Sabah yeni turizm brendi və onun tanıdılması strategiyası təqdim ediləcək
18 oktyabr tarixində Dövlət Turizm Agentliyi tərəfindən Bakı Konqress Mərkəzində Milli Turizm Sammiti təşkil olunacaq. Sammitdə Azərbaycanın yeni turizm brendi ictimaiyyətə təqdim olunacaq.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, sammitin gündəliyində 3 əsas mövzu var: “Sammitdə dövlət orqanlarının, ölkəmizdə akkreditə olunmuş diplomatik korpus təmsilçilərinin, turizm sənayesinin, yerli və xarici tərəfdaş şirkətlərin, ictimaiyyətin, ümumilikdə 1500-dən çox nümayəndənin iştirakı gözlənilir. Tədbirdə Dövlət Turizm Agentliyinin və agentliyin tabeliyində olan Azərbaycan Turizm Bürosunun kollektivini təqdim edəcəyik.
Çalışdıq ki, dövlət başçısının tapşırıqlarını həyata keçirmək üçün dinamik, kreativ, enerji və yeni ideyalarla dolu gənclərdən ibarət bir komanda yığaq. Bu gənc komandanın əksəriyyət üzvlərinin təhsil səviyyəsi yüksəkdir, onlar xarici dövlətlərin turizm sahəsi üzrə qabaqcıl təcrübələri ilə tanışdırlar. Eyni zamanda, biz bu sahə üzrə mütəxəssis olan təcrübəli xarici ekspertləri də işə cəlb etmişik.
Sammitdə Azərbaycanın yeni turizm brendi təqdim olunacaq. Ölkə başçısının qərarı ilə turizm iqtisadiyyatın əsas inkişaf istiqamətlərindən biri kimi müəyyənləşdirildiyindən, o dövlət əhəmiyyətli sənaye sahəsi və biznesdir. Ölkə rəhbərliyi turizm sahəsinin inkişafına xüsusi diqqət ayırır. Məhz bu ticarət markası ilə yaxın illərdə ölkəmiz kompleks turistik məhsullar və xidmətlərlə bu sahədə öz yerini möhkəmləndirəcək. Bütün bunlar isə dövlətin büdcəsinin formalaşdırılmasına, əlavə iş yerlərinin açılmasına, əhalinin geniş kəsiminin gəlirlərinin artmasına kömək edəcək. Brend həm yerli, həm də xarici mütəxəssislərin iştirakı ilə hazırlanıb. İşin əsas hissəsi brendinq üzrə dünyaca tanınmış şirkət, uzun illər bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin, korporasiya və dünya miqyaslı tədbirlərin brendinqini həyata keçirən “Landor Associates” şirkəti tərəfindən hazırlanıb.
Tədbirdə brendin təşviqi konsepsiyasını, qlobal bazarlarda, eləcə də müxtəlif regionlar və ölkələrdə onun tanıdılması strategiyasını təqdim edəcəyik. Azərbaycana yaxın illərdə turistlərin cəlb edilməsi üçün 18 prioritet bazar müəyyən olunub. Bu ölkələr içərisində Körfəz ölkələri, Çin, Yaponiya, Koreya Respublikası, Qərbi Avropa ölkələri, İsrail, o cümlədən yaxın qonşularımız da var.
2018-ci ilin sonuna qədər Azərbaycanın artıq bir neçə ölkədə rəsmi turizm nümayəndəlikləri açılacaq. Bu proses 2019-cu ildə də davam edəcək. Bunlar sammitin əsas gündəliyinə daxil olan məsələlərdir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 23 d. əvvəl
-
-
26 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 29 d. əvvəl
- 42 d. əvvəl
- 45 d. əvvəl
- 52 d. əvvəl
- 54 d. əvvəl
- 2 saat əvvəl
-
12 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb

















.jpg)







