Rusiya “Şimal-Cənub” dəhlizinə 3 milyard avro kredit ayırmaq niyyətindədir

Rusiya “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin formalaşıb başa çatdırılması üçün 3 milyard avro kredit ayırmaq niyyətindədir.
Bu sözləri İranın yollar və şəhərsalma naziri Məhəmməd İsmayıl deyib.
O, Moskvaya yola düşərkən bəyan edib ki, sanksiyalara baxmayaraq, İran bu beynəlxalq nəqliyyat dəhlizinin formalaşması istiqamətində üzərinə düşən bütün işləri yerinə yetirəcək.
Noyabrın 24-də İran, Rusiya və Hindistanın nəqliyyat strukturlarının rəhbərləri Tehranda görüşərək dəhlizin formalaşmasını müzakirə ediblər. Bu müzakirələrdən sonra Rusiyanın 3 milyard avro kredit ayırması təsadüfi deyil. Hindistan, Rusiya və İranın təşəbbüsü ilə formalaşmağa başlayan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin taleyi ABŞ-ın sanksiyalarından sonra naməlum qalmışdı. Lakin Rusiyanın 3 milyard avro kredit ayırmaq niyyətinin açıqlanmasından sonra Hindistanın ticarət və sənaye naziri Sureş Pranhunun bəyanatı da onu deməyə əsas verir ki, bu beynəlxalq layihə sanksiyalara baxmayaraq, həyata keçiriləcək.
Hindistanlı nazir bildirib ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Hind okeanı ilə Fars körfəzini, Asiya ilə Avropanı birləşdirən iri həcmli layihədir. Bu layihə region dövlətlərinin iqtisadi inkişafı üçün həyati əhəmiyyət kəsb edir və Hindistan dəhlizin tam olaraq formalaşması üçün bütün imkanlarından istifadə edəcək.
Beləliklə, İran və Rusiyanın ABŞ-ın sanksiyalarına məhəl qoymayaraq dəhlizin formalaşması üçün işləri davam etdirəcəkləri aydındır. Hər iki dövlət ABŞ-ın dünyadakı hegemonluğunu qəbul etmir və rəsmi Vaşinqtonun siyasətinə qarşı əks addımlar atırlar. Bu yenilik deyil. Hər halda son 50 il ərzində ABŞ-ın İran və Rusiya ilə münasibətlərində nəzərə çarpacaq yaxınlaşma müşahidə edilməyib. Digər tərəfdən isə həm Hindistan, həm də Rusiya dəhliz üçün maliyyə vəsaiti ayırmaqdan çəkinmir. Artıq Hindistan carı ilin fevralında İranın Hind okeanı sahilindəki Çabahar limanın yenidən qurulmasına 2 milyard dollar güzəştli kredit ayırıb. Bu liman Hindistan və Asiyanın başqa dövlətlərindən Avropa və Rusiya istiqamətində göndərilən yükləri qəbul edəcək. Bu səbəbdən də Hindistan Çabahar limanının müasirləşməsində maraqlıdır. İrana gəldikdə isə qeyd etmək lazımdır ki, gələn ilin büdcəsindən İran ölkə daxilində yeni dəmir yolları xətlərinin inşası üçün 134 milyon dollar vəsait ayırıb. Bu vəsaitin bir qisminin də Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatdırılmasına ayrılacağı da şübhə doğurmur. Yuxarıda deyilənləri nəzərə alaraq belə qənatə gəlmək olar ki, adı çəkilən hər 3 dövlət siyasi iradəsi və iqtisadi imkanları ilə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin formalaşmasını başa çatdırmaq niyyətindədirlər və bu yolda onlar heç bir sanksiyadan çəkinməyəcəklər.
Asiya ilə Avropanı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin keçdiyi əsas məntəqələrdən biri də Azərbaycandır. Azərbaycan da bu layihənin həyata keçməsində maraqlıdır. Ölkəmiz Asiyadan Rusiya və Avropaya daşınacaq yükləri qəbul edib yola salmağa tam hazırdır. İran ilə Azərbaycanın dəmir yolları sistemlərini birləşdirən Astara(Azərbaycan)-Astara(İran) dəmir yolu xətti artıq istifadəyə verilib. Bu yolla Rusiya ilə İran arasında yüklərin daşınması da artıq həyata keçirilir. Azərbaycanı ilə Rusiya arasında dəmir yolları hələ isə hələ Sovet hökuməti dövründən mövcuddur. Ələt Beynəlxalq Ticarət limanı da müasir standartlar səviyyəsində istismara verilib.
Bütün bunlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların əleyhinə çıxan Avropa dövlətləri də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin formalaşmasında maraqlıdırlar. Bu dəhliz Avropaya iqtisadi dividentlər gətirərək Asiya ilə ticarət əlaqələrini genişləndirəcək. İstehsalçı rolunda çıxış edən Avropanın istehlakçıya ehtiyacı böyükdür. İstehlakçılar isə Asiya ölkələridir. Digər tərəfdən isə istehsal üçün xam mal lazımdır ki, bu rolu da Asiya ölkələri oynayırlar. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi 7200 kilometrdir və Hindistandan Finlandiyaya qədər uzanır. Bu dəhliz ildə 30 milyon ton yükü daşımaq imkanına malik olmaqla yanaşı, daşınma xərclərini də 40 faiz azaldacaq. İqtisadi inkişaf hər bir dövlətin milli marağındadır. Dəhlizin formalaşması isə bu maraqları təmin edir və burada çox dövlət iştirakçı qismində çıxış edir. Odur ki, sanksiyalara baxmayaraq, dəhlizin istifadəyə verilməsi baş tutacaq.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 ay sonra
Aviabilet • Otel axtarışı • Qrup səyahətləri • Turlar - Xidmətlər bir arada
-
1 gün sonra
Bakıda tələbə və məzunlar üçün karyera festivalı keçiriləcək - ŞİRKƏTLƏR İŞTİRAK EDƏ BİLƏRLƏR
-
1 gün əvvəl
ABŞ səfirliyi Baku Steel Company-də: API sertifikatından sonra yeni üfüqlər
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
1 gün əvvəl
Unibank ADA və UNEC tələbələri üçün dayanıqlı maliyyə seminarları təşkil edib
-
1 gün əvvəl
Cari ilin ilk rübündə 8 mindən çox avadanlığın idxalına xüsusi icazə verilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Aqrar Kredit və İnkişaf Agentliyi son 3 ildə ayırdığı vəsaitlərin məbləğini açıqlayıb
-
1 gün əvvəl
"Avrora Qrup" Azərbaycanın ən böyük ixracatçıları siyahısındadır - 15 QAT ARTIM
-
1 gün əvvəl
Birbank “Best Private Banking Azerbaijan” mükafatına layiq görüldü
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər

Bakıda tələbə və məzunlar üçün karyera festivalı keçiriləcək - ŞİRKƏTLƏR İŞTİRAK EDƏ BİLƏRLƏR

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

AZCON-un icraçı direktoruna müavin təyin edilib
.jpg)
Birbank “Best Private Banking Azerbaijan” mükafatına layiq görüldü

Azərbaycanda buraxılış kartı alan taksilərin sayı açıqlanıb
Ən çox oxunanlar

Bakıda avtobusların sayı artırılacaq
Kino Agentliyinin Müşahidə Şurasına sədr təyin olunub

"Bu il Azərbaycanda fermerlərə dəymiş zərər 50-70 % arta bilər"

Sabah leysan yağacaq, güclü külək əsəcək

Banka yeni sədr təyin edilib
