“Naxçıvan Bank”ın gəliri və qazancı artıb
“Naxçıvan Bank” ASC 2018-ci ili 5 milyon 429 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2017-ci ili 4 milyon 7 min manat xalis mənfəətlə bağlamışdı. Başqa sözlə, illik müqayisədə Bankın xalis mənfəəti 35,5% artıb.
GƏLİRLƏRİ DƏ ARTIB
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2018-ci ildə “Naxçıvan Bank”ın cəmi gəlirləri 10 milyon 983 min manat, o cümlədən faiz gəlirləri 6 milyon 960 min manat, qeyri-faiz gəlirləri isə 4 milyon 23 min manat təşkil edib.
2017-ci ildə “Naxçıvan Bank”ın cəmi gəlirləri 8 milyon 361 min manat, o cümlədən faiz gəlirləri 5 milyon 363 min manat, qeyri-faiz gəlirləri 2 milyon 998 min manat təşkil etmişdi.
2018-ci ildə “Naxçıvan Bank” 10 milyon 983 min manat gəliri əldə etmək üçün 4 milyon 21 min manat xərc çəkib. Nəticədə Bankın 6 milyon 962 min manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətinin 110 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb, bundan başqa, 1 milyon 422 min manat mənfəət vergisi ödənilib.
Diqqəti cəlb edən Bankın faiz xərclərinin çox aşağı olmasıdır. “Naxçıvan Bank”ın 6 milyon 960 min manat faiz gəlirinə qarşı faiz xərci 433 min manat təşkil edib. Qeyd edək ki, Azərbaycanda ən aşağı əmanət faizləri Naxçıvandadır.
BANK BÖYÜYÜB
31 Dekabr 2018-ci il tarixində “Naxçıvan Bank” 196 milyon 541 min manat cəmi aktivlərə, 118 milyon 357 min manat cəmi öhdəliklərə və 78 milyon 183 min manat cəmi balans kapitalına malik olub. Aktivlərin 64 milyon 854 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Eyni zamanda, Bankın aktivlərinin 81 milyon manatını Mərkəzi Bankdakı müxbir hesabdan ibarət olub. Bundan başqa, “Naxçıvan Bank” digər banklara 20 milyon 973 min manat depozit yerləşdirib.
31 Dekabr 2017-ci il tarixində “Naxçıvan Bank” 141 milyon 867 min manat cəmi aktivlərə, 68 milyon 990 min manat cəmi öhdəliklərə və 72 milyon 877 min manat cəmi balans kapitalına malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
5 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 32 d. əvvəl
-
42 d. əvvəl
Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq ®
-
1 saat əvvəl
MDB dövlət başçıları Türkmənistanda bir araya gəlir – İlham Əliyev iclasda iştirak edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev: Trampın tarixi sülh səylərinin qiymətləndiriləcəyinə ümid edirik
-
1 saat əvvəl
Süni intellekt bumu TSMC-yə rekord gəlir gətirib – 46,7 milyard dollar
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Microsoft, Adobe və daha 6 texnologiya şirkətinə qadağa – “Yaşıl kart” proqramından kənarlaşdırıldılar
Bakının restoran xəritəsində yeni ünvan – “Sheer One” açıldı
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış kompleksi: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
BOKT 4 milyon manat borclanır – İllik 13% faiz ödəyəcək
İntensiv və güclü yağış yağacaq - XƏBƏRDARLIQ























