Vahid Ələkbərovun sərvətində böyük artım
2018-ci il bütün dünyada investorlar üçün son dərəcə təlatümlü olub. İqtisadi və siyasi qeyri-müəyyənlik şəraitində milyarderlərin çoxu xeyli pul itirib. Eyni zamanda, kataklizmlərə rəğmən, öz kapitalını artıranlar da az olmayıb. Amerikada çıxan “Forbes” jurnalı 2018-ci ildə sərvətinin miqdarı artmış və ciddi maddi itkilərlə üzləşmiş sahibkarların reytinqini tərtib edib.
2018-ci ildə öz kapitalını artırmış sahibkarların siyahısında “LUKoyl” şirkətinin baş direktoru Vahid Ələkbərovun da adı var. Keçən il onun sərvətinin dəyəri 4,6 milyard dollar artaraq 19,5 milyard dollara çatıb. “LUKoyl” şirkəti bildirib ki, 2018-ci ildə şirkətin gəlirinin kəskin şəkildə artması əsasən neftin və qazın qiymətlərinin artması və Rusiya rublunun zəifləməsi ilə bağlıdır. Onun səhmlərinin qiyməti 29 faiz artıb.
Amerikalı sahibkar, “Amazon.com” internet şirkətinin rəhbəri və banisi Ceff Bezos öz sərvətini 27,9 milyard dollar artırıb. 2018-ci ildə “Amazon” həm Türkiyə və Hindistan kimi inkişaf etməkdə olan ölkələrin bazarlarında mövqeyini genişləndirib, həm də rekord məbləğdə mənfəət əldə etdiyini, Nyu-Yorkda və Arlinqtonda (Virciniya ştatı) özünün ikinci qərargahını açdığını bildirib. Sentyabr ayında “Amazon” şirkətinin səhmlərinin dəyəri rekord səviyyəyə çatıb. Lakin o vaxtdan bəri satışın həcmi gözlənildiyindən aşağı olub və bu səhmlər təqribən 25 faiz ucuzlaşıb. Bununla belə, səhmlərin dəyəri keçənilki ilə müqayisədə hələ də 30 faiz yuxarıdır. Ceff Bezosun sərvətinin dəyəri 126,2 milyard dollar həddindədir.
Yaponiyalı biznesmen, “Fast Retailing Co.” şirkətinin banisi və prezidenti Tadaşa Yanayanın sərvətinin dəyəri 7 milyard dollar artıb və hazırda 27,1 milyard dollar səviyyəsindədir. “Uniqlo” ticarət şəbəkəsinin baş şirkəti “Fast Retailing Co.”nun səhmləri 2017-ci ilin dekabr ayından bəri təqribən 33 faiz bahalaşıb. “Uniqlo”nun məhsullarının beynəlxalq bazarlarda satış həcmi də sevindiricidir: bu göstərici ilk dəfə olaraq Yaponiyadakı satış həcmindən çox olub.
Amerikalı sahibkar və ictimai xadim, “Microsoft” şirkətinin banilərindən biri və əvvəllər onun ən böyük səhmdarı olmuş Bill Qeytsin sərvəti 2018-ci ildə 2,9 milyard dollar artıb. Qeyts “Microsoft” şirkətinin rəhbəri vəzifəsini çoxdan tərk etdiyinə və orada öz payının çox hissəsini satdığına baxmayaraq, proqram təminatı istehsalı üzrə ən iri transmilli korporasiyalardan biri olan “Microsoft” ona hələ də sanballı gəlir gətirməkdə davam edir. Hazırda Bill Qeytsin sərvəti 93,9 milyard dollar həddindədir.
Amerikalı mühəndis, sahibkar, ixtiraçı və investor İlon Mask 2018-ci ildə öz sərvətinin dəyərini 2,8 milyard dollar artıraraq, 22,5 milyard dollara çatdırıb. 2018-ci ildə Maskın tvittləri onun üçün xeyli problem doğurub, o cümlədən 20 milyon dollar həcmində SEC cəriməsi ödəməli olub. Buna baxmayaraq, “Model 3” elektromobilinin satışı sayəsində “Tesla” şirkətinin səhmləri ötən ili müsbət nəticə ilə başa vurub.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 14 d. əvvəl
-
32 d. əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 43 d. əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
16 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
16 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
16 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
16 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Etimad, peşəkarlıq və davamlı inkişaf!
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb







.jpg)










