Vətəndaşlar ən çox hansı məsələlər üzrə şikayət edir?

2017-ci illə müqayisədə 2018-ci ildə şikayətlərin sayı faiz etibarilə azalmışdır.
“Marja”nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.
Süleyman İsmayılov deyib: “Bununla belə araşdırma göstərir ki, hüquq mühafizə orqanlarının və məhkəmələrin, İHB nümayəndələrinin və bələdiyyələrin fəaliyyəti, müalicə və dərmanlarla təminat, səhiyyə müəssisələrinin və tibbi personalın fəaliyyəti, şəhərsalma, çoxmərtəbəli binaların və kommersiya-istehsalat obyektlərinin tikintisi, söküntüsü və kompensasiyaların verilməsi, sığorta, aqrolizinq, yaşayış binalarının təmiri, qaz sayğaclarının quraşdırılması məsələləri üzrə şikayətlər üstünlük təşkil etmişdir. Bu da həmin məsələlərin vətəndaşlar üçün çox aktual olmasından, bəzi hallarda isə onların əsassız şikayətlər etməsindən, yaxud öz hüquqlarını kifayət qədər dərindən bilməməsindən, hər vasitə ilə özünün haqlı olduğunu sübut etmək istəyindən irəli gəlir.
Şəhər, rayon İHB aparatlarının fəaliyyəti, yerli hakimiyyət orqanlarında vətəndaşların qəbulu və müraciətlərə baxılması, fərdi evlərin tikintisi, kənd təsərrüfatı üçün torpaq sahələrinin ayrılması, subsidiyaların verilməsi, məhsulların emalı, saxlanılması və satışı, meliorasiya və su təsərrüfatı, orta təhsil, diplomların verilməsi və tanınması, bank əməliyyatları, kreditlərin verilməsi, rabitə və informasiya texnologiyaları, sosial yardım və müavinətlər, əmək mübahisələri, işdən çıxarılma, əməkhaqqı, işlə təmin olunma, qaz, istilik, enerji təchizatı, təhlükəsizlik və ictimai asayişin qorunması, qaçqınlarla və məcburi köçkünlərlə bağlı məsələlər üzrə şikayətlərin sayı azalmışdır.
2017-ci illə müqayisədə şikayətlərin sayı Bakı şəhərinin Xəzər, Sabunçu rayonlarından, Mingəçevir, Naftalan, Ağcabədi, Ağdam, Ağstafa, Ağsu, Astara, Beyləqan, Cəbrayıl, Gədəbəy, İmişli, Kürdəmir, Qobustan, Neftçala, Salyan, Şamaxı, Şəmkir, digər şəhər və rayonlardan artmışdır.
Bununla yanaşı, Bakı şəhərinin Qaradağ, Nərimanov, Nizami, Pirallahı, Suraxanı, Yasamal rayonlarından, Naxçıvan Muxtar Respublikasının rayonlarından, Sumqayıt, Abşeron, Balakən, Biləsuvar, Daşkəsən, Göygöl, Xaçmaz, Xocalı, Qubadlı, Lerik, Saatlı, Sabirabad, Samux, Siyəzən, Tərtər, Tovuz, Ucar, Zərdab, digər şəhər və rayonlardan şikayətlərin sayı azalmışdır.
Şəhər, rayon icra hakimiyyətlərinin, İHB nümayəndələrinin və bələdiyyələrin fəaliyyətinə dair müraciətlər həmişə böyük əhəmiyyət daşıyır və onların təhlili vətəndaşların öz yerli hakimiyyət orqanları ilə münasibətlərini əks etdirir.
Bu mövzuda daha çox şikayət Bakı şəhərinin bəzi rayonlarından, həmçinin Lənkəran, Mingəçevir, Yevlax, Ağcabədi, Ağdaş, Ağstafa, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Xızı, Kəlbəcər, Qazax, Qobustan, Laçın, Lerik, Masallı, Neftçala, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Şəmkir, Tovuz, Yardımlı, Zərdab, digər şəhər və rayonlardan daxil olmuşdur.
Ötən il bəzi bələdiyyələrin fəaliyyətində ciddi qanun pozuntuları aşkar edilmiş, həmin faktlar əsasında hüquq mühafizə orqanları tərəfindən cinayət işləri açılmış, görülmüş tədbirlər nəticəsində 5921 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınmış, bələdiyyə mülkiyyətinə vurulan ziyanın ödənilməsi təmin edilmişdir”.
YERLİ ORQANLAR LAQEYD, BİGANƏ MÜNASİBƏT GÖSTƏRİRLƏR
Süleyman İsmayılov əlavə edib:
“Vətəndaşların müraciətlərinin təhlili, onların yaranma səbəblərinin öyrənilməsi bir danılmaz həqiqəti üzə çıxarır ki, vətəndaş öz problemi ilə əlaqədar müraciət etdiyi ilk instansiyada əsaslı və konkret cavab alarsa, heç vaxt yuxarı orqanlara yazılı müraciət etməz və uzun məsafəni qət edərək müxtəlif idarələrin qapısını döyməz. Unutmaq olmaz ki, vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması hər bir dövlət qurumunun ən mühüm vəzifələrindən biridir. Lakin vətəndaşlara əsaslı cavab verilməyəndə onlar öz problemlərini həll etmək üçün aidiyyəti qurumlara növbəti müraciət göndərir ki, bu da təkrar və çoxsaylı müraciətlərin yaranmasına səbəb olur.
Təkrar müraciətlər Bakı şəhəri rayonlarının, Gəncə, Mingəçevir, Şəki, Ağcabədi, Ağsu, Astara, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Gədəbəy, Göygöl, İmişli, Kürdəmir, Laçın, Neftçala, Salyan, Samux, Siyəzən, Şamaxı, Şəmkir, Tovuz, Ucar, Zəngilan, digər şəhər və rayonların payına düşür. Araşdırmalar göstərir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına edilən təkrar müraciətlərin bir qismi laqeydliyin, biganə münasibətin nəticəsidirsə, xeyli hissəsi də subyektiv səbəblərdən yaranır. Bəzi vətəndaşlar haqsız olsalar da, hər il çoxsaylı müraciətlər göndərməklə öz əsassız iddialarının həyata keçirilməsində israr edir, hüquqlarından sui-istifadə etməyə çalışırlar. Yazdıqları müraciətlərlə bağlı onlara dəfələrlə əsaslandırılmış cavab verilsə də, yazmaqda davam edir və hər dəfə yeni mövzular tapırlar”.
“CAVAB BAŞDANSOVDU OLMAMALIDIR”
Süleyman İsmayılov qeyd edib ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun “Müraciətin baxılmamış saxlanması” maddəsinə bir daha nəzər salmaq yerinə düşər: “Həmin maddədə həm vətəndaşları, həm də müraciətə baxan subyektləri daim narahat edən bir məsələ konkretləşdirilib. Müəyyən olunur ki, vətəndaşın təkrar müraciətlərinə 1 il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda, müraciət baxılmamış saxlanılır. Lakin bu barədə yazılı müraciət edənə 5 iş günündən gec olmayaraq, şifahi müraciət edənə isə dərhal məlumat verilməlidir. Müraciətlərə baxan vəzifəli şəxslər Qanunun verdiyi bu imkandan sui-istifadə etməməlidirlər. Əsaslandırılmış cavab ümumi, başdansovdu sözlərdən ibarət olmamalı, hüquqi cəhətdən qanunlara tam uyğun hazırlanmalı, haqlı olub-olmaması vətəndaşa sübut edilməlidir”.
Müştərilərin xəbərləri

"A-Solutions EPT" şirkətinin Direktoru "M360 Eurasia 2025"də rəqəmsal inkişafda tərəfdaşlıqların əhəmiyyətindən danışıb
SON XƏBƏRLƏR
-
2 gün əvvəl
"PAŞA Bank" “Talassemiyasız həyat naminə” devizi ilə qanvermə aksiyası keçirib
-
2 gün əvvəl
"Kapital Bank"ın 30 milyonluq istiqrazlarının yerləşdirilməsi baş tutub - 55 İNVESTORDAN 57 TƏKLİF
-
2 gün əvvəl
Dövlət borcu üzrə hesabatlıq funksionallığını təmin edən elektron modul istifadəyə verilib
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
2 gün əvvəl
Sükan dəyişikliyə doğru: WEY avtomobil brendi Azərbaycanda debüt etdi – FOTO – VİDEO ®
- 2 gün əvvəl
-
2 gün əvvəl
“McDonald's Azərbaycan”ın yeni restoranı Qala qəsəbəsində açılıb - FOTO
-
2 gün əvvəl
Şirkətlərin iflasının dövlət qeydiyyatına alınması qaydası müəyyənləşir
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycan Kapital Bazarları Assosiasiyasının Direktorlar Şurasına sədr seçilib
- 2 gün əvvəl
-
2 gün əvvəl
İstehsalçılar, tədarükçülər və təchizatçılardan məlumatlar tələb olunacaq - NƏZARƏT GÜCLƏNDİRİLİR
- 2 gün əvvəl
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

"Kapital Bank"ın 30 milyonluq istiqrazlarının yerləşdirilməsi baş tutub - 55 İNVESTORDAN 57 TƏKLİF

Müflis olan fiziki şəxslərə dair tələb müəyyənləşir
Ən çox oxunanlar

Bank Zabratda filial açdı

İstehsalçılar, tədarükçülər və təchizatçılardan məlumatlar tələb olunacaq - NƏZARƏT GÜCLƏNDİRİLİR

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq
