Bankir: “Ən böyük problemlərimizdən biri qanunlardakı boşluqlar və vəkillərdir”

Azərbaycan qanunvericiliyindəki boşluqlar və bu boşluqları müştərilərə öyrədən bir sıra vəkillər bankların problemli kreditləri yığmasına çətinlik yaradır.
“AGBank”ın İdarə Heyətinin sədri Əfqan Cəlilov “Marja”ya bildirdi ki, qanunvericilikdəki boşluqlara görə, 5 ilədək davam edən məhkəmə işləri mövcuddur:
EHTİYAT AZAD OLDUQDA KAPİTAL BƏRPA OLUNUR
“Bir neçə ildir “AGBank” aktiv kreditləşdirməni dayandırıb. Biz işçilərimizi yeni kreditlərin verilməsi işindən azad edib, əsasən devalvasiyalardan sonra yaranmış problemli kreditlərin yığılmasına yönəltmişik. Əgər ödəmə vaxtı keçmiş kreditləri yığsaq, bu, xərclərimizin azalmasına, əvvəlki illər həmin kreditlərə görə yaratdığımız ehtiyatın azad olmasına və nəticədə bankın kapitalının artmasına səbəb olacaqdır.
Problemli kreditlərin müştərilərdən alınması uzanır. Azərbaycanın qanunvericiliyi imkan verir ki, istənilən problemli müştəri müddəti uzatsın. Ən böyük problemimiz, çətinliyimiz budur. Müştəri məhkəməni uduzana yaxın müxtəlif bəhanələr ilə məsələni təxirə salır. Məsələn, deyir ki, “imza mənim imzam deyil”. Başqa bir misal: Uduzan borclu müştərinin mənzili məhkəmənin qərarı ilə boşaldılmalıdır. Bu zaman borclunun həyat yoldaşı və ya 18 yaşı tamam olmuş övladı evin girov qoyulmasından xəbəri olmadığını bildirir, baxmayaraq ki, Dövlət notariat kontorunda bu sənədləri imzalayıblar. Bəzi müştərilər bütün məhkəmələrdə uduzduqdan sonra, icra mərhələsində əmlaklarının qiymətlərinin 2 və ya 3 dəfə real bazar dəyərindən üstün olduğunu iddia edərək hərracı mübahisələndirirlər və təəssüflər olsun ki, ölkədə bir neçə qiymətləndirici şirkət tapılır ki, müəyyən ödəniş müqabilində, bu absurd qiyməti təsdiq edirlər və bununla da prosesin uzanmasına xidmət edirlər. Bir məhkəmə prosesi 3 il davam edir, sonuncu instansiyada qərar verilir və artıq icra mərhələsinə keçdikdə,bir etiraza görə, proses daha da uzanır. Qeyd etdiyimin mahiyyəti, sonunda müstəqil Azərbaycan məhkəmə orqanının qanuni çıxartdığı qərarın qüvvəyə minməsinə və bundan irəli gələrək icra orqanı tərəfindən qətnamənin yerinə yetirilməsinə maneələr törədilməsindən başqa bir şey deyil. Çox gözəl olardı ki, bu cür “qiymətləndirici ekspertlərin” (dırnaq arası) fəaliyyəti tənzimlənsin. Fəaliyyətin müstəqilliyi heç də özbaşınalıq demək deyil və hər bir təşkilat verdiyi səhv rəyə görə məsuliyyətə cəlb edilməlidir.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
Bu gün 5 ildir davam edən məhkəmə işimiz var. Süni maneələr olmasaydı 2 il əvvəl borclunun əmlakı məhkəmə qaydası ilə alınmış və satışı da başa çatdırmışdı. Satışdan əldə olunan vəsait bankda yaradılan ehtiyatın geri qaytarılmasına və nəticədə kapitalın bərpasına yönəlməli idi. Lakin, qanunvericilikdəki boşluqlar banklara süni problemlər yaradır və kapitalın bərpasına daha çox vaxt tələb olunur”.
BANKLARIN YENİ DÜŞMƏNİ: VƏKİLLƏR
Əfqan Cəlilov qeyd etdi ki, ödəmə vaxtı keçmiş kreditlərin bir çoxu Sahibkarlığın İnkişafı Fondunun (keçmiş Sahibkarlığa Kömək Milli Fondu) vəsaiti hesabına verilmiş kreditlərdir:
“Problemli kreditlərin bir çoxu da “AGBank”ın korporativ müştərilərə ayırdığı iri məbləğli kreditlərdir. Həmin kreditlər əsasən Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına ayrılmışdır. Bu gün “AGBank”ın bu Fondun qarşısında icra edilməmiş öhdəliyi yoxdur. Biz Sahibkarlığın İnkişafı Fondunun vəsaitini və hesablanmış faizlərini geri qaytarmışıq, müştəri isə götürdüyü krediti banka qaytarmayıb. Hazırda zərər yalnız banka dəyir. Hesab edirəm ki, burada yanaşmaya yenidən baxılmalıdır.
Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına kreditlər aşağı faizlər ilə, manatda verilib. Müştəri “dollar bahalaşıb” və “faiz yüksəkdir” bəhanələrini edə bilməz. Sadəcə müştəri qanunvericilikdə olan boşluqlardan istifadə edərək krediti qaytarmaq istəmir. Təəssüf olsun ki, Azərbaycanda müştəriləri səhv istiqamətləndirən bir qrup “ağıllı” vəkillər əmələ gəlib. Bu vəkillər öz qazancları naminə müştəriləri öyrədirlər. Onların tövsiyyələri ilə müddət uzadılır. İşin uzanması perspektivsiz olsa da belə, bu müddət ərzində vəkil müştərinin pulunu alır. Sadəcə vaxt uzadılır və uzanan vaxta görə banka zərər dəyir. Göründüyü kimi, bu məsələdə banklar dövlət vəsaitlərinin vaxtlı-vaxtında geri ödənilməsini öz vəsaitləri hesabına təmin edərək, bir növ bufer rolunu daşıyırlar ki, nəticədə dəyən zərəri öz üzərlərinə götürürlər. Lakin, bu cür vəkillərin fəaliyyəti nəticəsində isə, ayrı-ayrı sahibkarlar dövlət vəsaitlərinin banklara geri qaytarılmasının uzanmasına və bəzi hallarda bu vəsaitlərin ümumiyyətlə mənimsənməsinə nail olmağa çalışırlar.
“AGBank”ın İdarə Heyətinin sədri əlavə etdi ki, hazırda kreditlər etibarlı köhnə müştərilərə ayrılır. “Biz hazırda krediti tanıdığımız müştərilərə veririk”.
OKTYABRDA MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
Qeyd edək ki, 30 Oktyabr 2018-ci il tarixinə kredit portfelinin həcmi 285 milyon 496 min manat təşkil edib. Bu, Sentyabr ayının sonu ilə müqayisədə 403 min manat çoxdur. 30 Sentyabr 2018-ci il tarixində “AGBank”ın müştərilərə verdiyi kreditlər cəmi 285 milyon 93 min manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
24 d. əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 55 d. əvvəl
-
1 saat əvvəl
Bu il Azərbaycana xaricdən daha çox avtomobil gətirilib - 4 AYDA 616 MİLYON DOLLARLIQ İDXAL
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avropa İttifaqı 2025-ci il üçün iqtisadi artım proqnozlarını azaltdı
-
3 saat əvvəl
"Bakıda mənzil qiymətləri bahalı dünya şəhərləri ilə müqayisə edilə biləcək səviyyəyə çatıb"
- 3 saat əvvəl
-
5 saat əvvəl
"Happy Kids" uşaq əyləncə mərkəzinin fəaliyyəti dayandırıldı
Son Xəbərlər

Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI

Tramp və Putin arasında telefon danışığı başlayıb

Bu il Azərbaycana xaricdən daha çox avtomobil gətirilib - 4 AYDA 616 MİLYON DOLLARLIQ İDXAL

Azərbaycanın idxalı artıb, xarici ticarət saldosu azalıb

Azərbaycana smartfon idxalı azalıb

Azərbaycanda heyvan xəstəliklərindən azad zonalar yaradılır

Avropa İttifaqı 2025-ci il üçün iqtisadi artım proqnozlarını azaltdı
Ən çox oxunanlar

"Bakıda mənzil qiymətləri bahalı dünya şəhərləri ilə müqayisə edilə biləcək səviyyəyə çatıb"

"Happy Kids" uşaq əyləncə mərkəzinin fəaliyyəti dayandırıldı

Sabahın hava proqnozu açıqlanıb

Terror qruplaşmasının fəaliyyətində iştirak edən şəxslər saxlanılaraq ölkəyə gətiriliblər - VİDEO

Azercell rəsmi olaraq “Əla İş Yeri” kimi tanınıb!

AYNA: "Astara” gömrük postunda 80-dən çox avtomobil gözləyir
