Tikinti obyektlərinin istismara qəbulu prosesi asanlaşdı
Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən tikinti obyektlərinə verilmiş texniki şərtlər əsasında hazırlanmış elektrik və qaz təchizatı layihələrinin ekspertiza və qeydiyyatı 3 iş günü müddətində həyata keçirilir.
Nazirliyin yaydığı məlumata görə, hazırda istehlakçıların, eləcə də sahibkarların elektrik və qaz təchizatına qoşulması üçün layihələr tikinti-quraşdırma işlərinə başlamazdan əvvəl razılaşdırılır. Bu isə həmin obyektlərin istismara qəbulu prosesində yarana biləcək problemlərin vaxtında aradan qaldırılmasına, eyni zamanda ləngimə hallarının qarşısının alınmasına xidmət edir.
Agentliyinin regional bölmələri tərəfindən 2018-сi ilin yanvar-avqust aylarında enerji təzhizatı üçün 68 layihə razılaşdırılıb. 1127 sayda idarə və müəssisənin isə qaz təchizatının layihə-smeta sənədləri ekspertiza olunaraq qeydiyyata alınıb, 37 sayda layihə-smeta sənədinin qeydiyyatından imtina edilib.
"Tikinti obyektlərinin elektrik və qaz təsərrüfatlarının istismara qəbulu prosesi də Agentliyin regional bölmələri tərəfindən qanunvericiliyin tələblərinə ciddi əməl edilməklə tam obyektiv və şəffaf şəkildə həyata keçirilir. Belə ki, əvvəlki dövrlərlə müqayisədə elektrik enerjisi və qaz təchizatı üçün quraşdırılmış qurğuların istismara buraxılması üçün akt alınması prosesi sadələşdirilib, tələb olunan sənədlərin sayı əhəmiyyətli dərəcədə azaldılıb. İstismara buraxılma aktlarının verilmə müddəti isə 5 iş gününə endirilib",- məlumatda deyilir.
2018-сi ilin yanvar-avqust ayları ərzində istehlakçıların elektrik qurğularına 151 sayda istismara buraxılma aktı verilib. 1090 sayda sənaye qaz qurğusu istismara qəbul edilib. 159 sayda sənaye qaz qurğusu isə qaz xəttləri layihəyə uyğun çəkilmədiyinə, qaz qurğu və avadanlıqları tam quraşdırılmadığına görə istismara qəbul edilməyib.
Bundan başqa, istismara buraxılma aktları verilərkən gələcəkdə şikayətlərin və bədbəxt hadisələrin qarşısının alınması məqsədilə çəkilmiş elektrik xəttlərinin mühafizə zonasının pozulmamasına da ciddi nəzarət edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
11 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
12 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti



























