Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda xərcləri azaldacaq ting istehsalı texnologiyası işlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda xərcləri azaldacaq ting istehsalı texnologiyası işlənilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanovun müsahibəsi


 

Reklam_3_11

-İlham müəllim, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əsas fəaliyyət istiqamətləri nədən ibarətdir?

 

-İnstitutun əsası 1926-cı ildə qoyulub, 2015-ci ildən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu adlanır. İnstitutumuzun elmi fəaliyyətinin əsas məqsədi tumlu, çəyirdəkli, qərzəkli, subtropik bitkilər və çayçılıq sahələrinin inkişafını daha mükəmməl elmi əsaslarla işləyib təmin etmək, bu bitkilərin yüksək məhsuldar, tez bara düşən, ətraf mühitin mənfi amilləri kompleksinə davamlı, çayın yüksək zoğvermə xüsusiyyətinə malik yeni məhsuldar sortlarını yaratmaq, onların genefondunu zənginləşdirməkdən ibarətdir. İnstitut alimləri tərəfindən meyvə bitkiləri və çayın ümumilikdə 220-dən çox yeni sortları yaradılaraq Dövlət Sort Sınağına təqdim olunub, onlardan 78-i artıq rayonlaşdırılıb. Burada əsasən alma sortları üstünlük təşkil edir.

 

-Azərbaycanda yeni çay sortlarının yaradılması üçün hansı işlər görülür?

 

-Çay bitkisinin “Azərbaycan-2”, “Azərbaycan-4” sortları cənub bölgəsində becərilir. Bir alma, və yaxud çay sortunu ənənəvi üsulla yaratmaq 20-25 ilə başa gəlir. Çox hallarda sortun müəllifi öz məhsulunun barını görə bilmir. Yeni sortlar yaradılıbsa, bu bizim alimlərimizin fədakarlığıdır.

 

-Yəqin razılaşarsınız ki, müasir üsullarla ting istehsalına son illər maraq artıb...

 

-2014-cü ildən elmi şuranın qərarı ilə institutda tinglik şöbəsi  yaranıb. Hal-hazırda 20-dək peşəkar əməkdaşımız tingçilik sahəsində fəaliyyət göstərir. Azərbaycanda ilk dəfə olaraq müasir ting istehsalı texnologiyası işlənir və bu texnologiya tingçilik təsərrüfatlarında istifadə olunur. Məsələn, əvvəllər tinglər adi qaydada torpağa əkilirdisə, yeni texnologiyaya əsasən, calaqaltılar xüsusi hazırlanmış torpaq tirələri üzərində əkilir və becərmədə damla suvarma tətbiq olunur. Bu üsulla calaqaltıların yetişdirilməsi ölkəmizdə superintensiv bağçılıqda istifadə olunan tinglərə tələbatı ödəməyə imkan verəcək. Müasir üsullarla tingçiliyin inkişafı bağçılıqla məşğul olan yerli fermer və sahibkarların xərclərini azaltmaqla, onlara əlavə vəsait qazandıracaq.

 

-Azərbaycanda ənənəvi meyvə sortlarının qorunub saxlanması istiqamətində hansı işlər görülür?

 

-Hal-hazırda institutda biotexnologiya  laboratoriyası qurulub başa çatmaq üzrədir. Məqsədimiz  ata-baba sortlarımızın bərpası və qoruyub saxlayıb çoxaldılması, həmçinin az əkin materialından,  çətin kökləndirilən bitkiləri yetişdirməkdir. Bundan əlavə institutda torpaq, bitki və su analizi laboratoriyası yaradılıb. Zaqatala rayonunun dayaq məntəqəsində 2 hektar sahədə qərzəkli meyvə bitkilərinin tingliyi yaradılıb. Azərbaycanda ilk dəfə fındıq bitkisinin müasir tingləri yetişdirilir. İtaliyadan 2 sort gətirmişik, hazırda onların ölkəmizin coğrafi-iqlim şəraitinə necə adaptasiya olunması öyrənilir. Son 3 ildə institutun dayaq məntəqələrinin 52.7 hektar sahəsində intensiv bağlar salınıb. Burada gilas, gavalı, alma, nar, xurma,  fındıq və armud yetişdirilir. Göyçay nar bağinda əsasən “Balamürsəl”, “Gülövşə” və “Qırmızı qabıq” sortları becərilir. Göyçay dayaq məntəqəsində daha 20 hektar sahədə 2019-cu il üçün yeni nar bağının salınmasını planlaşdırırıq. Abşeron təcrübə stansiyasında isə quru subtropik bitkilərin tingliyi yaradılıb. 3 hektar sahədə badam, püstə, zeytun, innab, nar, hətta tut becərilir. İnstitutumuz müqavilə əsasında İspaniyadan olan mütəxəssislərlə birgə badam, şaftalı və ərik tingləri yetişdirir. Digər bağlanmış müqaviləyə əsasən, İspaniyanın 17 nektarin sortu, İngiltərənin 5 çiyələk, 4 moruq-böyürtkən sortları institut tərəfindən sınaqdan çıxarılır.

01.10.2018 08:37
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ