Hövsanda binaların inşası üçün təxminən 50 milyonluq müqavilələr bağlanıb
Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan qəsəbəsində çoxmənzilli Yaşayış Kompleksinin ərazisində binaların və digər obyektlərin tikinti işlərinə 50 mln. manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, yeddi mərtəbəli binanın iki seksiyalı, on mərtəbəli dörd seksiyalı binaların, iki uşaq bağçası və orta məktəbin tikintisinə dair 6 şirkətlə podrat müqavilələri imzalanıb.
Müqavilələrin ümumi dəyəri 48 mln. 161 min 449,25 manatdır.
Xüsusilə, 7 saylı binanın 1,2 və 3 seksiyasının tikintisi üzrə “NN Group” MMC ilə 13 mln. 655 min manat məbləğində, 7 saylı binanın 4 və 5 seksiyasının tikintisi üzrə “Hünər İnşaat” Firması ilə 9 mln. 222 min 201,46 manat dəyərində müqavilələr imzalanıb.
8 və 9 saylı 10 mərtəbəli binaları, 90 yerlik 13 saylı uşaq bağçasının tikintisi üzrə “Çinar İnşaat” və “Caspian Service” şirkətləri ilə 8 mln. 2,553 min manat dəyərində müqavilə bağlanıb.
10 və 11 saylı 10 mərtəbəli yaşayış binaları və 90 yerlik 14 saylı uşaq bağçasını tikintisi üzrə “Perlit” MMC ilə 7 mln. 999 min 864,3 manat məbləğində, 1920 nəfərlik orta məktəbin tikintisi və avadanlıqla təchiz olunması üzrə "HN Construction” MMC ilə 9 mln. 281 min 713,27 manat məbləğində müqavilələr imzalanıb.
Hövsan qəsəbəsində 20 hektarlıq torpaq sahəsində ikinci Yaşayış Kompleksi inşa olunur. Şəhərcik çoxmənzilli 11 yaşayış binasından ibarət olacaq. Bunlardan yeddisinin yeddimərtəbəli on səkkiz girişli, dördünün isə onmərtəbəli bir girişli olması nəzərdə tutulur.
Bu binalarda, ümumilikdə, 3002 mənzil olacaq ki, onlardan 280-nin birotaqlı, 1481-nin ikiotaqlı, 940-nın üçotaqlı, 301-nin isə dördotaqlı olması planlaşdırılır.
Birotaqlı mənzillərin sahəsi təqribən 32-35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 51-54 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 64-68 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 79-86 kvadratmetr təşkil edəcək. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə vətəndaşlara təklif olunacaq.
Kompleksdə çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin yaradılması, geniş həyətlərin, yaşıllıq zonalarının, uşaq meydançalarının, sosial infrastruktur obyektlərinin tikintisi aparılacaq. Ərazidə hər biri 260 yerlik olmaqla iki uşaq bağçasının, 1920 şagird yerlik ümumtəhsil məktəbinin, ticarət mərkəzinin və xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur.
Hövsan Yaşayış Kompleksi 2017-ci ilin fevral ayında “MİDA” MMC-yə ayrılmış Hövsan qəsəbəsinin qərb hissəsində yerləşən 20 hektarlıq torpaq sahəsində inşa olunacaq. Ayrılmış torpaq sahəsi Zığ-Aeroport avtomagistralı ilə Hövsan qəsəbəsi arasında yerləşir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 30 d. əvvəl
-
14 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
14 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Göygöl Şərab Zavodu”nda rəhbərliklə bağlı qərar veriləcək
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Tramp Özbəkistana səfər etmək istəyir




























