“PAŞA Bankın yeni tarif paketləri xərcləri optimallaşdırmaq üçün ən uyğun seçimdir”
“PAŞA Bankın hesablaşma-kassa xidmətləri üzrə təqdim etdiyi tarif paketləri kiçik və orta sahibkar olan müştərilərə öz biznes xərclərini optimallaşdırmaq üçün ən uyğun seçimdir”
Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bank bazara kiçik və orta sahibkarlar üçün nəzərdə tutulmuş yeni hesablaşma-kassa xidmətləri paketini təqdim edir. Bu məhsul haqqında ətraflı məlumat əldə etmək üçün PAŞA Bankın Kiçik və orta sahibkarlıq üzrə bankçılıq departamentinin direktoru Aleksandr Qolovkoya müraciət etdik. Müsahibəni diqqətinizə çatdırırıq.
-Zəhmət olmasa, yeni məhsul - hesablaşma-kassa xidmətləri paketi haqqında bir qədər məlumat verərdiniz.
-Ölkənin bank bazarına daima yeniliklər gətirən PAŞA Bank Kiçik və Orta Sahibkarlara biznes xərclərini optimallaşdıracaq hesablaşma-kassa xidmətləri üzrə tarif paketlərini təqdim edir. Tarif paketlərinin işləmə prinsipini mobil operatorlar tərəfindən təklif olunan paketlərin işləmə prinsipi ilə müqayisə etmək olar. Qeyd edim ki, Qərbi və Şərqi Avropanın bir çox ölkələrində aktiv istifadə olunan bu xidmət yerli bazarda da çox böyük marağa səbəb olacaqdır. Belə ki, tarif paketlərinin hazırlanmasında kiçik və orta sahibkarlıq biznesinin müxtəlif xüsusiyyətləri, eləcə də müştərinin bankla olan əməkdaşlıq formatı nəzərə alınmışdır. Müştəri biznesinə uyğun tarif paketini seçərək bankla işini tənzimləyəcək və bir paketdə ona lazım olan bütün əməliyyatları əldə edəcək.
İlkin olaraq müştərilərə beş növ tarif paketi təqdim olunur. Müştəri öz biznesi üçün ən münasib tarif paketini seçib və aylıq xidmət haqqını ödəyərək bir çox xidmətlərdən pulsuz və ya güzəştli tariflərlə istifadə etmək imkanı əldə edir.
Təqdim olunan yeni xidməti mobil operatorlar tərəfindən istifadəçilərə təklif olunan paket məhsulları ilə müqayisə etmək olar. Tarif paketləri bir birindən funksionallığı ilə fərqlənir. Hər bir paketə müəyyən növ və həcmlərdə əməliyyatlar daxildir. Paket qiyməti ona daxil olan xidmətlərin həcmindən asılı olaraq dəyişir.
-Müştəri tarif paketlərini əldə etməklə nə kimi üstünlüklər əldə edir? Yeni xidmətin standart təkliflərdən fərqi nədir?
-Kiçik və orta sahibkarlar tarif paketlərindən birini seçərək onlara lazım olan bütün növ müxtəlif əməliyyatları kompleks şəklində əldə edir. Bu, hesablaşma-kassa xidmətlərinin seçilməsini sadələşdirir, asanlaşdırır. Müştəriyə artıq böyük sayda xidmətləri və onlar üzrə tarifləri müqayisə etmək, tutuşdurmağa ehtiyac qalmır. Biz paketə daxil olan əməliyyatları seçərkən müştərilərimizin gündəlik həyata keçirdikləri əməliyyatları əsas götürmüşük, həmçinin, xarici bankların təcrübəsini öyrənib və müxtəlif sorğular aparmışıq. Müştəri tarif paketlərini seçərkən özünə lazım olanı əldə edir. Müştəri üçün biznes fəaliyyətini əhatə edən bütün mühüm və zəruri funksiyaları özündə dəqiq cəmləşdirən paketlər çox rahatdır. Onlar həm istifadədə rahatdırlar, həm də maliyyə əməliyyatları zamanı pula və vaxta qənaət etməyə imkan verirlər. Bu paketlər müştərilərin tələblərinə və fəallığına tam uyğundur. Eyni zamanda tarif paketlərinə qoşulan bütün müştərilərə internet bank xidmətinə qoşulma və 3 illik korporativ və ya Tacir kartı hədiyyə edilir.
-Paketlərə hansı əməliyyatlar daxildir?
- Artıq vurğuladığım kimi, paketlər onlara daxil olan əməliyyatların növü və həcmi ilə fərqlənirlər. Paketlər müştərilər tərəfindən gündəlik ən çox istifadə olunan əməliyyatları əhatə edir. Bu əməliyyatlara hesabda olan pul vəsaitlərinin nağdlaşdırılması, yerli və xarici valyuta ilə bankdan kənar köçürmələr, valyuta mübadiləsi, ekvayrinq və sairələri daxildir. İstərdim hər paketin xüsusiyyətləri barədə daha ətraflı məlumat verim. Ilkin olaraq müştəriləri hesab üzrə həyata keçirdikləri əməliyyatlara əsasən beş qrupa ayırdıq və hər qrup üçün xüsusi paket hazırladıq.
Paketlərdən ən sadə olanı “Klassik” – dir. Bu paket özündə standart əməliyyatları ehtiva edərək biznesə yeni başlamış və bankla az həcmdə əməliyyatlar aparan biznes sahibləri üçün ən sərfəli seçimdir.
Növbəti “Elektron” paketi adından da göründüyü kimi daha çox ölkə-daxili və nağdsız ödənişlərə üstünlük verən müştərilər üçün hazırlanmışdır. Üçüncü “Biznes” paketidir. Bu paket özündə ehtiva etdiyi əməliyyat növlərinə görə “Klassik” paketi ilə oxşardır, lakin əməliyyatların həcmi ilə fərqlənir. Bu paketin istifadəçiləri böyük həcmdə pulsuz nağdlaşdırma və ölkədaxili köçürmələr etmək imkanı əldə edəcəklər.
Növbəti müştəri qrupu öz fəaliyyətində xarici valyuta ilə əməliyyatlar həyata keçirən sahibkarlardır. Qeyd olunan qrup “Aktiv” adlanan paketi seçməklə həm respublika daxili, həm də respublikadan kənar ödənişləri, həmçinin valyuta mübadiləsi üzrə pulsuz əməliyyatları həyata keçirə biləcəklər. Cari tarixə olan sonuncu “Premium” paketi bank tərəfindən təqdim olunan bütün əməliyyatlardan böyük həcmdə və sayda istifadə edən müştərilər üçün ən uyğun seçimdir. Digər 4 paketlə müqayisədə “Premium” paketinə daxil olan əməliyyatların məbləğləri və sayı dəfələrlə yüksəkdir.
Davamı 28.08.2018 tarixində yayımlanacaqdır.
Müsahibəni aldı:
Yeganə Məmmədova
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
1 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
29 d. əvvəl
Tramp: Yeni FED sədrinin adını 2026-cı ilin əvvəlində açıqlayacağam
- 38 d. əvvəl
- 57 d. əvvəl
-
14 saat əvvəl
Gələn il Novruz və Ramazan bayramları ilə əlaqədar 11 gün qeyri-iş günü olacaq
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan Türkiyə şirkətilə əczaçılıq zavodu layihəsi həyata keçirəcək
-
15 saat əvvəl
Pambıq yığımı yekun mərhələdə - İndiyədək 345 min ton xam pambıq toplanıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
Tramp: Yeni FED sədrinin adını 2026-cı ilin əvvəlində açıqlayacağam
"İnşaat sektorunda hər il 100-dən artıq mağaza açılsa belə, bu sektorda bizneslərin böyümələrinə təhdid yoxdur"
"AccessBank" oturacaqların təchizatı üzrə tender elan edir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB müştərilərinə AI-khan və AI-nur kömək göstərəcəklər
"Fitch Ratings" Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib
Yanacaqdoldurma obyektləri sahiblərinin nəzərinə - Sertifikat, şəhadətnamə, inspeksiya rəyi əldə edilməlidir
Samsung-dan ilk daha çox qatlana bilən telefon: Qiyməti bəlli oldu
Estoniyanın Azərbaycandakı səfirliyi gələn il açılacaq
"Netflix", "Warner Bros. Discovery" üçün təklif verib













.jpg)






.jpg)



