Ahmet Erentok Bakıda lüks villaları təqdim etdi

Dənizkənarı kurort Portonovi 2019-cu ildə istifadəyə veriləcək.
“Azmont Investments” şirkəti tərəfindən ərsəyə gətirilən, Aralıq dənizi regionunun ən gözəl yerlərindən birində – Monteneqroda yerləşən, hər detalı incəliklə işlənmiş çoxməqsədli ruhlandırıcı dənizkənarı kurort Portonovi 2019-cu ildə ilk mərhələsinin açılışının baş tutacağını elan edib.
“Dünyanın hər yerində insanlar getdikcə daha çox zəngin və ruhlandırıcı həyat tərzi, təbiətə yaxınlıq, stresdən azad və təhlükəsiz mühit, eləcə də ilhamverici sənət və mədəniyyət hadisələri təqdim edən kəşf edilməmiş yerlər axtarırlar. Monteneqro bu xüsusiyyətlərə sahib olmaqla yanaşı, biznes investisiyaları üçün də ən əlverişli mühitlərdən birinə malikdir. Dünyanın müxtəlif nöqtələrindən Monteneqroya uçuş həyata keçirən hava yollarının sayının getdikcə artması, eləcə də dünyanın bir çox ölkələri üçün vizasız səyahət siyasəti şübhəsiz ki, digər bir üstünlükdür. Bunlar hamısı bizdə beynəlxalq səviyyədə qarşılıqlı faydalı əməkdaşlıq üçün inam yaradır”, - deyə Portonovi kurortu layihəsini həyata keçirən “Azmont Investments” şirkətinin Müşahidə Şurasının sədri Ahmet Erentok bildirir.
“Ərsəyə gətirdiyimiz bu zərif istirahət kompleksinin Aralıq dənizi bölgəsindəki ən çox rəğbət qazanan yaşayış və istirahət məkanlarından birinə və Avropanın bu bölgəsindəki ən eksklüziv daşınmaz əmlak layihəsinə çevriləcəyinə inamımız tamdır”, – deyə A.Erentok 22-24 noyabr 2018-ci ildə Bakı Ekspo Mərkəzində keçirilmiş 4-cü Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində (RecExpo Real Estate) keçirilən təqdimat zamanı vurğulayıb.
Portonovi kurortu haqqında
Monteneqronun cövhəri: Ölkənin qeyri-adi gözəlliyini və müstəsna həyat tərzini simvolizə edən Portonovi, bağları, məşhur ticarət nişanlarının məhsulları ilə təchiz edilmiş fərqli interyer dizaynları və bir çox digər incəlikləri özündə əks etdirən 50-dən artıq lüks villa və 200-dən çox mənzili ilə 26 hektar ərazini əhatə edir. Bu bənzərsiz yaşayış sahəsi ilə yanaşı, ezackar Aralıq dənizi regionunda yerləşən, şairlər tərəfindən vəsf edilməyə layiq möhtəşəm eviniz qayıqlar və super-yaxtalar üçün D-Marin Portonovi limanı və Avropada ilk “One&Only Resort Espace Chenot Health Wellness Spa” ilə qonşu olacaq. Fərqli konseptlərdə olan restoran və barlar, yüksək səviyyəli mağazalar və qalereyalar orijinallığa, sivilizasiyaların mədəniyyətinə və tarixinə qiymət verən dünya vətəndaşları üçün nəzərdə tutulub.
2019-cu ildə açılışı olacaq Portonovi kurortunun ilk mərhələsi çərçivəsində Portonovi Village, Marina Residences, parkların və meydanların olduğu gəzinti sahələri, həmçinin tam fəaliyyətdə olacaq D-Marin Portonovi limanı sakinlərin və qonaqların istifadəsinə veriləcək. Village Residences Monteneqronun milli arxitekturasının və Venesiya tərzinin kombinasiyası olmaqla ənənəvi Aralıq dənizi regionu təəssüratını əks etdirir. Sakinlər işıqlandırılmış mənzərəli gəzinti yolları ilə bir-birinə bağlanmış, yüksək olmayan binalarda yerləşən, fərqli xarakterlərə, eleqant interyer və müasir rahatlığa malik mənzillər, “penthouse”lar və “townhouse”lardan zövqlərinə uyğun olaraq seçim edə bilərlər. “Cülyetta” balkonları, balkonlara açılan pəncərələr və qorunaqlı terraslar Village Residences məhəlləsinin gözəl mənzərəsinə xüsusi rəng qatır və eyni zamanda, şəxsi həyatın gizliliyini də kifayət qədər təmin edir.
Portonovi Marina Residences evlərində həyat müasir və canlı atmosferdə yaşanacaq. Sahildə yerləşən mənzillər və “sky villa”lar incəliklə işlənmiş lüks məkan hissi yaratmaqla, zərif və müasirdirlər. Ağac və şüşənin bir arada istifadə edilməsi parlaq bir görüntü yaradır. Eleqant daxili məkanlar dəniz mühitini balkonlar vasitəsilə içəriyə daşımaq üçün dizayn edilib. “Sky villa”lar isə malik olduqları möhtəşəm liman mənzərəli hovuzları ilə diqqət çəkir və sizi su ilə ahəngə dəvət edir.
Beynəlxalq səviyyədə tanınan, peşəkar liman idarəetmə şirkəti olan D-Marin tərəfindən işlədiləcək D-Marin Portonovi Marina 238 lövbər dayanacağı ilə sakinlərin və qonaqların qayıqlarına və yaxtalarına gömrük rüsumundan azad yanacaq təchizatı və vertolyot meydançası da daxil olmaqla, mükəmməl liman xidmətləri göstərəcək. Limanda Monteneqro dövlətinin sərhəd və gömrük xidməti yerləşəcək və bu, liman vasitəsilə ölkəyə giriş etməyə və ölkədən çıxmağa imkan yaradacaq. Boka körfəzinin girişində, dalğalardan maksimum qorunan mövqedə yerləşməsi limanı super yaxtalar üçün ideal məkana çevirir. Limanın yaxınlığında yerləşən “Vista” meydanı isə marina həyatının dinamik mərkəzini formalaşdıracaq.
Monteneqro haqqında
Əsrlərin əsəri: Monteneqronun Avropanın ən populyar turizm istiqamətlərindən biri kimi getdikcə artan nüfuzu danılmazdır. İtaliya, Yunanıstan və Balkan yarımadası arasında mühüm bir nöqtədə yerləşən Monteneqro, möhtəşəm təbiəti, əsrlərə dayanan tarixi, zəngin mədəni həyatı və mülayim iqlimi ilə məşhurdur. Bu ölkə onilliklər boyunca ezackar sahili, meşələrlə örtülü dağ yamacları, Aralıq dənizi körfəzləri, sahilboyu çimərlikləri ilə Avropanın gizli incisi olaraq qalmışdır ki, bu da ona inkişaf etmiş dünya ölkələrində nadir rast gəlinən təbii haşiyə bəxş edir. Bir zamanlar Şərqlə Qərb arasında qapı kimi düşünülmüş Aralıq dənizi regionundakı bu unikal məkan əsrlər boyunca fərqli sivilizasiyaların ocağı olmuşdur. Dağların dənizlə bir araya gəldiyi Boka körfəzi YUNESKO-nun ümumdünya irsi siyahısına daxil olan əraziləri, əla vəziyyətdə oqrunmuş orta əsrlərdən qalma şəhərləri və vəsf edilməyə dəyər balıqçılıq kəndləri ilə məşhurdur. Portonovi parlaq dənizçilik və ticarət irsinə malik, orta əsrlərə aid gözəl bir şəhər olan Herceq Novi şəhərində yerləşir.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
10 saat əvvəl
“Üfüq” Karyera İnkişaf Proqramının qaliblərinin təltif olunma mərasimi keçirilib
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
NEQSOL Holding PARLA proqramına görə 2025 Stevie® Awards Qızıl və Gümüş mükafatlarına layiq görülüb
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"BRAND CREDIT BOKT" istiqraz buraxılışı yolu ilə 1 milyon manat cəlb edir - ŞƏRTLƏR
Son Xəbərlər

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Coca-Cola həyəcanla gözlənilən yay kampaniyasına davam edir

“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub

Dövlət 3 iri bankda 450 milyon manat depozit yerləşdirdi
.png)
NEQSOL Holding PARLA proqramına görə 2025 Stevie® Awards Qızıl və Gümüş mükafatlarına layiq görülüb

SOCAR İstiqrazları üçün 1 milyon 125 min dollarlıq ödəniş

“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
Ən çox oxunanlar

"BRAND CREDIT BOKT" istiqraz buraxılışı yolu ilə 1 milyon manat cəlb edir - ŞƏRTLƏR

Azərbaycanın Avropa Bankından cəlb etdiyi borc 13 %-dən çox azalıb

“Ümid-Babək” yatağında qiymətləndirmə quyusunun qazılması bu ilin sentyabrına planlaşdırılıb

Amazon-un satışları və mənfəəti artıb

Azər Türk Bankdan müştərilər üçün yeni cashback

Sabahın hava proqnozu açıqlanıb
