Badamdarda yüksək gəlirli şəxslər üçün yaşayış kompleksi tikiləcək
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC Bakının Səbail rayonunun Badamdar qəsəbəsində biznes sinifinə aid kompleksin tikintisinə 275 mln. dollardan artıq vəsait yönəltməyi planlaşdırır. Bu barədə layihə ilə tanış olan mənbə məlumat verib.
“Layihə 275,2 mln. dollar məbləğində qiymətləndirilir. Kompleks 4920 mənzil və 2,5 min parkinq yeri ilə 20-30 çoxmərtəbəli binadan ibarət olacaq. Mənzillərin ümumi sahəsi 405,9 min kvadrat metr, kommersiya otaqlarının sahəsi isə - 45,1 min kvadrat metr təşkil edəcək. Layihə yüksək gəlirli şəxslər üçün nəzərdə tutulur”, - mənbə qeyd edib.
Onun sözlərinə görə, layihənin reallaşdırılması müddəti təqribən 5 ilə yaxın, xərclərin çıxarılması müddəti – 4,2 il təşkil edir.
Mənbə əlavə edib ki, şirkət layihənin reallaşdırılması məqsədilə xarici investorların cəlb edilməsi imkanını istisna etmir.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” 2010-cu ilin avqustunda “Akkord İnşaat Sənaye” ASC və “Yeni İnşaat Konsaltinqi” MMC tərəfindən təsis edilib. Korporasiya müxtəlif tikinti materiallarının istehsalı ilə məşğul olur, yol-nəqliyyat infrastrukturunun tikintisi üzrə bir sıra layihələrin podratçısıdır. Bundan başqa, şirkət Bakıda və Abşeron yarımadasında yaşayış komplekslərinin tikintisi ilə məşğul olur.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 8 d. əvvəl
- 31 d. əvvəl
-
14 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
14 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Mağazalar şəbəkəsi Qaxda yeni filial açır
Ən çox oxunanlar
PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Tramp Özbəkistana səfər etmək istəyir




























