“PAŞA Bank”ın müştəriləri 1 ildə 20 faizdən çox artıb – BANKIN RƏHBƏRLİYİ HESABAT VERDİ
Bu gün “PAŞA Bank”ın 2018-ci ilin yekun nəticələrinin açıqlanmasına həsr olunmuş mətbuat konfransı keçirilib.
“Marja”nın məlumatına görə, mətbuat konfransıda Bankın İdarə Heyətinin Sədri Taleh Kazımov çıxış edərək bildirdi ki, Azərbaycanın bank sektorunun təxminən beşdən biri “PAŞA Bank”ın payına düşür:
“2018-ci ildə Azərbaycanın ümumi daxili məhsulu 1,4% artaraq 80 milyard manata çatıb. İqtisadiyyatın 64%-i qeyri-neft sektorunun, 36%-i neft-qaz sektorunun payına düşüb. Bank sektorunun cəmi aktivləri təxminən 28 milyard manat səviyyələrindən 30 milyard manat səviyyələrinə yükəlib. Ötən ilin sonunda “PAŞA Bank” aktivlər üzrə 16% bazar payına malik olub. Bank sektorunun kredit portfeli təxminən 12 milyard manatdan 13 milyard manata artıb. “PAŞA Bank”ın kreditlər üzrə isə 15% bazar payına malik olub”.
“PAŞA BANK”I SEÇİƏN ŞİRKƏTLƏR VƏ SAHİBKARLAR ARTIR
Taleh Kazımov qeyd etdi ki, 2018-ci ildə “PAŞA Bank”ın müştərilərinin sayı 20%-dən çox artıb: “Keçən il, 2018-2020-ci illər üzrə 3 illik inkişaf strategiyamızın ilk ili idi. Öz fəaliyyətimizi real sektorda fəaliyyət göstərən şəxslərə istiqamətləndirmişdik. İllik dövriyyəsi 8 milyon manatdan artıq olan korporativ müştərilərimizin sayı 25% artıb. Dövriyyəsi 8 milyon manatdan aşağı olan hüquqi şəxs və fərdi sahibkar müştərilərimizin, yəni kiçik və orta biznes müştərilərimizin sayı isə 20% artıb. Fiziki şəxs müştərilərin sayı isə 42 min artaraq 113 mindən 155 minə artıb. Biz bu istiqamətdə böyük potensial görürük. Bu sahədə fəaliyyətmizi daha da genişləndirmək niyyətindəyik”.
İLK SİNDİKATLAŞDIRILMIŞ KREDİT
Çıxışını “Ötən il “PAŞA Bank Azərbaycan”ın kredit portfeli 1,3 milyard manata çatıb” deyərək davam etdirən Taleh Kazımov əlavə etdi:
“2018-ci ildə ilk dəfə sindikatlaşdırılmış kredit müqaviləsinə imza atdıq. Müqavilənin dəyəri 13,5 milyon dollar həcmində idi. Sindikat iştirakçıları Azərbaycan bankları və sığorta şirkətləri olmuşdur. Biz bu maliyyə aləti üzrə 2019-cu ildə daha çox işlər görmək niyyətindəyik. Çünki görürük ki, böyük potensial var”.
Taleh Kazımov vurğuladı ki, 2018-ci ildə “PAŞA Bank”ın kredit portfelində qeyri-işlək kreditlərin xüsusi çəkisi kəskin azalıb:
“2018-ci ildə qeyri-işlək portfel 10,4%-dən 4,6%-ə düşüb. Son 5 ildə verilmiş kreditlərdə qeyri-işlək kreditlərin payı isə cəmi 1,9%-dir”.
2019-DA 150-DƏN ÇOX İŞÇİ QƏBUL EDİLƏCƏK
Rəqəmsallaşmaya baxmayaraq, “PAŞA Bank”ın böyüməsi və əməliyyatların artması işçilərin sayının artırılmasını tələb edir:
“Ötən ilin sonunda “PAŞA Bank”ın işçilərinin sayı 748-ə çatıb. İşçilərin 60%-ni kişilər, 40%-ni qadınlar təşkil edib. 2019-cu ildə əməkdaşlarımızın sayı 900-ə çatacaq. 2018-ci ildə əməkdaşlarımıza xərclərimiz 39 milyon manat təşkil etmişdir”,- Bankın sədri bildirdi.
Ötən il, bütün gömrük məntəqələrində PAŞA Bankın Pos-terminalları quraşdırılıb, Bankın “Ləndmark” filialı istifadəyə verilib, ilk dəfə “PAŞA Bank” Azərbaycan Manatını xarici ölkələrə ixrac etmişdir.
2019-DA GÖRÜLƏCƏK İŞLƏR
“PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımov 2019-cu ildə görüləcək işlər barədə də qısa məlumat verdi:
“2019-cu il strategiyamızın 2-ci ilidir. Bu il daha çox müştəri xidmətlərimizin keyfiyyətini və sürətini artırmaq üçün proseslərimizi rəqəmsallaşdırmaq və avtomatlaşdırmaq niyyətindəyik. Data mərkəzinin qurulması davam etdirilir. Avtomatlaşdırılmış Müştəri İdarəedilməsi Sisteminin tətbiq olunması nəzərdə tutulur. Bankın rəqəmsallaşması nəzərə alınaraq bu il filialların yenidən qurulması layihəsinə də baxılacaq”.
İLK DƏFƏ PAŞA BANK QRUPUNUN AKTİVLƏRİ 5 MİLYARD MANATI AŞIB
Mətbuat konfransında növbəti söz “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, Bankın Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyevə verildi.
Cənab Nağıyev “PAŞA Bank”ın konsolidə edilmiş maliyyə göstəriciləri (“PAŞA Bank Türkiyə” və “PAŞA Bank Gürcüstan” da nəzərə alınmaqla) haqqında məlumat verərək bildirdi ki, “PAŞA Bank”, 548 milyon 9 min manat dəyərində olan ümumi kapital həcmi ilə ölkənin ən böyük kommersiya bankı mövqeyini qoruyub saxlamışdır. İl sonu etibarilə “PAŞA Bank” qrupunun cəmi aktivləri 5 milyard 209 milyon 364 min manat təşkil etmişdir. Bu göstərici 2017-ci ilin sonu ilə müqayisədə 32% artmışdır (2017-də 3 milyard 958 milyon 415 min manat idi).
31 dekabr 2018-ci il tarixinə Bankın aktivlərinin açıqlaması aşağıdakı kimidir:
-Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri - 29%
-Müştərilərə verilmiş kreditlər - 33%
-Kredit Təşkilatlarına verilmiş kreditlər - 6%
-Qiymətli kağızlar portfeli - 28%
-Digər cari və uzunmüddətli aktivlər - 4%
Bankın Baş Maliyyə İnzibatçısı bildirdi ki, “PAŞA Bank” 2018-ci ildə umumi kredit portfelini 26% artıraraq 1 milyard 780 milyon 782 min manata çatdırmış və kreditləşmədə ciddi artım əldə etmişdir (2017-də 1 milyard 413 milyon 992 min manat təşkil etmişdi). Portfel üzrə effektiv ehtiyat dərəcəsi 2,8% (2017: 4,5%) təşkil etmişdir.
PAŞA Bank müştəri depoziti bazasını 2018-ci ildə 3 milyard 953 milyon 952 min manata çatdırmışdır. Bu göstərici 2017-ci illə müqayisədə 37% çoxdur. Müştəri depozitləri əsasən tələbli və müddətli hesablarda uyğun olaraq 75% və 25 % nisbətində cəmlənmişdir (2017: 64% and 36%).
5 MİLYARDLIQ BANK NƏ QƏDƏR QAZANIB?
Bəhruz Nağıyev bildirdi ki, “PAŞA Bank” 2018-ci maliyyə ili üçün 74 milyon 53 min manat xalis mənfəət elan etmişdir. 2017-ci ildə bu məbləğ 89 milyon 92 min manat idi. Eyni dövr üçün toplam əməliyyat gəlirləri 214 milyon 162 min manat olmuşdur ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 10% çoxdur. Bankın faiz gəlirləri 229 milyon 566 min manat, qeyri-faiz gəlirləri 39 milyon 268 min manat təşkil etmişdir. Nəticədə qeyri-faiz gəlirinin ümumi əməliyyat gəlirlərinə nisbəti 23% olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 6 d. əvvəl
-
-
17 d. əvvəl
“GL” ASC 15 faiz gəlirli istiqrazlarla 1 milyon manat cəlb edir
- 32 d. əvvəl
-
1 saat əvvəl
"Qala Sığorta" qrupu 2026-cı ilin 1-ci yarısını xalis mənfəətlə başa vurub
-
1 saat əvvəl
Beynəlxalq reytinq agentliyi "AFB Bank"a “Stabil” qiymətini verdi
-
2 saat əvvəl
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
- 17 saat əvvəl
-
20 saat əvvəl
Fitch Ratings: AFB Bankın depozit artımı orta bazar göstəricilərini üstələyib
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Avqustun 10-da gözlənilən hava şəraiti
“GL” ASC 15 faiz gəlirli istiqrazlarla 1 milyon manat cəlb edir
Əliyevlə Tramp arasında telefon danışığı olub
Ən çox oxunanlar
İsrailin Azərbaycandakı səfiri Prime Cotton-u ziyarət edib
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
"İpək Yolu Sığorta"nın mənfəəti 15 %-ə yaxın azalıb
Gəlirləri artsa da, mənfəəti kəskin düşün – “A-Qrup Sığorta”nın mənfəəti 3 dəfəyə yaxın azalıb
"Atəşgah Sığorta Qrupu"nun yarımillik vəziyyəti məlum olub
Paşinyan: Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub
Yeni Porsche Cayenne Electric Azərbaycanda təqdim olundu - FOTOLAR























