"Majlis" növbəti dəfə iş adamlarını bir araya gətirir
"Majlis Business Network" növbəti dəfə biznes sahəsi ilə maraqlanan şəxsləri, sahibkar, rəhbər və menecerləri bir araya gətirir.
Yeni əlaqlərin qurulmasında vasitəçi rolunu oynayan biznes şəbəkəsi iyunun 13-də maraqlı tərəflərin iştirakı ilə tədbir təşkil edəcək.
Qeyd edək ki, Ramazan Bayramıyla əlaqəli olaraq iftar süfrəsi ətrafında maraqlı müzakirələr olacaq.
Müzakirələrdə iş dünyasında əsas vacib şərtlərdən olan “Networking”(şəbəkələşmə), əlaqə yaratmaq formaları, bu sahədə mövcud vəziyyət və uğurlu bizneslə bağlı fikir mübadiləsi aparılacaq.
Onu da bildirək ki, görüşdə Gilan Holding-in İnsan Resursları Əməliyyatları üzrə meneceri Xəqani Səfərov "Bumeranq Biznesi" ilə bağlı maraqlı məqamlara toxunacaq, sahə ilə bağlı təcrüblərini bölüşəcək.
Tədbirdə iştirak ödənişlidir. Belə k, “Lavaş Ocaqüstü” restoranında keçiriləcək tədbirdə iştirak haqqı 25 AZN-dir.
"Majlis Business Network" –dən verilən məlumata görə, yerlər məhduddur. Bildirilib ki, öncədən qeydiyyat mütləqdir. Qeydiyyatdan keçmək üçün isə contact@majlis.network e-mailinə ad, soyad, mobil nömrə və çalışdığınız/rəhbəri olduğunuz müəssisənin adını yazmağınız kifayətdir. Qeydiyyat üçün e-mail göndərən zaman mövzu hissəsinə "Majlisi-Iftar" qeyd etmək lazımdır.
Xatırladaq ki, Majlis 10 nəfər sahibkar tərəfindən yardılmış sahibkar və idarəçilərdən ibarət şəbəkədir. Şəbəkə 2016-cı ildən qapalı formada fəaliyyətə başlayıb, ictimaiyyətə açıq ilk tədbiri 2017-ci ilin mayın 20-də təşkil edilib.
"Majlis Business Network” səhifəsini bəyənib, qrupa qoşularaq tədbir barədə ətraflı məlumat əldə edə, növbəti fəaliyyətləri izlə bilərsiniz.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 19 saat əvvəl
-
20 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
23 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi





















