Yeni Volkswagen Touareg Bakıda - VİDEO
Xəbər verdiyimiz kimi, Volkswagen Bakı Mərkəzi tam yeni, 3-cü nəsil Touareg 2019 modeli üzrə sifarişlər qəbul etməyə başlamışdı. İlk yeni Touareg-lərin Noyabr ayının sonlarına yaxın Volkswagen Bakı Mərkəzinin Babək prospektindəki satış salonunda olacağı bildirilmişdi.
“Marja” xəbər verir ki, artıq dünəndən yeni Touareg-lər Volkswagen Bakı Mərkəzində nümayiş olunur.
İlk dəfə15 il əvvəl təqdim olunan Touareg, Volkswagen ailəsinin ilk krossoveridir.Hal-hazırda Volkswagen bir çox SUV tipli avtomobillər istehsal etsə də, Touareg flaqman model olaraq qalmaqdadır. Yeni Volkswagen Touareg-i digərlərindən fərqləndirən nədir?
ÖLÇÜLƏR VƏ PLATFORMA
Yeni Touareg-in ölçüləri 4878 x 7984 x 1702 mm-dir. O keçmiş nəsil Touareg-dən 77mm daha uzun, 44 mm daha geniş və 7 mm daha alçaqdır. Yük bölməsinin həcmi ciddi şəkildə böyüyərək 687 lt-dən 810 lt-dək artıb.
Yeni model üçün istifadə olunmuş MLB Evo platforması üzəridə Porsche Cayenne, Audi Q7, Lamborgini Urus və Bentley Bentayga kimi məşhur modellər istehsal olunur. Gövdədə allumiumdan istifadəni 48% artırmaqla Yeni Touareg-in çəkisi 106 kq azaldılmışdır.
EKSTERYER VƏ İNTERYER
Yeni Volkwagen Touareg-in eksteryerinə baxdıqda həyacanlanmamaq mümkün deyil, çünki qarşınızda artıq premium seqmentə aid SUV var. Onu keçmiş nəsil Touareg ilə müqayisə etmək mümkün deyil, çünki Yeni Touareg tamamilə yeni görünüşə malikdir. R-line komplektasiyaya malik Yeni Touareg-də dəyişiklikləri saymaqla bitmir: 21 düyümlük yüngül lehimli disklər, sport görünüş verən xəttlər, ön buferin yan havaalma bölmələri və sairə.
IQ Light sisteminə malik Yeni Touareg öz müasir funksiyalarına görə sizin smartfonlarınızla yarışa bilər. Döngəyə və hündürlüyə görə tənzimlənən, gecə görüşü funksiyasına malik, qarşıdan gələn sürücülərə mane olmayan ağıllı işıq sistemi və digər xüsusiyyətləri yalnız Yeni Touareg-də görə bilərsiniz.
Salona daxil olduqda isə, buradan ayrılmaq istəməyəcəksiniz. 2 ədəd böyük ekran - 12 düyümlük (öz seqmentində maksimal ölçü) alətlər paneli və 15 düyümlük multimediya ekranı. Sürücü və sərnişinlərin rahatlığı və komfortu üçün bütün incəliklər düşünülüb, hətta öz Touareg avtomobilinizin interyerini zövqünüzə və ya geyiminizə uyğun rəngdə ışıqlandıra bilərsiniz. Yüksək alman keyfiyyəti özünü ən kiçik detallarda belə göstərir.
MÜHƏRRİK VƏ SƏRFİYYAT
Böyük krossoverə sürət və güclü mühərrik lazımdır. Yeni Touareg 3 litrlik, 340 at gücündə benzin turbo-V6 mühərrik ilə təchiz edilir. Yeni Touareg 100 km/saat sürəti cəmi 5.9 saniyəyə toplayır.
Mühərrik güclü olduğu qədər sərfəlidir, Yeni Touareg-in yanacaq sərfiyatı sürücüləri sevindirəcək:
-Şəhər daxili – 11.5 L
-Şəhərdən kənar – 7.6 L
-Qarışıq – 9.1 L
QİYMƏTLƏR
Volkswagen Bakı Mərkəzi Yeni Touareg-i 3 komplektasiyada təklif edir: R-line Status, R-line Lux və R-Line LUX Black Style. Avtomobilin ən ucuz versiyası olan R-line Status 115 min 450 manata təklif olunur. Orta təchizatlı R-line Lux-a sahib olmaq üçün 135 min 850 manat, ən zəngin təchizatlı, interyeri ilə bərabər eksteryeri ilə də digər iki versiyadan fərqlənin R-Line LUX Black Style-a sahib olmaq üçün isə 144 min 350 manat tələb olunur.
Yeni Touareg rəqibləri ilə müqayisədə daha münasib qiymətlərə təklif olunur. Üstəlik Yeni Touareg daha müasir texnologiyalara malikdir.
Volkswagen Bakı Mərkəzi ndən “Marja”ya bildirildi ki, Yeni Touareg-ə maraq həddindən artıq böyükdür. Artıq idxal olunan avtomobillərin böyük hissəsi öncədən sifariş olunub. Avtomobillərin sayı məhdud olduğundan ilk sifariş verənlər Yeni Touareg-in ilk sahibləri olacaqlar.
Ünvan: Babək prospekti 35A, Volkswagen Bakı Mərkəzi
Tel.:*7788
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 11 saat əvvəl
-
12 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
15 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi





















