"VTB Bank" Azərbaycanın bank sektorunu zərərə saldı
Azərbaycanın bank sektoru 2018-ci ilin 1-ci rübünü 55,9 milyon manat zərər ilə başa vurub.
Maliyyə Bazarlarına Nəzarət Palatasından “Marja”ya daxil olmuş icmala görə, yanvar-mart dövründə bankların faiz gəlirləri 428 milyon manat, qeyri- faiz gəlirləri isə 114,5 milyon manat təşkil edib.
Xərclər çıxıldıqdan sonra sektorun 147,9 milyon manatlıq əməliyyat mənfəəti yaranıb. Ehtimal olunan kredit və depozit itkiləri üçün ehtiyatlara 197,5 milyon manat ayrıldığına görə bank sektoru zərər edib.
Qeyd edək ki, bank sektoru üzrə zərərin yaranması VTB Bank (Azərbaycan)-ın 2018-ci ilin yanvar-mart dövrünü 247 milyon 412 min manat zərər ilə başa vurmasıdır. Bank açıqlamışdı ki, ilk rübdə ehtiyatlara 237 milyon 430 min manat ayırıb. Daha ətraflı oxuyun: Azərbaycandakı bank zərəri ilə tarix yazdı
2018-ci ilin 1-ci rübünü 7 bank zərər ilə başa vurub. 7 bankın birlikdə zərəri 23 bankın mənfəətini üstələyib. Bu səbəbdən bank sektoru üzrə yekun nəticə mənfidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
13 d. əvvəl
Frana şirkəti ABŞ şirkətini 22,6 milyard dollara alır - Nəhəng satınalma
-
21 d. əvvəl
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
- 41 d. əvvəl
-
1 saat əvvəl
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
-
1 saat əvvəl
Dolların bahalaşması və istiqraz gəlirlərinin artması fonunda qızıl ucuzlaşır
-
1 saat əvvəl
"AccessBank" UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan edir ®
-
1 saat əvvəl
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
“Bridge Group”un 90%-nə sahib olduğu şirkətdə ciddi geriləmə: gəlir 12,6 milyon, mənfəət 3,7 milyon manat azalıb
“Göygöl Şərab Zavodu”nda rəhbərliklə bağlı qərar veriləcək
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
Mağazalar şəbəkəsi Qaxda yeni filial açır
PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar























