Bakıda premium avtomobillər üçün satış və xidmət mərkəzi inşa ediləcək

“Avtolüks Azərbaycan” Şirkəti Bakıda ixtisaslaşmış Jaguar Land Rover mərkəzi açacaq
Azərbaycanda premium markaların sahiblərinə xidmət göstərəcək Jaguar Land Rover markalarının qabaqcıl satış və xidmət mərkəzi inşa ediləcək.
Ölkədə Jaguar Land Rover-in pərakəndə satışını həyata keçirən yeganə rəsmi şirkət olan “Avtolüks Azərbaycan” eksklüziv olaraq bu premium markalarını təqdim etmək məqsədilə ixtisaslaşmış diler mərkəzi təsis edəcək. Jaguar Land Rover nümayəndəliyi şirkətin Azərbaycanda lyüks avtomobillərin aparıcı distributoru kimi mövqeyini möhkəmləndirir.
Jaguar Land Rover tərəfindən müəyyən edilmiş korporativ qaydalara uyğun olaraq yeni diler mərkəzinin binası ARCH dizayn konsepsiyasına uyğun olacaq. Bu konsepsiya təkcə dizaynı görmək və hiss etməklə məhdudlaşmır, həm də müştəri təcrübələrini ehtiva edir. Məqsəd müştərilərin Jaguar Land Rover satış salonunu və ya servisini ziyarət edərkən dərin təəssürat əldə etməsinə nail olmaqdır.
Mərkəzi giriş qalereyası ilə diqqət çəkən satış salonu markaların model cərgəsini əks etdirməklə Jaguar Land Rover-in 21-ci əsrdəki eleqant sadəliyinə əsaslanan korporativ ruhunu göstərən zərif sadəliyə malik olacaq.
“Avtolüks Azərbaycan” Şirkətinin Direktoru Mark Pocock bildirdi ki: “Satış salonlarına daxil olan müştərilər Jaguar Land Rover-in praktik lüks dizayn fəlsəfəsinə əsaslanan interyerlə qarşılaşacaqlar.”
Eyni anda 15 avtomobil qəbul edə biləcək yeni servis mərkəzində Jaguar Land Rover-in orijinal ehtiyat hissələrinin satışı da həyata keçiriləcəkdir. Yeni avtomobillərin satış salonu birinci mərtəbədə yerləşəcək. Binanın ikinci mərtəbəsində isə Jaguar Land Rover-in təsdiqlənmiş ikinci əl avtomobillərinin satış salonu fəaliyyət göstərəcək.
Hər növ müasir avadanlıqlarla təchiz olunmuş avtoservis Jaguar Land Rover-in bütün standartlarına cavab verir və markaların təlim üzrə tələblərinə uyğun olaraq ciddi təlim keçmiş ixtisaslı texniki işçilərlə təchiz edilmişdir.
İkinci mərtəbədə yerləşən müştəri otaqlarında, istirahət zonası, zəruri aksesuarların nümayiş sahələri və onlayn olaraq arzu olunan virtual modeli faktiki olaraq yaratmağa imkan verən konfiqurator zonası fəaliyyət göstərəcək.
Yüksək texnologiya və göz oxşayan dizayn sahəsində bazar liderlərindən olan Jaguar və Land Rover markalarının bir sıra heyranedici yenilikləri tezliklə Azərbaycana gətiriləcək və ölkəmizdə ən məşhur və arzuolunan modellər sırasında olacaqdır.
Model cərgəsinin aparıcı nümayəndələri olan fantastik və bir sıra mükafatlara layiq görülmüş Jaguar XJ, Jaguar XE və Jaguar XF kimi lyüks avtomobillər ARCH mərkəzində möhtəşəm təəssürat bağışlayacaq Jaguar güşəsinin bəzəyi olacaqlar. Bu modellərlə yanaşı, Jaguar markasının ilk tam yolsuzluq avtomobili olan məşhur Jaguar F-PACE SUV və Jaguar-ın ilk kompakt yolsuzluq avtomobili olan Jaguar E-PACE də nümayiş etdiriləcəkdir. Öz irsinə sadiq qalmaqla, Jaguar-ın satış salonunda bütün çeşidlərini təqdim etmək məqsədilə Jaguar-ın idman avtomobili – möhtəşəm F-TYPE modeli də yer alacaqdır.
Land Rover-in satış salonunda mükafatlara layiq görülmüş modellərin ən son versiyaları təqdim olunacaq. Bunlar 2018-ci ildə Ümumdünya Avtomobil Dizaynı Mükafatına layiq görülmüş Range Rover Evoque, Range Rover Velar, dinamik Range Rover Sport və eleqant Range Rover modelləridir. Salonda, həmçinin çevik Land Rover Discovery ailəsinə məxsus avtomobillər, o cümlədən Land Rover Discovery Sport və iri qabaritli Land Rover Discovery modelləri nümayiş etdiriləcəkdir.
Yeni və ya ikinci əl avtomobil olmasından asılı olmayaraq, alınan hər bir avtomobil üçün kompleks xidmət müqavilələri bağlanılacaq. Jaguar Land Rover-in təsdiqlənmiş avtomobillərinə müştəri məmnuniyyətini təmin etmək və bütün narazılıqları aradan qaldırmaq məqsədilə uyğunlaşdırılmış uzunmüddətli zəmanət paketləri tətbiq ediləcəkdir.
“Avtolüks Azərbaycan”-nın ənənəvi dəyəri bazarı ən yaxşı məhsullarla və xidmətlərlə təmin etmək və bazarda iştirakını genişləndirməkdir. Jaguar Land Roverin korporativ dəyərlərinə tam sadiq qalaraq “Avtolüks Azərbaycan”ı Azərbaycanda müştərilərin üz tutduğu əsas satış məntəqəsinə çevirmək üçün “var gücümüzlə” və “uğura doğru” can atırıq” – deyə cənab Pocock öz nitqini yekunlaşdırdı.
Müştərilərin xəbərləri

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər
SON XƏBƏRLƏR
-
4 gün sonra
Regionun aparıcı innovasiya festivalı üçün biletlər artıq satışdadır ®
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"40 milyon manatlıq məhsula zərər dəyməsi ilə bağlı müraciət daxil olub"
- 12 saat əvvəl
-
12 saat əvvəl
BYD Avropada ultra sürətli enerji doldurma şəbəkəsi qurmağı planlaşdırır
- 12 saat əvvəl
-
12 saat əvvəl
Futbolun İnkişaf Fondu son 3 illə bağlı maliyyə hesabatını açıqlayıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər

Dövlət büdcəsində 3,4 milyard manat artıqlıq yaranıb

m10 yenilənir!

Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı
Ən çox oxunanlar

Azərbaycan Çində yeni ticarət və şərab evləri aça bilər

10 İyun tarixi üçün rəsmi məzənnə müəyyən olunub

Azərbaycanla Çin arasında birgə müəssisə yaradılacaq

Bank of Baku-nun İdarə Heyətinə yeni təyinat olub

Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi ®

İRİA startap bacarıqlarını “İNNOSTART” ilə gücləndirir

OMODA və JAECOO avtomobil markaları Azərbaycan bazarına daxil olur
