Daha bir bank yarımillik maliyyə vəziyyətini açıqladı

“Turanbank” ASC 2019-cu ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 150 min manat xalis mənfəət ilə başa vurub. Bank 2019-cu ilin yanvar-mart dövrünü 109 min manat xalis mənfəətlə bağlamışdı. İkinci rübdə (aprel-iyun) “Turanbank”ın xalis mənfəəti 41 min manat təşkil edib.
Ötən ilin 1-ci yarısı ilə müqayisədə 2019-cu ilin 1-ci yarısında “Turanbank”ın xalis mənfəəti 27% azalıb. Belə ki, Bank ötən ilin ilk 6 ayını 205 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalmasının səbəbi Bankın qeyri-faiz xərclərinin artmasıdır.
“Marja” Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, ötən ilin 1-ci yarısında 15 milyon 9 min manat təşkil etmiş faiz gəlirləri, bu ilin 1-ci yarısında 16 milyon 385 min manata yüksəlib (1 milyon 376 min manat və ya 9,2% artıb).
Bankın qeyri-faiz gəlirləri isə 1 milyon 716 min manatdan 1 milyon 577 min manata düşüb (139 min manat və ya 8,1% azalıb).
CƏMİ XƏRCLƏRİ CƏMİ GƏLİRLƏRİNDƏN ÇOX ARTIB
Ötən ilin 1-ci yarısı ilə müqayisədə cari ilin 1-ci yarısında “TuranBank”ın cəmi gəlirləri 1 milyon 237 min manat və ya 7,4% artaraq 17 milyon 962 min manat təşkil edib.
Ötən ilin 1-ci yarısı ilə müqayisədə cari ilin 1-ci yarısında “TuranBank”ın cəmi xərcləri isə 1 milyon 796 min manat və ya 10% artaraq 17 milyon 876 min manata yüksəlib. Cəmi xərclərin 1 milyon 796 min manat artması cəmi gəlirlərin 1 milyon 237 min manat artmasını tamamilə silib.
“TuranBank” 2019-cu ilin birinci yarısını 85 min manat əməliyyat mənfəəti ilə başa vurub. Ötən ilin eyni dövründə bu məbləğ 645 min manat idi.
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın 65 min manatının azad olması hesabına ilk 6 ayda “TuranBank”ın xalis mənfəəti 150 min manata yüksəlib. Bank ötən ilin eyni dövründə ehtiyata 440 min manat ayırmış və 645 min manat əməliyyat mənfəəti 205 min manata düşmüşdü.
BANIN AKTİVLƏRİ YARIM MİLYARD MANATI AŞIB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
30 İyun 2019-cu il tarixində “TuranBank” 510 milyon 934 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 319 milyon 759 min manatını müştərilərə verilən kreditlər təşkil edib. Ötən ilin sonunda Bankın 492 milyon 606 min manat aktivlərinin 313 milyon 80 min manatını müştərilərə verilən kreditlər təşkil etmişdi (ilk 6 ayda aktivlər 18 milyon 334 min manat, kreditlər 6 milyon 670 min manat artıb).
MÜŞTƏRİLƏRİN DEPOZİTLƏRİ ARTIB
İlk 6 ayda “TuranBank”da müştərilərin depozitləri 7 milyon 141 min manat artaraq 260 milyon 926 min manata çatıb. Bankın cəmi öhdəlikləri isə 8 milyon 183 min manat artaraq 441 milyon 656 min manata yüksəlib.
KAPİTALI ARTIRILIB
30 İyun 2019-cu il tarixində “TuranBank” 73 milyon 699 min manat məcmu kapitala malik olub. Ötən ilin sonunda Bankın məcmu kapitalı 63 milyon 542 min manat təşkil etmişdi. Məcmu kapitalın artmasının əsas səbəbi nizamanmə kapitalının 10 milyon 2 min manat artırılaraq 55 milyon 3 min manatdan 65 milyon 5 min manata qaldırılmasıdır.
Müştərilərin xəbərləri

"A-Solutions EPT" şirkətinin Direktoru "M360 Eurasia 2025"də rəqəmsal inkişafda tərəfdaşlıqların əhəmiyyətindən danışıb
SON XƏBƏRLƏR
-
1 gün əvvəl
"PAŞA Bank" “Talassemiyasız həyat naminə” devizi ilə qanvermə aksiyası keçirib
-
1 gün əvvəl
"Kapital Bank"ın 30 milyonluq istiqrazlarının yerləşdirilməsi baş tutub - 55 İNVESTORDAN 57 TƏKLİF
-
1 gün əvvəl
Dövlət borcu üzrə hesabatlıq funksionallığını təmin edən elektron modul istifadəyə verilib
-
-
1 gün əvvəl
Sükan dəyişikliyə doğru: WEY avtomobil brendi Azərbaycanda debüt etdi – FOTO – VİDEO ®
- 1 gün əvvəl
-
1 gün əvvəl
“McDonald's Azərbaycan”ın yeni restoranı Qala qəsəbəsində açılıb - FOTO
-
1 gün əvvəl
Şirkətlərin iflasının dövlət qeydiyyatına alınması qaydası müəyyənləşir
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan Kapital Bazarları Assosiasiyasının Direktorlar Şurasına sədr seçilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
İstehsalçılar, tədarükçülər və təchizatçılardan məlumatlar tələb olunacaq - NƏZARƏT GÜCLƏNDİRİLİR
- 1 gün əvvəl
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

"Kapital Bank"ın 30 milyonluq istiqrazlarının yerləşdirilməsi baş tutub - 55 İNVESTORDAN 57 TƏKLİF

Müflis olan fiziki şəxslərə dair tələb müəyyənləşir
Ən çox oxunanlar

Bank Zabratda filial açdı

İstehsalçılar, tədarükçülər və təchizatçılardan məlumatlar tələb olunacaq - NƏZARƏT GÜCLƏNDİRİLİR

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq
