“Bakı Metropoliteni” zərərdə!
“Bakı Metropoliteni” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 2 milyard 299 milyon 315 min manat təşkil edib.
Qurumun maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,55% azdır.
2017-ci ildə “Bakı Metropoliteni”nin cəmi öhdəlikləri 12,2% azalaraq 56 milyon 652 min manat, cəmi kapitalı isə 1,25% azalaraq 2 milyard 242 milyon 663 min manat, o cümlədən nizamnamə kapitalı 1,3% artaraq 2 milyard 614 milyon 402 min manat olub.
2017-ci ildə nəqliyyat müəssisəsinin sərnişindaşımadan gəliri 44 milyon 322 min manat (2016-cı ilə nisbətən 4,9% çox), dövlət büdcəsindən aldığı subsidiya 45 milyon manat (18,4% çox), sair əməliyyat gəlirləri 5 milyon 324 min manat (48% az) təşkil edib.
Müəssisənin istifadə etdiyi material ehtiyatlarının dəyəri 6 milyon 106 min manat (31,1% az), istifadə etdiyi neft məhsullarının dəyəri 417 min manat (3,25% az), istifadə etdiyi elektrik enerjisinin dəyəri 11 milyon 428 min manat (25,4% çox), istifadə etdiyi qazın dəyəri 207 min manat (68,3% çox), istifadə etdiyi suyun dəyəri 4 milyon 16 min manat (26,4% çox), işçi heyəti üzrə xərcləri 41 milyon 132 min manat (1,4% çox), torpaq, tikinti və avadanlıqlar üzrə amortizasiya xərcləri 32 milyon 545 min manat (63,9% az), qeyri-maddi aktivləri üzrə amortizasiya xərcləri 54 min manat (75,9% az), tikinti və avadanlıqlarının qalıq dəyəri 383 min manat (62,2% az), digər xərcləri 6 milyon 137 min manat (6% az), sair əməliyyat xərcləri isə 4 milyon 658 min manat (47,6% az) təşkil edib.
Son nəticədə “Bakı Metropoliteni” ötən ili 12 milyon 581 min manat xalis zərərlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 84% azdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 həftə sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 1 həftə sonra
-
- 4 gün sonra
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda turizm sahəsində yeni subsidiya mexanizmləri tətbiq ediləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
ABDF ilk 6 ayda sahibkarlara 136,5 milyon manat güzəştli kredit verib
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Təhsil işçiləri üçün sərfəli kredit kampaniyası başladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
6 ayda 2242 nəfərə ipoteka krediti verilib
Süni intellekt üçün internet Bakcelldən
Cənubi Koreya və Yaponiya uşaq sayının ən az olduğu ölkələrdir
Azərbaycanda şirkətlərin sayı 6 faizdən çox artıb
AZAL: İlk 6 ayda 5% artımla 1,9 milyon sərnişinə xidmət göstərmişik






















