Dövlət zəmanətilə cəlb olunmuş 21,6 milyard manat kredit üzə çıxdı
“Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya" təsdiq edilib.
“Marja”nın məlumatına görə, Starategiyada qeyd edilir ki, dövlət zəmanəti ilə cəlb olunmuş kreditlər Azərbaycan Respublikasında bir sıra investisiya və infrastruktur layihələrinin həyata keçirilməsi məqsədilə dövlət müəssisələri yerli və xarici maliyyə qurumlarından kreditləri dövlət zəmanəti əsasında cəlb edirlər.
Bu kreditlərə hökumət zəmanəti ilə təmin edilən və 22 bilavasitə ayrı-ayrı təşkilatlar tərəfindən xidmət edilən kreditlər, habelə, bilavasitə hökumətə verilən, daha sonra icraçıya ötürülən və icraçı tərəfindən qaytarılan kreditlər daxildir. Bu kreditlər, əsasən, elektrik stansiyalarının tikintisi və bərpası, kiçik və orta sahibkarlığın dəstəklənməsi, aviasiya və dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, infrastrukturun prioritet hesab edilən sahələrinin bərpası, yenidən qurulması, inkişaf etdirilməsi və sair məqsədlərə sərf edilmişdir.
2018-ci il 1 yanvar tarixinə dövlət təşkilatlarının dövlət zəmanəti ilə cəlb olunmuş borclarının ümumi məbləği 21 milyard 561,4 milyon manat təşkil etmişdir. Dövlət zəmanəti ilə cəlb olunmuş məcmu borcun 9 milyard 849,2 milyon manatı (5 milyard 793,3 milyon ABŞ dolları) və ya 45,7 faizi xarici borcun, 11 milyard 712,2 milyon manatı və ya 54,3 faizi isə daxili dövlət zəmanəti ilə cəlb olunmuş borcun payına düşür. Dövlət zəmanəti ilə cəlb olunmuş xarici borcun ÜDM-ə nisbəti 14,0 faiz təşkil edir. Hazırda mövcud olan dövlət zəmanəti ilə xaricdən cəlb olunmuş borc öhdəliklərinə, əsasən, “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsi xərcləri (3 milyard 147,3 milyon ABŞ dolları), “Azərenerji” ASC (928,2 milyon ABŞ dolları), “Azərbaycan Dəmir Yolları” QSC (478,9 milyon ABŞ dolları), Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (460,6 milyon ABŞ dolları) və sair təşkilatların (778,3 milyon ABŞ dolları) xarici maliyyə mənbələrindən dövlət zəmanəti ilə cəlb etdikləri kreditlər daxildir.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
Daxili dövlət zəmanətli borcun tərkibinə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması tədbirləri çərçivəsində bankın toksik aktivlərinin alınması üçün “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən buraxılmış qiymətli kağızlara verilmiş dövlət zəmanəti (10 milyard 590,5 milyon manat), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bir sıra qaz yataqlarında qazma işləri ilə əlaqədar həyata keçirdiyi layihələrin maliyyələşməsinə verilən dövlət zəmanəti (321,7 milyon manat) və bank-maliyyə sisteminə etibarın artırılması və qorunan bank əmanətlərinin vaxtında təmin edilə bilməsi məqsədilə maliyyə təminatının yaradılması üçün Əmanətlərin Sığortalanması Fondunun xeyrinə buraxılmış sadə veksel (800,0 milyon manat) üzrə borclar daxildir.
Dövlət zəmanəti ilə cəlb olunmuş daxili borcun ÜDM-ə nisbəti 16,7 faizdir. 2018–2025-ci illərdə prioritet hesab edilən layihələr üzrə dövlətin zəmanət verəcəyi xarici dövlət borcalmaları aşağıdakı kimi proqnozlaşdırılır:

Strategiyada qeyd edilir ki, hazırda hər hansı layihə üzrə daxili borcalmalara dövlət zəmanəti verilməsi nəzərdə tutulmur.
Qeyd edək ki, zəmanət ilə cəlb edilmiş borclardan başqa, 2018-ci il 1 yanvar tarixinə Azərbaycanın dövlət borcunun ümumi məbləği 17 milyard 7,4 milyon manat təşkil etmişdir.
Məcmu dövlət borcunun 15 milyard 978,1 milyon manatı (9 milyard 398,3 milyon ABŞ dolları) və ya 93,9 faizi xarici, 1 milyard 29,3 milyon manatı və ya 6,1 faizi daxili dövlət borcunun payına düşür.
Dövlət borcu və dövlət zəmanəti ilə alınmış cəmi borcun məbləği 38 milyard 568 milyon manatdır.
Dövlət zəmanəti ilə cəlb edilən kreditlərə xidməti, əsasən, icraçı təşkilatlar həyata keçirməkdədir. Lakin hər hansı bir səbəbdən icraçı təşkilatların ödənişləri həyata keçirməyəcəyi təqdirdə, dövlət zəmanəti əsasında bu kreditlərə xidmət dövlət tərəfindən həyata keçirilməli olacaqdır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Dövlət zəmanəti ilə cəlb olunmuş borc öhdəliklərinə xidmətin bir çox dövlət müəssisəsinin öz fəaliyyəti hesabına həyata keçirilməsinə baxmayaraq, icraçı təşkilatların ödənişləri etməmə ehtimalını nəzərə alaraq, dövlət zəmanətli borc öhdəliklərinə xidmət xərclərinin 1 (bir) maliyyə ilinə düşən və ya risk-xərc təhlili əsasında müəyyən edilən hissəsi şərti öhdəliklər olaraq dövlət borcuna daxil edilir. Bununla belə, icraçı təşkilat (əsas borcalan) dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliyini icra edə bilmədiyi və ya lazımınca icra edə bilmədiyi və defolt baş vermək təhlükəsi, yaxud öhdəliyin icrasının zəmanətçi tərəfindən yerinə yetirilməsi zərurəti yarandığı təqdirdə, dövlət zəmanətinin müddəalarına əsasən öhdəliyin yerinə yetirilməsi dövlət büdcəsinin tərkibində bu məqsədlə yaradılmış Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunda toplanmış vəsait hesabına təmin edilir. Qeyd olunanları və 21 milyard 561,4 milyon manat məbləğində cəmi dövlət zəmanəti ilə cəlb olunmuş kredit həcmini nəzərə alaraq, gələcəkdə Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunda saxlanılan ehtiyatların artırılmasına ehtiyac duyulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
1 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
29 d. əvvəl
Tramp: Yeni FED sədrinin adını 2026-cı ilin əvvəlində açıqlayacağam
- 39 d. əvvəl
- 58 d. əvvəl
-
15 saat əvvəl
Gələn il Novruz və Ramazan bayramları ilə əlaqədar 11 gün qeyri-iş günü olacaq
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan Türkiyə şirkətilə əczaçılıq zavodu layihəsi həyata keçirəcək
-
15 saat əvvəl
Pambıq yığımı yekun mərhələdə - İndiyədək 345 min ton xam pambıq toplanıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
Tramp: Yeni FED sədrinin adını 2026-cı ilin əvvəlində açıqlayacağam
"İnşaat sektorunda hər il 100-dən artıq mağaza açılsa belə, bu sektorda bizneslərin böyümələrinə təhdid yoxdur"
"AccessBank" oturacaqların təchizatı üzrə tender elan edir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB müştərilərinə AI-khan və AI-nur kömək göstərəcəklər
"Fitch Ratings" Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib
Yanacaqdoldurma obyektləri sahiblərinin nəzərinə - Sertifikat, şəhadətnamə, inspeksiya rəyi əldə edilməlidir
Samsung-dan ilk daha çox qatlana bilən telefon: Qiyməti bəlli oldu
Estoniyanın Azərbaycandakı səfirliyi gələn il açılacaq
"Netflix", "Warner Bros. Discovery" üçün təklif verib





















.jpg)


