““Şahdəniz-2”, “Cənubi Qafqaz Kəməri” və TANAP bu il istifadəyə veriləcək”

“Bu illər ərzində biz yeni texnologiyalara böyük diqqət vermişik. Azərbaycan dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu. Bizim indi iki peykimiz var və üçüncü peykin orbitə buraxılması nəzərdə tutulur”.
Bunu bu gün prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan bu sahədə də liderlik nümayiş etdirir: “Bu onu göstərir ki, biz gələcəyə baxırıq və gələcək də elmi-texnoloji inkişafla bağlıdır. Məhz buna görə biz təhsilə, elmə diqqət veririk, növbəti illərdə daha da böyük diqqət göstərməliyik. Çünki hər bir dövlətin uğurlu inkişafı texnoloji təminata əsaslanır. Biz ən müasir texnologiyaları Azərbaycanda tətbiq etməliyik. Buna nail olmaq üçün bizdə hazırlıqlı kadr potensialı olmalıdır, bu istiqamətdə bundan sonrakı illərdə də işlər görüləcək”.
Prezident qeyd edib ki, iqtisadiyyatımızın əsas hissəsini neft-qaz sektoru təşkil edir: “Təbii ki, son 15 il ərzində bu sahəyə xüsusi diqqət göstərilirdi və bundan sonra da göstəriləcək. Bu illər ərzində biz doğrudan da tarixi nailiyyətlərə nail ola bilmişik. Ulu öndər Heydər Əliyevin öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və beləliklə, biz böyük gəlirlər əldə etməyə başlamışdıq. Ondan bir il sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir. Hazırda biz Cənub Qaz Dəhlizinin icrası ilə məşğuluq. Bu layihə bizim təşəbbüsümüzlə həyata keçirilir. 2012-ci ildə bu layihəyə start verildi. Ondan əvvəlki illər isə demək olar ki, nəticəsiz keçib. Çünki Azərbaycan qazını böyük həcmlərlə Avropa bazarlarına çıxarmaq üçün bir neçə il ərzində müzakirələr gedirdi, amma heç bir nəticə yox idi. Biz bunu görəndə artıq bildik ki, ancaq özümüzə güvənməliyik və tarixi qərarlar qəbul edildi. Çox çətin layihəni uğurla icra edirik. Bu, həm iqtisadi, həm texniki cəhətdən maliyyə tutumlu layihədir. Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulur. Ona görə xüsusilə bu da dünyada mövcud olan iqtisadi böhrana təsadüf etdi və bu vəsaiti ölkəmizə cəlb etmək o qədər də asan məsələ deyildi. Biz, əlbəttə, diplomatik, siyasi və iqtisadi yollarla buna nail ola bilmişik. “Cənub Qaz Dəhlizi” layihələrinin üçü - “Şahdəniz-2”, “Cənubi Qafqaz Kəməri” və TANAP bu il istifadəyə veriləcək”.
Dövlət başçısı nəzərə çatdırıb ki, biz artıq Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirmişik: “Bundan sonrakı illər ərzində Azərbaycan Avrasiyada çox önəmli enerji resurslarını dünya bazarlarına çıxaran ölkə kimi fəaliyyət göstərəcək. Əlbəttə, bizə əlavə gəlirlər gələcək ki, bu gəlirləri də biz ölkəmizin inkişafına yönəldəcəyik. Biz bu illər ərzində “Azəri-Çıraq-Günəşli” yatağının gələcək işlənilməsi ilə bağlı önəmli addımlar atmışıq, yeni kontrakt imzalanıb. Kontraktın müddəti 2050-ci ilə qədər uzadılıb və biz öz payımızı artıra bilmişik. Eyni zamanda, 3,6 milyard dollar bonus almışıq və onun birinci hissəsi artıq bu il xəzinəyə daxil olub. Növbəti illərdə biz neft-qaz sektorunda digər perspektiv strukturlar ətrafında tərəfdaşlarla işləyəcəyik. Demək olar ki, neft-qaz sektorunda Azərbaycan istədiyinə artıq nail olub və bir-iki ildən sonra Cənub Qaz Dəhlizi tam istifadəyə veriləcək”.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"AS Group" və "BI Group" şirkətləri "4You Baku" premium yaşayış kompleksini ictimaiyyətə təqdim etdilər

Türkiyənin premium qapı-pəncərə profili istehsalçısı “Asistal”ın Azərbaycanda rəsmi nümayəndəliyi açıldı
SON XƏBƏRLƏR
-
1 gün sonra
Yeni açılacaq supermarketə 6 vəzifə üzrə işçilər tələb olunur
- 6 d. əvvəl
- 25 d. əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
41 d. əvvəl
Avtomobil lizinqi şirkətinin gəlir və mənfəətində sıçrayış baş verib
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
16 saat əvvəl
CELT Tədris və İnkişaf Mərkəzinin hazırladığı kitabın təqdimatı oldu
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər

Yeni açılacaq supermarketə 6 vəzifə üzrə işçilər tələb olunur

"AS Group" və "BI Group" şirkətləri "4You Baku" premium yaşayış kompleksini ictimaiyyətə təqdim etdilər

Bank BTB-də yeni təyinat olub

Avtomobil lizinqi şirkətinin gəlir və mənfəətində sıçrayış baş verib

Bu gün 6-cı “Yerli Şirkətlərin Tanıtım Sərgisi” başlayır

Türkiyənin premium qapı-pəncərə profili istehsalçısı “Asistal”ın Azərbaycanda rəsmi nümayəndəliyi açıldı

CELT Tədris və İnkişaf Mərkəzinin hazırladığı kitabın təqdimatı oldu
Ən çox oxunanlar

"FİNCA"nın borclanacağı gün məlum oldu

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycanda istehsal olunan spirtli içkilərin Bolqarıstana ixracı üçün sertifikatlar təqdim olunub

Azərbaycanda 5 ayda 2052 ədəd minik avtomobili yığılıb

Dövlət büdcəsində 3,5 milyard manatlıq artıqlıq yaranıb

“Azvvallet” şirkəti Mərkəzi Bankdan lisenziya aldı

Oğuz-Qəbələ-Bakı su kəmərində baş vermiş qəza ilə bağlı təmir işləri nə yerdədir? - AÇIQLAMA
