Dözümlü və münasib xərcləri olan avtomobillər özünü zamanla göstərir

Avtomobil təkcə həyatımız rahatlaşdıran vasitə deyil, həm də bir çoxları üçün əmək fəaliyyəti, qazan yeri deməkdir. Bİr zamanlar taksi soferi ayrıca peşə sayılsa da bu gün avtomobili olan demək olar ki, hər kəs taksi fəaliyyəti ilə məşğul olmaqdadır.
Sumqayıt və Xırdalanda yaşayan ancaq Bakıda çalışan insanlar öz avtomobilləri ilə işə gəldikdə yol üstü sərnişinləri götürməklə kiçik də olsa müəyyən xərclərini qarşılamış olurlar. Təbii ki, bu da öz növbəsində uzaq məsafə qət edərək işə gəlməli olan piyadalar üçün daha rahat və sürətli nəqliyyat imkanı yaradır.
Ancaq başqa tendensiya da var. Şəhərin açar nöqtələrində məslən, 20 Yanvar metro stansiyasından Xırdalan və Sumqayıt istiqamətinə, Koroğlu metro stansiyasından üzü Bakı kəndlərinə dayanmadan 1 manatdan çalışan taksilərin fəaliyyətini müşahidə etməmək mümükün deyil. Araşdırmamız göstərir ki, bunlar əsasən icarədə olan avtomobillərdir. Bir anlığa təsəvvür edin, Bakı-Sumqayıt istiqamətində 30 km məsafənin gün ərzində ən az 10 dəfə sürülməsi lazımdır. Bu isə yanacaq xərci ilə bərabər avtomobilin icarə haqqının ödənilməsi və qazanc əldə eləmək üçün yetərli deyil. Orta hesabla 50 AZN ə yaxın sadəcə xərclərdir. Bu təbii ki, subyektiv hesablamadır. Bu sürücülər günün müəyyən hissəsi taksi şirkətlərinin, müxtəlif mobil aplikasiyaların da təqdim etdiyi sifarişlərindən də faydalanır və günün gec saatlarına qədər müştərilərə müxtəlif isitqamətlərdə nəqliyyat xidməti göstərirlər. Ümumilkdə isə son zamanlar bir dən çox aplikasiyadan istifadə edən sürücülərin sayı daha da artmaqdadır.
Qazancın az olması isə öz növbəsində xərclərdən müəyyən qənaətlər etməyə təşviq edir. Xüsusi ilə icarədə olan avtomobillərdə sürücülər avtomobilin uzun müddətdə istismarında müxtəlif səbəblərdən maraqlı olmadıqlarından bu mövzular daha da aktualdır. Şəxsi avtomobillərdə isə onlar daha diqqətli və ehtiyyatlı davranmaqdadırlar. Ötən ay 1000 000 KM məsafə qət etmiş Hyundai Elantra markalı avtomobilin sürücüsü islə müsahibəmizi bu linkdən oxuya bilərsiniz.
İstənilən halda bu tip fəaliyyətlər zamanı avtomobillərin istismarının hansı formada həyata keçirildiyini anlamaq o qədər də çətin deyil. Yumşaq desək avtomobillər daha çox gücə düşür, peridik xidmətləri gecikir və ya edilmir.
Taksi fəaliyyəti yalnız Bakı şəhəri və Abşeron yarımadası ilə məhdudlaşmır. Fərdi taksi fəaliyyəti göstərən şəxslər regionlarda da az deyildir. Avtovağzallar, qatar stansiyalarının yaxınlığında və magistral yol qovşaqlarında dayanaraq daha uzun məsafələrə xidmət göstərən sürücülər mövcuddur. Açıq deməliyik ki, onların orta hesabla yürüş məsafəsi mərkəzdəki avtomobillərə nisbətən daha böyükdür. Xüsusilə kənd yerlənin yol infrastrukturunu nəzərə alsaq istismar şəraitinin çətinliyi daha aydın özünü göstərir.
Bu yaxınlarda Ucardan Bakıya qayıdanda maraqlı həmsöhbətlə tanış oldum. 1969-cu il təvəllüdlü Orucov Elman İbrahimxəlil oğludur. Onun avtomobili 999 999 KM məsafəni bir neçə ay bundan öncə qət edib.
Hyundai avtomobillərində bir qayda olaraq göstərici dəyişmir. Özü Lək kəndində yaşayır. Söhbətimiz zamanı 4 uşaq atası olduğunu dedi. Böyük qızı ali təhsil alır, ortancıl orta məktəbi bitirmək üzrədir, əkizlər isə hələ səkkizinci sinifdə oxuyurlar. Çox mehriban insandır. Amma danışdırmaq çox çətindir. Avtomobillə gündə 600 – 650 km yol sürdüyünü öyrənəndə əvvəlcə qulaqlarıma inanmadım. Ancaq ən çox sürdüyü istiqamət Bakı-Ucar, Bakı-Xaçmaz olur. Deyir arda Qazax və Gəncə tərəfədə müştəri düşür. İşin çətinliyi barədə soruşanda dedi ki, evdə təkcə o işləyir. Uşağın təhsil haqqı (böyük qızın nəzrədə tutur), ortancılın ali məktəbə hazırlığı və evin dolanışıqı üçün çalışdığını, belə şeyin də asan olmadığını deyir. Yol yoldaşım etibarlıdır deyir. Bir az sonra mən anlayıram ki, adam mənə avtomobilini tərifləyir.
Sorğu sualdan sonra Tucson avtomobilini 2009-cu ilin Sentyabrında aldığını öyrəndim. Açıq deyim, bu qədər məsafə gedən maşın belə gümrah olmamalı idi. “Ömür boyu sürücü işləmiş adamam. Qabaqlar yük maşını sürmüşəm. Maşına baxmaq lazımdır. Toy olur, hüzür yeri olur nə bilim kənd yeridir camaatın o qədər ehtiyacı olur ki, maşın lazımdırsa gərək köməyə çatsın.”
Necə qulluq edirsiniz maşına, bu qədər sürürsünüzsə təmirinə filan da xərciniz çox çıxmalıdır elə deyilmi? Necə çatdırısınız?
“Hamı pulu çətinliklə qazanır. Gərək düzgün xərcləyə biləsən. Dostumuz var mənlə bir yerdə almışdı maşını indi tənəkəyə dönüb. Bir az xəsis adamdı. Neçə dəfə demişəm qulaq asmıyıb. Harası qırılıbsa gərək kitabında yazandan alasan, elə düzəldəsən. Mənim günüm yollarda keçir deyə hər yerdəki servisləri tanıyıram. Hamısına da demişəm ki, qardaş mənə zavodskoy zapçast ( orijinal ehtiyyat hissəsi) ver. Heç nə olmaz qoy 5-10 manat baha olsun amma maşın məni yarı yolda qoymasın. Çatdırmaq deyəndə ki, bir var alasan podorginal amma 5 dəfə xərc edəsən, bir də var zavodskoy amma 1 dəfə xərc çəkəsən. Xərcə baxanda eyni şey eliyir amma vaxt itirirsən, yolda qalırsan nə bilim kiməsə minnətçi düşürsən. Elə alınmır axı. Maşın elə şeydir ki, xərc tələb eliyir. Amma səhlənkarlıq çox xatalı şeydir.”
Yolun qalan hissəsində söhbətimiz daha maraqlı alındı. Buzlar əriyən kimi maraqlı həmsöhbət olduğu məlum oldu. Hyundai Servis Mərkəzinə qədər bərabər gəldik. Dedi ki, “keçən dəfə də çağırmışdılar Gəncəyə gedirdim dedim qalsın sonraya. İndi gedirəm maşına baxsınlar. Dedilər əliboş göndərməyəcəyik.” Günüm çox uğurlu keçdi və maraqlı bir həmsöhbətlə tanış olmuş oldum.
Sonluqda isə onu deyə bilərəm ki, avtomobillərin istismar şəraiti əvvəlki illərə nisbətən daha da ağırlaşır. Bu baxımdan dözümlü, xərcləri münasib olan avtomobilləin alınması ilə yanaşı həm də onların doğru istismar olunmasına diqqət yetirməlisiniz. Dözümlülük özünü zamanla göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 ay sonra
Aviabilet • Otel axtarışı • Qrup səyahətləri • Turlar - Xidmətlər bir arada
-
20 saat sonra
Bakıda tələbə və məzunlar üçün karyera festivalı keçiriləcək - ŞİRKƏTLƏR İŞTİRAK EDƏ BİLƏRLƏR
-
5 d. əvvəl
"Əczaçı İstelsalçılar Assosiasiyası" İB dövlət qeydiyyatına alınıb
-
-
53 d. əvvəl
Uorren Baffet "Berkshire" şirkətinin baş direktoru vəzifəsini tərk edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Marketlər şəbəkəsi 3 yox, 5 yox, tam 7 gün endirimlərə start verəcək
-
2 saat əvvəl
Həftəsonu vətəndaşların bank kartlarından 40 min manatdan çox pul oğurlanıb
- 2 saat əvvəl
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

Bakıda tələbə və məzunlar üçün karyera festivalı keçiriləcək - ŞİRKƏTLƏR İŞTİRAK EDƏ BİLƏRLƏR

"Əczaçı İstelsalçılar Assosiasiyası" İB dövlət qeydiyyatına alınıb

Bloomberg: “Shell” “BP”ni almaq imkanını nəzərdən keçirir

Yay səyahətlərinizi "Aybilet" ilə daha ucuz edin!
Ən çox oxunanlar

Trendyol 50 manatdan yuxarı sifarişlərdə çatdırılmanı pulsuz etdi

Rəsmi məzənnələr açıqlandı

Aviabilet • Otel axtarışı • Səyahətlər • Turlar - Xidmətlər bir arada - YENİ ONLAYN PLATFORMA

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

AZCON-un icraçı direktoruna müavin təyin edilib
.jpg)