15 %-ə yaxın azalıb
Gəlirləri artsa da, mənfəəti kəskin düşün – “A-Qrup Sığorta”nın mənfəəti 3 dəfəyə yaxın azalıb

























