Turizmin inkişafına təkan verəcək yol yenidən qurulur

Lənkəranda uzunluğu 22 km olan avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Bu başlanğıcını M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolundan götürən yerli əhəmiyyətli Hirkan-Daştatük-Biləsər avtomobil yoludur.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, Lənkəranda Hirkan-Daştatük-Biləsər avtomobil yolunun ilk 10 km-lik hissəsi qara örtüklü, qalan 12 km-lik hissəsi isə torpaq örtüklüdür. Lakin uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyularaq deformasiyaya uğramış, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlib. Hazırda aparılan yenidənqurma işləri ilə sadalanan problemlər aradan qaldırılır.
Hirkan-Daştatük-Biləsər avtomobil yolunun 10 km-lik hissəsində mövcud qara örtük 6 min kub.mhəcmdə sökülərək, kənara daşınır, yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, əvəzinə12 min kub.m həcmdə yol yatağının karxana çınqılı ilə tikintisi işləri aparılır.
Sözügedən hissədə yol IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Bunun üçün yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Yolun normativ eninin alınması üçün qruntun mexanizmlə kəsilməsi və daşınması, həmçinin torpaq yatağının layihə hündürlüyünə çatdırılması işləri görülür, çiyin hissələr bərkidilir.
Daha sonra qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından yol əsasının 24 sm hündürlükdə alt və16 sm hündürlükdə üst qatının tikintisi işləri aparılacaq. Bu işlər 100 min kv.m-dən çox sahəni əhatə edəcək. Texnoloji ardıcıllığa riayət olunmaqla daha sonra əlaqələndirici bitum səpilərək yol asfaltlanacaq. Yola 7 və 5 sm hündürlükdə olmaqla 58 min kv.m sahədə 2 laydan ibarət iri və xırda dənəli asfalt-beton qarışığı döşənəcək.
Hirkan-Daştatük-Biləsər avtomobil yolunun qalan 12 km-lik torpaq örtüklü hissəsinin çınqıl örtüklü olmaqla tikintisi nəzərdə tutulub. Bu çərçivədə yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, əvəzinə 27.5 min kub.m həcmdə yol yatağının karxana çınqılı ilə tikintisi, torpaq yatağının layihə hündürlüyünə qaldırlması üçün 130 min kub.m qruntun mexanizmlə kəsilərək, daşınması, yatağın normativ eninin alınması üçün 13 min kub.m III qrup qruntun daşınaraq avtoqreyderlə yayılması və vərdənə ilə kipləşdirilməsi işləri aparılır. Sadalanan işlər yekunlaşandan sonra 80 min kv.m sahədə yol əsasının 24 sm qalınlıqda qum-çınqıl qarışığı ilə alt, 16 sm qalınlıqda isə optimal-qırmadaş qarışığı ilə üst layının tikintisi işlərinin aparılması nəzərdə tutulub.
Hirkan-Daştatük-Biləsər avtomobil yolunun bir-neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burda yol yatağının əlavə bərkidilməsi işləri görüləcək. Belə ki, 90 min kub.m həcmdə xüsusi qrup qruntun əraziyə gətirilərək yayılması və kipləşdirilməsi, avtoqreyderlə 16.5 km uzunluğunda küvetlərin açılması, 530 kub.m dəmir-beton küvetlərin inşası aparılacaq.
Bundan başqa yolun müxtəlif nöqtələrində 800 m-ə yaxın istinad divarının dəmir-betonla tikilməsi və izolyasiyası, mövcud suötürücü borular istismara yaramadığı üçün yenisi ilə əvəz edilməsi və zəruri yerlərdə yenilərinin quraşdırılması, başlıqlarının dəmir-betonla təmiri və izolyasıyasi nəzərdə tutulub. Bu çərçivədə yol boyu 780 paqon-metr uzunluğunda 750, 1000, 1250 və 1500 mm diametrli suötürücü dəmir-beton boru quraşdırılacaq.
Tikinti işlərini sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yollar boyu 56 ədəd yol nişanı, 20 ədəd km göstəricisi quraşdırılacaq, mövcud avtomobil körpülərinin məhəccərləri yeniləri ilə əvəz olunacaq, 30 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər çəkiləcək.
Yenidənqurma işləri mövcud tikinti norma və standartlarına uyğun, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır.
Qeyd edək ki, Hirkan-Daştatük-Biləsər avtomobil yolunun yenidən qurulması ilə 7.5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi yaxşılaşacaq, vətəndaşlar rayon mərkəzinə və M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə, yük və sərnişin daşıması asanlaşacaq. Bundan başqa yolun keçdiyi ərazilər boyu vətəndaşların sosial rifah halına müsbət təsir göstərən turizmin inişafı və yeni turizm marşrutlarının yaranması da hədəflənir.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"PASHA Real Estate" yeni dənizkənarı özəl yaşayış kompleksini – "Mardi Mekan" layihəsini təqdim etdi

“Gardashlar Mebel”dən daha bir nüfuzlu layihə – Özbəkistanın Azərbaycandakı yeni səfirlik binasının mebel təchizatı yerli istehsalla təmin edilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Mazda Azərbaycandan eksklüziv kampaniya - 2000 L benzin, KASKO, qeydiyyat xərcləri HƏDİYYƏ olunur!
-
1 saat əvvəl
“Konstromat” şirkəti 38 milyon manatlıq satışdan 4,4 milyon manat xalis mənfəət təmin edə bilib
-
-
2 saat əvvəl
Azərbaycan və Pakistan anlaşdı - İnvestisiya əməkdaşlığını nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
Sabah Bakıda fasilələrlə yağış yağacağı, rayonlarda dolu düşəcəyi ehtimalı var
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysi istifadəyə veriləcək
-
4 saat əvvəl
Vətəndaşlara aid diplom məlumatlarının dəqiqliyi və uyğunluğu yoxlanılıb
- 4 saat əvvəl
Son Xəbərlər

Mazda Azərbaycandan eksklüziv kampaniya - 2000 L benzin, KASKO, qeydiyyat xərcləri HƏDİYYƏ olunur!

“Konstromat” şirkəti 38 milyon manatlıq satışdan 4,4 milyon manat xalis mənfəət təmin edə bilib

Bir sıra kolleclərə yeni rəhbər təyin olunub

Sahələrdən 2,2 milyon tondan çox məhsul yığılıb

"OPEC+ hasilatın artırılmasını daha da sürətləndirəcək"

Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysi istifadəyə veriləcək

Dövlət Dəniz və Liman Agentliyi zərərdən mənfəətə keçib

İcbari tibbi sığorta üzrə daxilolmalar 12 faizə yaxın artıb - 6 ayda 544 milyon manat yığılıb

“AzerGold” satdığı qızıl - gümüşün həcmini və gəlirini açıqladı

Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib

"Sizin Lombard"ın faiz gəliri və xalis mənfəəti artıb

Bank of Baku-da yeni təyinatlar olub
