Hava Limanı yolunda əziyyətə son - YOL QOVŞAQLARI AÇILDI
Mayın 7-də Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına layihənin texniki göstəriciləri barədə məlumat verdi.
Burada inşa edilən tunelin qapalı hissəsinin uzunluğu 130, açıq hissəsinin uzunluğu 366 metr olmaqla ümumi uzunluğu 496 metrə bərabərdir. Tunelin hərəkət hissəsinin eni 10 metrdir. Layihə çərçivəsində 193 metr yanaşma yolları inşa olunub, həmçinin Sabunçu yol qovşağınadək uzunluğu 702, eni isə 12 metr olan yeni yol hissəsi salınıb. Layihə zamanı inşa olunan biraşırımlı körpünün uzunluğu 27 metr, eni isə 12 metrdir. Bu yol qovşağının inşası zamanı genişmiqyaslı tikinti-quraşdırma işləri görülüb, tunel və yan yollarda sutkanın qaranlıq saatlarında təhlükəsiz hərəkət etmək üçün işıq dirəkləri qoyulub, iki nasosxana quraşdırılıb, tikinti sahəsinə düşən kanalizasiya və rabitə xətləri köçürülüb. Layihənin icrası yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qovşağın inşasını texnoloji ardıcıllığa riayət olunmaqla aparıb.
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək, paytaxt yollarında sıxlığın azaldılması istiqamətinə dövlətimizin başçısının tövsiyə və tapşırıqlarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tunelin inşasında məqsəd günün pik saatlarında metronun “Koroğlu” stansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır. Bu layihənin icrası burada yarana biləcək tıxacların qarşısının alınmasında mühüm rol oynayır. Belə ki, Ziya Bünyadov prospekti istiqamətindən gələn avtonəqliyyat vasitələri Böyük Şor yol qovşağına daxil olmadan, həmçinin metronun “Koroğlu” stansiyasının qarşısından keçmədən yeni avtomobil tuneli ilə Ziya Bünyadov prospektindən Olimpiya kəndi istiqamətinə və oradan da Bakı Olimpiya Stadionunun arxa hissəsində salınan yoldan və tuneldən istifadə etməklə hava limanı istiqamətinə hərəkət edəcək.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Dövlətimizin başçısına məlumat verildi ki, yollarda tıxacların azaldılması məqsədilə layihə çərçivəsində Heydər Əliyev prospektində - Sabunçu yol qovşağından Böyük Şor yol qovşağınadək olan hissədə təmir-tikinti işləri aparılıb. Əsaslı şəkildə yenidən qurulan yolun bu hissəsinin uzunluğu 2,1 kilometr, eni isə ərazilərdən asılı olaraq 26-36 metr təşkil edir. Bu hissədə intensiv hərəkət nəticəsində asfalt-beton örtüyünün üst qatında aşınmalar yaranmışdı. Bu səbəbdən də asfalt-beton örtüyünün aşınma qatının yenilənməsinə ehtiyac yaranmışdı. Təmir işləri çərçivəsində yolboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yola ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə, bu işlər Sabunçu yol qovşağından şəhər mərkəzinə doğru olan istiqamətdə üç hərəkət zolağında aparılıb. Görülən təmir-tikinti işləri zamanı yol ayrıcında quraşdırılmış əyrixətli dəmir tirlər və köhnə səki daşları sökülərək kənarlaşdırılıb, buraya yeni səki daşları düzülüb.
Müştərilərin xəbərləri
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
6 gün sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 6 gün sonra
-
- 3 gün sonra
-
6 d. əvvəl
Universitetə getmədən diplom almaq istəyənlərin nəzərinə: Diplomunuz tanınmaya bilər
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qumar oyunlarının virtual formada təşkili ilə bağlı cəzalar sərtləşdirilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar dövlət rüsumları müəyyənləşir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Təhsil işçiləri üçün sərfəli kredit kampaniyası başladı
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
Ən çox oxunanlar
Azərbaycan iqtisadiyyatı ilk yarımildə 0,8% böyüyüb
Dövlət büdcəsinə ödəniş et, cinayət məsuliyyətindən azad ol
Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar dövlət rüsumları müəyyənləşir
Azərbaycanın bu zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
“McDonald’s Azərbaycan” şəhid və qazi ailələrinin övladları üçün yay istirahəti təşkil edib - FOTO





















