Yüksək Texnologiyalar Parkının məhsulları Azexportla ixrac olunacaq
Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı (YTP), Azexportla əməkdaşlığın yeni mərhələsinə start verib. Belə ki, YTP-nın istehsal etdiyi sürtgü və motor yağlarına mövcud tələbi nəzərə alaraq, məhsulların Azexport portalında yerləşdirilməsi ilə bağlı müzakirə aparılıb. Azexport portalının rəhbəri Zaur Qardaşovun, YTP-nın direktoru Vüqar Babayevlə apardığı danışıqlar zamanı həmçinin Millers Oils və TSZ markası altında istehsal edilən yağların Azexport-da və beynəlxalq platformalarda marketinq və satış imkanları dəyərləndirilib və müzakirə edilib.
Qeyd edək ki, YTP-nın məhsullarının keyfiyyəti yerində təşkil olunmuş laboratoriyada nəzarətdən keçirilir ki, bu da xarici tərəfdaşlara əlavə zəmanət verməyə imkan yaradır. Müzakirə zamanı bildirilib ki, yerli istehsal olan yağlar keyfiyyət göstəricilərinə görə, dünyanın ən aparıcı yağ markaları ilə rəqabət apara bilərlər.Nəzərə alsaq ki, məhsulların qiyməti də kifayət qədər rəqabətliqabiliyyətli olduğundan, bu kateqoriyadan olan məhsulların xarici bazarlarda uğur qazanma ehtimalı çox yüksəkdir.
Zaur Qardaşov bilidirb ki, Azexport portalının araşdırmalarına görə, sürtgü və motor yağları üçün yaxın illərdə xarici bazarlarda marketinq strategiyası düzgün qurulacağı təqdirdə Azərbaycan illik 500 mln. ABŞ dolları həcmində müxtəlif növ motor və sürtgü yağları ixrac edə bilər. AMEA YTP-nın digər yerli və beynəlxalq bazarlarda maraqlı olacaq məhsulu müxtəlif təyinatlı uçan dronlardır. Dronlar hazırda iqtisadiyyatın müxtəlif sahələrində istifadə edilir və onların dünyada illik bazarı orta hesabla 15-20% artır. Bu məhsulun da portalda yerləşdirilməsi və eyni zamanda beynəlxalq elektron platformalar vasitəsilə marketinqinin aparılması istiqamətində razılıq əldə edilib. Digər əldə olunmuş razılığa əsasən, dronların Azexport-un Azərbaycan daxili az həcmli çatdırılmalarında test sınaqları keçiriləcəkdir.
Qeyd edək ki, AMEA Yüksək Texnologiyalar Parkı, Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılıb. Hazırda AMEA YTP-də 7 rezident fəaliyyət göstərir - "AMEA Təcrübə-Sənaye Zavodu" MMC, "Millers Oils Azerbaijan" MMC, "Elm və Texnologiya Parkı" MMC, "AGRO Bio Eco Tech" MMC, "EPC Group" MMC, "DN TECHNOLOGIES" MMC və "Alqoritmika" MMC. Bu rezidenlərdən artıq üçü istehsala başlayıb və digərlərinin quraşdırma işlərini davam etdirilir.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
2 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
21 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 21 saat əvvəl
-
22 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
1 gün əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi





















