Prezidentdən Qurban bayramı təbriki
Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik edib.
"Marja" xəbər verir ki, təbrikdə deyilir:
-Sizi dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, xalqımıza və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza ən səmimi arzu və diləklərimi yetirirəm.
Qurban mərasimi Uca Yaradana məhəbbət və itaət, yüksək mənəvi-əxlaqi dəyərlərə hörmət, hər bir bəşər övladına mərhəmət və dözümlülük təlqin edən İslam dininin insanlar üçün hidayət yolu seçilməsi ilə əlamətdardır. Bu mübarək bayram bütün dünya müsəlmanlarının mənəvi-ruhi birliyini, əməli-saleh insanların Tanrı sevgisini və haqq-ədalət naminə hər cür fədakarlığa hazır olmalarını təcəssüm etdirir.
Mütərəqqi islami dəyərlərə bağlılığı ilə seçilən Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə Qurban bayramını özünün əziz günlərindən biri kimi qoruyub saxlamışdır. Hazırda minlərlə həmvətənimizin də aralarında olduğu milyonlarla müsəlman müqəddəs Həcc ziyarətində möhtəşəm həmrəylik nümayiş etdirərək, Uca Yaradana şükranlarını bildirir, ölkəmizdə və dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün dualar edirlər.
Bayram günləri müsəlmanlarımız Allah və din yolunda öz müqəddəs borcunu yerinə yetirir, qurbanlar kəsilir, imkansızlara və ehtiyacı olanlara yardımlar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, hər belə bayram cəmiyyətimizdə xeyirxahlığın, birlik və bərabərliyin, Vətənə və milli dövlətçiliyə sədaqətin təntənəsinə çevrilir.
İnanıram ki, bu mübarək bayram müstəqil Azərbaycan Respublikasının tərəqqisi naminə xalqımızın qəhrəmanlıq və fədakarlıq qüdrətini artıracaq, ölkəmizdə vətəndaş sülhünü və milli-mənəvi həmrəyliyi daha da gücləndirəcəkdir.
Əziz bacı və qardaşlarım!
Kəsdiyiniz qurbanların Allah tərəfindən qəbul olunması arzusu ilə bir daha hər birinizə möhkəm cansağlığı, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 avqust 2018-ci il.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
4 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
3 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
10 saat əvvəl
Qızılın qiyməti 4700 dollara yaxınlaşdı - 5000 dollar ssenarisi güclənir
- 10 saat əvvəl
-
12 saat əvvəl
Volkswagen-də dərin böhran: İşçilər rəhbərliyə etimadın sarsıldığını bildirir
-
13 saat əvvəl
Tramp Kanada ilə gərginlik fonunda Ontario gölünün adını dəyişməklə hədələdi
- 13 saat əvvəl
-
14 saat əvvəl
“McDonald’s Azərbaycan” “Nizami Mall”-da yeni restoran açıb - FOTO
-
14 saat əvvəl
Azərbaycandan Avropa ölkəsinə işçilər aparılacaq – 200-dən çox vakansiya
- 15 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Tramp: İran ordusunun böyük hissəsinin maaşı ödənilmir
LC Waikiki — yeni dərs ilində ailələrin yanında ®
Ən çox oxunanlar
“McDonald’s Azərbaycan” “Nizami Mall”-da yeni restoran açıb - FOTO
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezidentdən “Dənizkənarı Bulvar İdarəsi”lə bağlı FƏRMAN
Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyi Prezidentin İşlər İdarəsinin balansına verilir
“Azəripək” “Azərxalça”ya birləşdirilir – “Azəripək”in özəlləşdirilməsi dayandırılır
Qarabağ Dirçəliş Fondunda gəlirin əsas mənbəyi dəyişir




















