“Ödənişin nağdsız, səyahətin nağd olsun”
(®) E-Pul.az ödəmə portalı rahat və təhlükəsiz ödənişləri təmin etməklə bərabər, istifadəçilərinə bonus xallarından daha səmərəli istifadəyə yeni imkanlar açır.
“Ödənişin nağdsız, səyahətin nağd olsun” adlı tirajlı stimullaşdırıcı lotereyaya start verildi. Kampaniya 15 may 2018-ci il saat 10:00-dan - 22 iyun 2018-ci il saat:12:00-dək olan müddəti əhatə edəcək.
Hər bir E-Pul istifadəçisi lotereyada iştirak edə bilər. Bunun üçün lotereya biletinə bərabər olan eyniləşdirmə nömrəsi əldə etmək lazımdır. 1 (bir) eyniləşdirmə nömrəsi 5000 (beş min) bonus xala bərabərdir.
İstifadəçi bonusunu eyniləşdirmə nömrəsi-10 (on) rəqəmli koda dəyişərkən, bu, şəxsi kabinetdə Məktub qutusuna göndəriləcək.
Şəffaflığın təmin olunması məqsədi ilə qalib elektron püşkatma ilə - https://www.random.org sayt vasitəsi və Münsiflər heyətinin nəzarəti ilə seçiləcək.
Lotereyanın nəticəsində qalib gələn şəxs üçün əlavə olaraq Şəxsi kabinetə yeni kod göndəriləcək. Həmin kod və şəxsiyyətini təsdiq edən sənədi təqdim edərək, qalib uduşuna sahib ola biləcək.
“Ödənişin nağdsız, səyahətin nağd olsun” adlı tirajlı stimullaşdırıcı lotereyası E-Pul.az saytında onlayn qaydada, qalib isə 22 iyun 2018-ci il saat:15:00-da E-Pul.az-ın rəsmi facebook səhifəsində, canlı yayımda müəyyən olunacaq.
Lotereyanın uduş fonduna daxil olan məhsullar:
-Türkiyəyə 2 nəfərlik səyahət paketi.
-Məişət texnikası mağazasından 10 ədəd 100 AZN dəyərində hədiyyə kartı.
Hər birinizi Lotereyada iştirak edib, şansınızı sınamağa dəvət edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 11 d. əvvəl
-
-
1 saat əvvəl
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl yüklü vaqonlar göndəriləcək
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropada qazın qiyməti 1000 kubmetr üçün 800 dolları keçib
Soya yağı və buğda qiymətlərində artım
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir
Küveyt neft istehsalını azaltmağa məcbur oldu
Ən çox oxunanlar
Müharibə İraqln neft hasilatını vurdu – İstehsal 60% azalıb
Neftin qiyməti 108 dolları keçdi
Xameneinin oğlu Müctəba Xamenei İranın Ali Rəhbəri seçilib
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
“Coca-Cola” qadın jurnalistləri təbrik edir




















