“Qara Qarayev”ə sıfır məsafədə yaşayış kompleksi – MƏNZİL ALAN UDUR
“Qara Qarayev” metrosu ətrafı nisbətən sakit və seyrək olduğuna görə Bakıda yaşayış üçün ən əlverişli zonalardan biridir. Hazırda bu zonada yeni yaşayış binaları tikilir.
“Qara Qarayev” metrosu ətrafında tikilən binaları araşdıran zaman məlum olur ki;
-Reklamlarda binaların metronun iki addımlığında tikildiyi deyilsə də, əslində metrodan xeyli aralı yerləşirlər,
-Əksər yeni tikilən binada mənzillərin layihələri əlverişsizdir.
-Bir çox yeni binada görülən işlərin keyfiyyəti aşağıdır, binanın xarici görünüşü bərbaddır. Bir sıra tikinti şirkəti bu yolla aşağı qiymətlər təklif edirlər.
Məlumat üçün bildirək ki, hazırda metroya ən yaxın məsafədə cəmi 2-3 şirkət yaşayış binaları tikir. Metroya demək olar ki, sıfır məsafədə binalar “Rahatlığın Məkanı” MMC tərəfindən inşa edilir.
Şirkətin tikdiyi “Rahatlığın Məkanı” yaşayış kompleksi ərazinin “göz-bəbəyidir”. Binanın fasadını görən hər bir kəs bəyənir.
5 BİNADAN İBARƏT YAŞAYIŞ KOMPLEKSİ
Şirkətin satış meneceri Vüqar Mustafayev “Marja”ya bildirdi ki, layihə üzrə kompleks hər biri 16 mərtəbədən ibarət 5 binadan ibarətdir. Artıq 1-ci bina yaşayışa təhvil verilib, ikinci binanın tikintisi yekunlaşmaq üzrədir, üçüncü binanın da tikintisinə başlanılıb. Qarşıdakı 3 il ərzində yaşayış kompleksinin tam təhvil verilməsi nəzərdə tutulur.
Satış meneceri qeyd etdi ki, “Rahatlığın Məkanı” yaşayış kompleksində binalar füsunkar görünüşünə görə fərqlənir. Binanın dizaynı xaricdə işlənmişdir. 1-2-ci mərtəbələr xırda obyektlər üçün deyil, sakinlərin gündəlik ehtiyacı olan xidmətlər üçün (market, bağça, sağlamlıq mərkəzi və s.) nəzərdə tutulur. Artıq kompleksin yaşayışa təhvil verilmiş birinci binasında “Bravo” supermarketi, uşaq bağçası, ingilis dili və məktəbə hazırlıq kursu və s. fəaliyyət göstərir.
“Rahatlığın Məkanı” kompleksində mənzillər genişliyinə görə seçilir. Alıcılara 1, 2, 3 və 4 otaqlı əlverişli mənzillər təklif edilir. Yuxarı mərtəbələrdəki mənzillərdən şəhərə mənzərə açılır. Vüqar Mustafayev bildirdi ki, mənzillər elə layihələndirilmişdir ki, sahənin böyük hissəsi eyvan və dəlizdə itmir. Azad planlaşdırma olduğundan sahibi mənzili istədiyi şəkildə bölüb, təmir etdirə bilər.
Bunaların tikintisi başa çatan kimi dərhal elektrik enerjisi, su və qaz ilə təmin ediləcəkdir. Binalarda fərdi istilik sistemi nəzərdə tutulur. Hər bir sakin quraşdırdığı kombidən istədiyi şəkildə istifadə edəcəkdir.
Binalarda müasir standartlara uyğun sürətli səssiz liftlər quraşdırılacaqdır. Yaşayış kompleksinin həyəti qapalı olacaqdır və ərazi 24 saat qorunacaqdır.
Binaların altında hər bir mənzilə çatacaq saydan artıq avtomobil yerləri olan qarajlar nəzərdə tutulur.
MÜKƏMMƏL İZOLYASİYA APARILIR
Vüqar Mustafayev əlavə etdi ki, binalar daş yun ilə üzlənir:
“Qış aylarında bir çox ailələr istilik üçün yüksək məbləğdə qaz və işıq pulu ödəyirlər. Bunun səbəblərindən biri də binanın xarici cəbhəsində (fasadında) zolyasiyanın zəif olmasıdır. Bakıda bir sıra tikinti şirkətləri binaları adi suvaq və ya Ağlay ilə üzləyirlər. Bu mənzillərdə qışda istiliyin, yayda isə sərinliyin itməməsinə kömək etsə də, mükəmməl nəticə vermir. “Rahatlığın Məkanı” yaşayış kompleksinin izolyasiyasında daş yundan istifadə edilir. Daş yun heç bir halda yanmır. Daş yun məsaməli olduğuna görə bina “nəfəs alır” və buna görə də daxili məkanlarda heç vaxt nəmişlik və qaralma müşahidə olunmur. Həmçinin əlavə edim ki, mənzillərin çöl divarları bişmiş kərpic ilə deyil, yüksək termo-izolyasiya xüsusiyyətlərinə malik, yanğına davamlı, ekoloji təmiz və səs keçirməyən məsaməli hörgü bloku ilə hörülür”.
QİYMƏTLƏR
Vüqar Mustafayev bildirdi ki, təmirsiz mənzillərin 1 kv.m-i nağd 1200 manata, kreditlə 1300 manata təklif olunur. Kredit şərtlərinə görə, ilkin ödəniş 30%, müddət 36 aydır. Mənzil nağd alınan zaman kvadrat metrindən asılı olaraq qiymətdə endirim olunur.
“BİNA ÜZRƏ İŞLƏRDƏN KƏSİB, QİYMƏTİ AŞAĞI SALAN ŞİRKƏTLƏR VAR”
Vüqar Mustafayev “Qara Qarayev” metrosu ətrafında tikilən bir sıra yeni binalarda mənzillərin nisbətən ucuz təklif edilməsinə də münasibət bildirdi:
“Bir sıra tikinti şirkətləri binalarda nəzərdə tutulmuş işlərin bəzilərini təxirə salırlar, binanın fasadı, həyəti üzrə görülməli olan işlərdən kəsirlər. Biz layihədə nəzərdə tutulmuş xərcləri azaltmırıq. Layihədə nəzərdə tutulduğundan da artıq xərclər çəkirik. Qeyd etdiyim kimi, binalar daş yun ilə üzlənir, sonra xususi boya ilə rənglənir. Dünya standartlarına uyğun digər materiallardan istifadə edirik. Buna görə, sakinlər bizə öz minnətdarlıqlarını bildirirlər. Biz hazırda həyətə 16 manatlıq daş vururuq, halbuki həmin daşın 5-6 manatlıq olanını da vura bilərdik. Biz işləyirik bu əmlak uzunömürlü olsun”.
HƏR ZAMAN “YUMURTLAYAN TOYUQ”
“Qara Qarayev”də ev alqı-satqısı ilə məşğul olan ofislərdə də olduq. Peşəkar vasitəçilər qeyd etdilər ki, metronun üstündə yerləşən binalardakı mənzillər kirayə baxımından hər zaman “yumurtlayan toyuqdur”. Hazırda kirayə vermək üçün mənzil çatışmır. Məsələn, 2 otaqlı mənzil olan kimi dərhal ayı 400-450 manatdan kirayəyə götürülür.
Mənzil alınan zaman ailənin gələcəyi də nəzərə alınmalıdır. Gələcəkdə uşaqların məktəbə və ya universitetə rahat gedib gəlmələri baxımından mənzilin metronun 2 addımlığında alınması doğru qərar olardı. Əgər ev kirayəyə verilmək məqsədilə alınırsa, metronun və avtobus dayanacağının yaxın olması daha böyük əhəmiyyət daşıyır.
Əlaqə:
Bakı şəhəri, Nizami rayonu, Əlif Haciyev küç., 40 (Qara Qarayev metrosu)
Tel.: (012) 422-74-75
Mob.: (055) 319 39 39
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 19 d. əvvəl
-
-
22 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
44 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















