MTK sədrlərinə tapşırıq: "Çatışmazlıqları Sentyabrın 19-dək aradan qaldırın"
“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli Fərmanının icrası ilə əlaqədar tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, dövlət başçısının on minlərlə insanı sevindirən növbəti humanist addımı olan bu Fərmanın icrasının müəyyən olunmuş vaxtda başa çatdırılması məqsədilə FHN və digər aidiyyəti dövlət qurumları bütün lazımi addımları atır.
Qeyd edilən Fərman imzalandıqdan dərhal sonra yaşayış binalarının istismara hazırlığı ilə əlaqədar zəruri sənədlərin təqdim olunması, binaların sakinlərinin və sifarişçilərinin qəbulu işində operativliyin və şəffaflığın təmin edilməsi məqsədilə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə xüsusi qərargah yaradılıb və hazırda qərargah öz işini davam etdirir.
Fərmanla müəyyən olunduğu kimi, ilkin mərhələ olaraq iki ay ərzində faktiki istismar olunan, lakin müvafiq dövlət orqanları tərəfindən istismara qəbul edilməmiş binalarda müayinə işləri vaxtında başa çatdırılıb. Müayinənin və görülmüş operativ tədbirlərin nəticəsi olaraq 103 girişi, 7476 mənzili olan 39 binaya (kompleksə) dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada bu binaların istismara hazır olması barədə rəy tərtib edilib və aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Abşeron Rayon İcra Hakimiyyətinə təqdim edilib.
Bundan başqa, bu günə kimi qərargahda 290-dən çox yaşayış binasının (kompleksinin) nümayəndələri qəbul edilərək onlara zəruri izahatlar verilib.
Çatışmazlıqlar aşkar olunmuş yaşayış binalarında işlərin Fərmanla müəyyən olunmuş vaxtda başa çatdırılmasının təmin edilməsi, bu istiqamətdə qarşıya çıxan məsələlərin operativ həlli üçün birgə fikir mübadiləsinin aparılması məqsədilə 2019-cu il 30 aprel tarixində Fövqəladə Hallar Nazirliyinin inzibati binasında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə Fərmanın tətbiq olunduğu yaşayış binalarının sifarişçiləri, MTK sədrləri və həmin binalarda yaşayan sakinlərin bir qismi ilə görüş keçirilib. Görüşdə aidiyyəti qurumların rəhbər şəxsləri müayinə nəticəsində aşkar edilmiş qüsurlar, mövcud problemlər, onların həlli yolları və işlərin ümumi gedişi barədə məlumat veriblər. Bildirilib ki, Fərmana uyğun olaraq, növbəti mərhələ kimi 2019-cu il sentyabrın 19-dək çatışmazlıqlar aradan qaldırılmalı və binaların istismara qəbul olunması üçün aidiyyəti üzrə yenidən müraciət olunmalıdır. Bu istiqamətdə aidiyyəti dövlət orqanları lazımi dəstəyi göstərməyə hazırdır. Tədbirdə istismara hazırlığı baxımından müsbət rəyin verilməsi mümkün olmayan yaşayış binalarının sifarışçilərinin, MTK sədrləri və həmin binalarda yaşayan sakinlərin fikirləri, qarşıya çıxan məsələlərin aradan qaldırılması istiqamətində təklifləri dinlənilib, Fərmanın icrasından irəli gələn məsələlər geniş müzakirə edilib, mövcud problemlərin həlli yolları barədə ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Fərmandan irəli gələn məsələlərin icrası davam etdirilir və görülən işlər ölkə başçısının nəzarəti altındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 6 saat əvvəl
-
6 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
8 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 8 saat əvvəl
-
8 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
















