“Bank Silk Way”, “AZAL” və MasterCard birgə kart buraxır - RAZILAŞMA
“Bank Silk Way”, “AZAL” aviaşirkəti və Mastercard beynəlxalq ödəniş sistemi ilə birgə Mastercard Black Edition Miles kobrend premium kartını buraxır.
“Bank Silk Way”dən "Marja"ya daxil olmuş məlumata görə, bu kart bankın hesab etibarilə 7-ci Miles kartıdır.
Sözügedən ko-brend layihəsi çərçivəsində müvafiq razılaşma “Bank Silk Way” müşahidə şurasının sədri Elçin Əhmədov, Azərbaycan Hava Yolları QSC-nin vitse-prezidenti Eldar Hacıyev və Mastercard-ın Azərbaycan üzrə nümayəndəsi Emil Zeynalov arasında imzalanmışdır.
"Mastercard Black Edition Miles kartını səciyyələndirən cəhətlər parlaq dizayn, yüksək mil hesablanması, yenilikçi həllər dünyanın istənilən şəhərində mövcud xüsusi imtiyazlar kompleksidir. Bu kart ən yüksək səviyyədə rahatlığı və çoxlu səyahəti sevən insanlara ideal şəkildə uyğundur",- Bankın məlumatında deyilir.
Kartlar 2 və 3 il müddətinə buraxılır.
Müştərinin seçimindən asılı olaraq kart manat, ABŞ dolları və ya avro ilə verilə bilər.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Məlumatda qeyd edilir ki, Mastercard Black Edition Miles kartının üstünlükləri aşağıdakılardır:
-Kart əldə olunarkən 400 hədiyyə balı verilir;
-Ölkənin xaricində xərclənən hər 3 AZN üçün 1 bal verilir;
-Ölkə daxilində xərclənən hər 6 AZN üçün 1 bal verilir;
-PriorityPass kartı hədiyyə verilir - dünyanın 1100-dən çox hava limanı zalına giriş imkanı;
-Dünyanın istənilən ölkəsində 24/7 rejimində MasterCard Concierge xidməti;
-Müştərilər və onların ailə üzvləri üçün 374.500 avro sığorta polisi ilə xaricə gedənlərin pulsuz sığorta proqramı;
-Dünyanın istənilən yerində Mastercard qlobal dəstək xidməti;
-Mastercard Global Airport Concierge - dünyanın 700-dən çox hava limanında;
-Mastercard Premium Klublar - Hertz və Avisdən avtomobil icarəsi üçün xüsusi şərtlər və endirimlər;
-Mastercard-dan əvəzsiz güzəştlər - www.mastercard.az saytında tərəfdaşlar şəbəkəsində kartla ödəniş zamanı avtomatik endirimlər;
-Hədiyyə olaraq "SW Club" endirim kartı;
-Hədiyyə olaraq "Duty Free" endirim kartı;
-Salam Lounge zalına birdəfəlik səfər üçün hədiyyə kuponu;
-"Salam Lounge" və "Baku Club" biznes zallarına xüsusi şərtlərlə giriş;
-İnternet bankinq və Mobil bank xidmətinə pulsuz qoşulma;
-ATM-lərdə 10 000 AZN / USD / EUR-ya qədər nağd pul çıxarmaq üçün limit.
Xatırlatmaq istərdik ki, "SW Bank Miles" kartı bank kartının üstünlüklərini və "Azal Miles" proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və xidmətlərin haqqını "Miles" kartı vasitəsilə ödəniş edərək, kartın sahibi öz hesabına ballar toplayır. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı (manat ekvivalentində) hesablanır. Ballar həmçinin "Azerbaijan Airlines" aviaşirkətinin reyslərindən istifadə edərkən toplanılır. Alınan milləri kart sahibi AZAL aviaşirkətinin reysləri zamanı pulsuz uçuş biletinə, təyyarə göyərtəsində xidmət sinfinin artırılmasına istifadə edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
13 d. əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
1 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
1 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Ən çox oxunanlar
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər























