"Azərbaycanda yeni beynəlxalq turizm konsepsiyası hazırlanır"
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisindəki Milli parklara direktor vəzifəsinə müsabiqə elan edib.
Namizədlərin bu vəzifəyə hansı əsaslarla seçilməsi və hansı meyarların üstünlük təşkil etməsi ilə bağlı nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə müsahibə verib.
- Milli parklara direktor vəzifəsinə müsabiqə elan edilməsi hansı məqsədi daşıyır?
- Hamımız bilirik ki, milli parklar xüsusi ekoloji, tarixi, estetik əhəmiyyəti olan təbiət komplekslərinin yerləşdiyi təbiəti mühafizə və elmi-tədqiqat idarəsi statusunda olan ərazilərdən ibarətdir. Artıq bu məfhumun özündən irəli gələrək bu idarələrin vahid kompleks altında çoxşaxəli istiqamətli fəaliyyətləri yerinə yetirdiyi məlum olur. Və təbii ki bu cür tələblər qoyulduğu halda bu qurumların idarə edilməsi tam hazırlıqlı və səriştəli şəxslər tərəfindən həyata keçirilməlidir.
Azərbaycanın ən nadir və zəngin təbiət ərazilərinin mühafizəsi, idarə edilməsi və onları layiqli şəkildə yerli və xarici qonaqlara tanıtmaq üçün bir daha qeyd etmək istərdim ki, bu idarələrə rəhbərlik edən şəxslər özlərində kompleks bacarıqları ehtiva etməlidir. Milli parklara hazırda təbii ki rəhbərlik olunur, əksər milli parkların direktorları təyin olunub. Amma biz sahəni təhlil edərək bu qənaətə gəldik ki, təbiət elmləri, idarəetmə, turizmin təşkili və menecmenti ilə bağlı bilik və təcrübəyə malik daha bacarıqlı kadrların cəlb olunması üçün şəffaf bir müsabiqə təşkil edək.
- Namizədlərdən nələr tələb olunur və onlar hansı meyarlara cavab verməlidir?
- Yuxarıda qeyd etdiyimiz kimi namizədlərdən kompleks bacarıqların olması tələb olunur. İlk növbədə, əlbəttə ki bu idarələr həm elmi-tədqiqat statuslu olduğundan, həm mühafizə komponentini özündə ehtiva etdiyindən, həm də birbaşa ekoturizmlə bağlı olduğundan bu rəhbər şəxslər təbiət elmləri, idarəetmə, turizmin təşkili və menecmenti ilə bağlı bilik, bacarıq və təcrübəyə malik olmalıdırlar. Direktorların yüksək natiqliq bacarığının olması Azərbaycanın nadir təbiət ərazilərinin təbliğatının təşkilində yerinə düşərdi. Eyni zamanda onların həm xarici dil biliyi, həm də zəngin dünyagörüşü olmalıdır ki, milli parkları bacarıqla davamlı idarə edə, həmçinin turizmin inkişafına nail ola və paralel olaraq elmi işi apara bilsinlər. Yəni bu ərazilər həm öyrənilməli, həm tədqiq olunmalı və onun nəticəsi ortaya qoyularaq turizmin inkişafına sərf olunaraq sonunda sinerjili bir nəticələrə gətirib çıxarmalıdır.
- Seçim necə aparılacaq və bütün milli parklar üçün nəzərdə tutulub?
- Biz seçimin tam şəffaf aparılmasında maraqlıyıq. Bildiyiniz kimi bununla bağlı nazirlikdə müsabiqə elan edilib, müsabiqə komissiyası yaradılıb. Müsabiqənin qiymətləndirilməsi üçün komissiyaya ETSN-nin, ölkədə təbiəti mühafizə sahəsində mühüm işlər görən İDEA İctimai Birliyinin, Dövlət Turizm Agentliyinin və AMEA-nın Zoologiya İnstitutunun mütəxəssisləri cəlb olunub. Bu qrup tərəfindən kompleks şəkildə namizədlərin bacarıqları qiymətləndiriləcək və seçim aparılacaq. Hazırda Ağgöl Milli Parkının direktor vəzifəsi vakantdır. İlk növbədə təbii ki, Ağgöl Milli Parkı üçün rəhbər seçiləcək, ondan sonra isə uğurlu nəticələr ortaya qoyan namizədlərin sırasından bir baza yaradılacaq, digər milli parklarımız da mərhələlərlə bu müsabiqəyə açıq elan edildikdə artıq həm o bazada olan namizədlərin içindən seçim aparılacaq, həm də yeni namizədlərin təklif və müraciətlərinə baxılacaq.
- Milli parklara yeni direktorların seçilməsi parkların idarə edilməsində yeniliklərin tətbiqi ilə əlaqadardır?
- Əlbəttə ki, milli parklarımız inkişaf edir. Əgər biz keçmişə nəzər salsaq bir neçə il əvvəl milli park ərazilərində görülən işlər yalnız mühafizənin təşkilindən ibarət idisə, bu gün artıq biz qapılarımızı turistlərə açmışıq, turizmi inkişaf etdirmək istəyirik. Azərbaycanda xarici mütəxəssislərin iştirakı ilə yeni beynəlxalq turizm konsepsiyası hazırlanır, milli park ərazilərində xarici konsepsiya əsasında marşrutların markalanması gedir, innovativ üsullardan istifadə olunaraq turistlərə məzmunlu məlumatlar çatdırılır ki, bütün bunlar da yeniliklərin tətbiqidir. Direktorlardan tələb olunan səriştə və bacarıqlardan biri də həmin bu innovativ məsələlərdə bacarığın olması, yeniliklərə meylin olması və bu sahədə kreativlikdir.
- Müraciət edənlər varmı, onların sonrakı mərhələdə seçilməsi prosesi nə vaxt yekunlaşacaq?
- İlkin mərhələdə 31 may tarixinədək müddət qoyulub. Hazırda maraqlanan və sənəd təqdim edən xeyli namizəd var. Lakin 31 may tarixi də müəyyən mənada şərtidir, çünki dediyimiz kimi ilkin mərhələdə Ağgöl Milli Parkına seçim edəcəyik. Paralel şəkildə digər milli park direktorlarının da bacarığı qiymətləndiriləcək və ehtiyac olduqca daxil olan sənədlər, həm də indi müraciət edənlər bazaya daxil ediləcək və onların müraciətindən istifadə olunacaq.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
1 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
2 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
2 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
2 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
2 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
-
3 saat əvvəl
Rusiya sülhü qəbul etməzsə…: ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Ən çox oxunanlar
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR
Bakı limanında “mafiya filmi” ssenarisi
OpenAI Amazon ilə 10 milyard dollar investisiya və süni intellekt çiplərindən istifadə barədə danışıqlara başlayıb









.webp)



.jpg)











.jpg)
