Microsoft, Adobe və daha 6 texnologiya şirkətinə qadağa – “Yaşıl kart” proqramından kənarlaşdırıldılar
Microsoft və Adobe-yə ABŞ-dən sərt qərar – Xarici işçilərlə bağlı müraciətlər dayandırılırABŞ Prezidenti Donald Trampın administrasiyası Microsoft, Adobe və daha altı iri texnologiya şirkətinin ixtisaslı əcnəbi işçilərə ABŞ-də daimi yaşayış icazəsi almaq imkanı verən “Yaşıl kart” proqramında iştirakını dayandırıb. Qərar şirkətlərin immiqrasiya sistemindən sui-istifadə etməsi və mümkün dələduzluq halları ilə bağlı ittihamlar fonunda qəbul olunub.
Marja xəbər verir ki, ABŞ hökumətinin qərarı Microsoft və Adobe ilə yanaşı, Capgemini, Cognizant, HCL, Infosys, Tata və Wipro şirkətlərini də əhatə edir.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens (JD Vance) mətbuat konfransında Microsoft-u tənqid edərək bildirib:
“Microsoft-a mesajımız budur: Siz möhtəşəm Amerika şirkətisiniz, lakin möhtəşəm amerikalı işçiləri işə götürməlisiniz”.
Şirkətlərin yeni müraciətləri qəbul edilməyəcək
ABŞ-nin əmək naziri Kit Sonderlinq (Keith Sonderling) açıqlayıb ki, hökumət adıçəkilən şirkətlərin daimi əmək sertifikatlaşdırılması proqramı (PERM) çərçivəsində yeni müraciətlərini qəbul etməyəcək və baxılmaqda olan müraciətlərin emalını dayandıracaq.
PERM proqramı ABŞ-də çalışan ixtisaslı xarici mütəxəssislərin işəgötürənlərin sponsorluğu ilə daimi yaşayış icazəsi alması prosesinin mühüm mərhələlərindən biridir.
Qərar H-1B vizalarının bütövlükdə ləğvi demək deyil. Məhdudiyyət əsasən həmin şirkətlərin xarici əməkdaşları üçün daimi yaşayış icazəsi əldə etmək məqsədilə istifadə etdikləri sertifikatlaşdırma proseduruna aiddir.
Microsoft ittihamlara cavab verib
Microsoft-un nümayəndəsi TechCrunch-a göndərdiyi açıqlamada şirkətin ABŞ-dəki əməkdaşlarının böyük əksəriyyətinin amerikalı olduğunu bildirib.
Şirkət qeyd edib ki, ötən maliyyə ilində təqdim etdiyi təxminən 6 min H-1B viza müraciətinin 80 faizi mövcud əməkdaşların hüquqi statusunun uzadılması və ya dəyişdirilməsi ilə bağlı olub.
Microsoft-un sözlərinə görə, bu müraciətlər yeni xarici işçilərin ABŞ-yə gətirilməsi məqsədi daşımayıb.
Yeni işçilərlə bağlı digər müraciətlər isə artıq qanuni əsaslarla ABŞ-də yaşayan və Microsoft-da işləməyi seçən şəxsləri əhatə edib. Şirkət bildirib ki, həmin əməkdaşlar onun ABŞ-dəki ümumi işçi qüvvəsinin cəmi 1 faizini təşkil edir.
Microsoft administrasiyaya əlavə məlumat təqdim etməyə hazır olduğunu da vurğulayıb.
Texnologiya sektorunda xarici işçilərlə bağlı nəzarət gücləndirilir
H-1B viza proqramı ABŞ şirkətlərinə yerli əmək bazarında uyğun mütəxəssis tapmaqda çətinlik çəkdikləri yüksək ixtisas tələb edən vəzifələrə xarici işçiləri cəlb etmək imkanı verir.
Associated Press-in məlumatına görə, təsdiqlənmiş H-1B vizalarının təxminən dörddə üçü Hindistan vətəndaşlarının payına düşür. Bu proqramdan ən çox istifadə edənlər arasında iri texnologiya şirkətləri yer alır.
Tramp administrasiyasının son qərarı ABŞ-də xarici işçi qüvvəsinin cəlb edilməsi qaydalarına nəzarətin sərtləşdirilməsi istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
5 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 20 d. əvvəl
-
30 d. əvvəl
Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq ®
-
1 saat əvvəl
MDB dövlət başçıları Türkmənistanda bir araya gəlir – İlham Əliyev iclasda iştirak edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev: Trampın tarixi sülh səylərinin qiymətləndiriləcəyinə ümid edirik
-
1 saat əvvəl
Süni intellekt bumu TSMC-yə rekord gəlir gətirib – 46,7 milyard dollar
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Microsoft, Adobe və daha 6 texnologiya şirkətinə qadağa – “Yaşıl kart” proqramından kənarlaşdırıldılar
Bakının restoran xəritəsində yeni ünvan – “Sheer One” açıldı
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış kompleksi: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
BOKT 4 milyon manat borclanır – İllik 13% faiz ödəyəcək
İntensiv və güclü yağış yağacaq - XƏBƏRDARLIQ
























