Mərkəzi Bank: Banklarda nağd valyutanın alqı-satqısı kəskin artıb
"2018-ci ilin I rübündə valyuta bazarı özünü tənzimləmə rejimində fəaliyyət göstərmiş və manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansı üzrə meyillərə uyğun formalaşmışdır".
"Marja" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilir.
Qeyd edilir ki, 2018-ci ilin I rübündə valyuta bazarının hər iki seqmentində - qeyrinağd və nağd valyuta bazarlarında əməliyyatların həcminin artması müşahidə edilmişdir. Qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi 4.8 mlrd. ABŞ dollar ekvivalentində 2 olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.2% çoxdur.
Dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 84%-i ABŞ dollarında, 16%-i digər valyutalarda aparılmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 12.4% artmış, Avro ilə əməliyyatların həcmi isə 12.1% azalmışdır.
Qeyri-nağd valyuta əməliyyatlarının 29%-i banklararası valyuta bazarında (BVB), 71%-i isə bankdaxili valyuta bazarında (BDVB) aparılmışdır. Hesabat dövründə BVB-də dövriyyə ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artmışdır.
BDVB-də ABŞ dolları ilə aparılmış əməliyyatların 54.3%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olmuşdur. BDVB-da valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platforması aparılan əməliyyatlar hesbına formalaşmışdır. BDVB-də valyuta əməliyyatları- nın həcmi 3.4 mlrd. dollar ekvivalentində olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% çoxdur. BDVB-də valyuta əməliyyatlarının 96%-i hüquqi şəxslərlə valyuta əməliyyatları təşkil etmişdir.
BDVB-da dövriyyənin 78%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil etmişdir. ABŞ dolları ilə banklar qeyri-nağd formada daxili konvertasiya yolu ilə 1.1 mlrd. ABŞ dolları almış, 1.6 mlrd.ABŞ dolları satmışlar.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 1.4 mlrd. ABŞ dollar ekvivalentində olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 80.3% çoxdur. Cari ilin I rübündə kommersiya bankları tərəfindən nağd ABŞ dollarının alışı 594.2 mln., satışı isə 517.8 mln. məbləğində olmuşdur. Alışlar satışları 76.4 mln. ABŞ dolları üstələmişdir.
Avro ilə əməliyyatlar üzrə isə satışlar alışları 104 mln. Avro üstələmişdir. Digər valyutalar (İngilis funt sterlinqi və Rus rublu) üzrə banklar tərəfindən nağd alışların məbləği 60.7 mln. ABŞ dolları ekvivalentində, nağd satışların məbləği isə 24.7 mln. ABŞ dolları ekvivalentində olmuşdur.
Aylar üzrə nağd ABŞ dolları üzrə əməliyyatların dinamikasına nəzər yetirdikdə görərik ki, banklar tərəfindən yanvar və fevral aylarında alışlar satışları, mart ayında isə satışlar alışları üstələmişdir.
2018-ci ilin I rübündə də Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının həyata keçirilməsi məqsədilə hərracların təşkili davam etdirilmişdir. Valyuta hərracları həftədə iki dəfə keçirilir, hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl “Bloomberg” terminalı vasitəsilə bazar iştirakçılarına elan edilir.
2018-ci ilin ilk rübündə Mərkəzi Bank tərəfindən ümumilikdə 23 valyuta hərracı keçirilmişdir. Dövr ərzində ARDNF-in xarici valyuta satışları 1310.2 mln. ABŞ dolları təşkil etmişdir ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 65.2% çoxdur.
2018-ci ilin I rübündə də manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir.
Dövr ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7001 manat təşkil etmişdir. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olmuşdur. Rüb ərzində kommersiya banklarının orta günlük alış məzənnəsi 1.6955, satış məzənnəsi isə 1.7022 manat təşkil etmişdir. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0.3% (0.0046 manat), satış məzənnəsi ilə isə 0.1% (0.0021 manat) olmuşdur
Rüb ərzində manat ABŞ dollarına qarşı 0.01%, Türk lirəsinə qarşı 4.16% bahalaşmış, Avroya qarşı 2.45%, İngiltərə funt sterlinqinə qarşı 3.78% ucuzlaşmış, Rus rubluna qarşı isə dəyişməz qalmışdır. İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. I rübdə manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 3% ucuzlaşmışdır.
Həm NEM-nin 2% ucuzlaşması, həm də tərəfdaş ölkələrlə inflyasiya fərqləri REM-ə azaldıcı təsir etmişdirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
4 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
- 6 d. əvvəl
-
-
54 d. əvvəl
Dünyanın ən yüksək maaş alan liderinin maaşı 64% artırılır — İldə 3,6 milyon
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
8 saat əvvəl
Yeni iPhone-ların təqdimatından sonra Apple səhmləri necə reaksiya verdi?
- 9 saat əvvəl
-
10 saat əvvəl
Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo
-
11 saat əvvəl
Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Brent neftinin qiyməti 100 dolların üzərində qalır
iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?
Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi
Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo
Ən çox oxunanlar
Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb
“Baku Steel Company” açıq TENDER elan edir
"Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür"
"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi
Tikinti gözləmədən mənzil al - hazır evlər: gör, seç və köç ®
Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir
Bank of America 2026 və 2027-ci illər üzrə qlobal iqtisadi artım proqnozlarını yenilədyib






















