“Dağıstan” yenidən Xəzərdə - iki avtomobil və bir vaqon göyərtəsi var

“Gəmiçiliyə məxsus “Dağıstan” gəmi-bərəsinin modernləşdirilməsi yekunlaşıb.
“Azərbaycan Xəzər dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətinin yaydığı məlumata görə, uzunluğu 154.5 metr, eni 18.3 metr olan “Dağıstan” gəmisi 1984-cü ildə keçmiş Yuqoslaviyanın (indiki Xorvatiya) Pula şəhərində tikilib. Beş il əvvəl istismardan çıxarılan “Dağıstan” bərəsinin yenidən təmir və modernləşdirilməsi barədə qərar qəbul edilib. Öz dövrü üçün unikal gəmilərdən hesab edilən bərənin modernləşdirilməsi bir il müddətində tam olaraq Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mühəndis-texniki personalı tərəfindən “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda reallaşdırılıb. Vurğulayaq ki, Gəmiçilik tarixində ilk bu cür modernləşdirmə layihəsi də elə qurumun adıçəkilən heyəti tərəfindən hazırlanmışdır.
Gəmi-bərənin bütün idarəetmə sistemləri modernləşdirilib. Əsas işlərdən biri isə bərənin maşın şöbəsində reallaşdırılıb.
“Dağıstan” bərəsinin istifadəetmə müddəti bitmiş iki köməkçi mühərriki “Hyundai” markalı mühərriklərlə əvəzlənib. Yeni quraşdırılan və 1000 kilovat gücündə olan mühərriklər əvvəlkilərlə müqayisədə daha qənaətcil, effektiv və avadanlığa göstəriləcək xidməti asanlaşdırmaq baxımından sərfəlidir.
Köməkçi mühərriklərlə yanaşı, gəminin əsas hərəkətverici qüvvəsi olan baş mühərrikləri də yenilənib. Müqayisə üçün qeyd edək ki, gəminin əvvəlki baş mühərrikləri 122 ton çəkiyə malik idisə, yeniləri 31.9 tondur. Eyni zamanda həddindən artıq ağır çəkiyə və böyük ölçülərə malik köhnə mühərriklərdən fərqli olaraq yeniləri öz funksionallığı ilə seçilir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifariş etdiyi Finlandiyanın “Wartsila” şirkətinin istehsalı olan W32 model baş mühərrikləri dünya gəmiqayırma sahəsində lider brendlərdən hesab olunur.
Bu mühərriklər yanacağa qənaət etməklə yanaşı, atmosferə atılan zərərli maddələrin də miqdarını minimuma endirir. Yeni mühərriklər yanacaq sərfiyyatını 30 faizə qədər azaldır. Ən önəmlisi isə odur ki, bu mühərriklər “Atmosferin çirkləndirilməsinə qarşı” konvensiyanın tələblərinə uyğun sertifikata malikdir.
Yeni reduktorun quraşdırılması isə mühərriklərin işə salınmasını və hazırlanmasını asanlaşdırır, bununla da yanacaq sərfiyyatını xeyli azaltmağa imkan verir. Baş mühərrikin dövrləri sayını azaldır.
Həmçinin mühərrikin idarəetmə postu da tam olaraq müasirləşdirilib. Burada texnikanın son nailiyyətlərinə uyğun olaraq yeni avadanlıqlar quraşdırılıb.
Gəminin qəza - generator şöbəsi də modernləşdirilib. Şöbədə bütün müasir gəmilərdə olduğu kimi, mövcud idarəetmə və nəzarət sistemi yaradılıb.
Maşın şöbəsində aparılan modernləşmə bununla bitmir. Burada mərkəzi idarəetmə postunun nəzarət sistemi yaradılıb. Mühərriklərin işinə nəzarət edəcək monitorlar quraşdırılıb. Buradan mühərriklərin işləməsinə nəzarət etmək mümkündür. Həmçinin köməkçi mühərriklərə nəzarət cihazları yenilənib. Artıq balast və quruducu sistemlərə nəzarət həddindən artıq ağır, yöndəmsiz və az funksional avadanlıqlarla deyil, sensor monitor-kompyuterlə həyata keçirilir. Bir sözlə, modernləşmə zamanı “Dağıstan” gəmi-bərəsinin bütün idarəetmə sistemləri daha müasirləri ilə əvəz edilib.
Eyni zamanda gəminin yanacaq yandırma sistemləri əvəzlənməklə buxar qazanı müasirləşdirilib. Bundan başqa, pərlərə nəzarət sistemi, köməkçi burun sükanı, radionaviqasiya və elektrik avadanlıqları, generatorları da bütün müasir texnoloji normalara cavab verən təzələri ilə əvəzlənib. Bərənin köməkçi - yağ, su, balast sistemləri təmir olunub. Nəzarət kameralarının quraşdırılması bərədə baş verən bütün proseslərə kapitan körpüsündən və maşın şöbəsindən nəzarət etməyə imkan verir.
Gəmi-bərənin gövdə hissəsi də əsaslı şəkildə təmir olunub. Bərənin suüstü və sualtı hissələri qruntlanaraq, rənglənib.
Bərənin daxilində məişət otaqları, kayutlar, dəhlizlər, istirahət güşələri əsaslı şəkildə təmir olunub. Yeməkxana və mətbəx lazımi avadanlıqlarla təchiz edilib.
Qeyd edək ki, modernləşdirmə işlərinin yekununda “Dağıstan” gəmi-bərəsi dəniz sınağından uğurla keçmişdir.
Yükgötürmə qabiliyyəti 2425 ton olan “Dağıstan” bərəsinin iki avtomobil və bir vaqon göyərtəsi var ki, onlar da əsaslı şəkildə təmir olunub və rənglənib. İşıqlandırma sistemləri tamamilə dəyişdirilib. Elə burda da layihəsi Gəmiçiliyin texniki işçiləri tərəfindən hazırlanmış modernləşdirmə həyata keçirilib. Belə ki, gəminin sağ tərəfinin arxa hissəsində avtomobillərin göyərtəyə daxil olması üçün yeni rampa quraşdırılıb. Əvvəllər gəmiyə TIR və minik avtomobillərinin yüklənməsi əməliyyatı yalnız arxa (vaqonlar daxil olan) rampa vasitəsi ilə reallaşdırılırdı.
Modernləşdirilmiş “Dağıstan” gəmisi Xəzərdə yeganə bərə operatoru olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin bərə donanmasında özünəməxsus yer alıb. Gəminin artıq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə istismarına start verilib.
“Dağıstan” gəmi-bərəsi Azərbaycanın tranzit cəlbediciliyinin artırılması və regionun ən iri nəqliyyat-logistika mərkəzinə çevrilməsi istiqamətində aparılan dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayacaq.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 30 d. əvvəl
- 44 d. əvvəl
-
58 d. əvvəl
Qırmızı Ürəklər Fondu topladığı pulların hesabatını açıqlayıb
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
1 saat əvvəl
Naxçıvanda investorlar üçün yeni interaktiv portal istifadəyə verilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hazırda ölkə üzrə enerji dolum mərkəzlərinin sayı 184-ə çatıb
-
1 saat əvvəl
Avtokreditlərin 65 %-i elektrik və hibrid avtomobillərinə verilib
-
1 saat əvvəl
Trendyol 50 manatdan yuxarı sifarişlərdə çatdırılmanı pulsuz etdi
-
2 saat əvvəl
Dövlət satınalmalarının vahid internet portalında yeni funksiya istifadəyə verilib
-
2 saat əvvəl
Mərkəzi Bank 2 kredit təşkilatına icrası məcburi göstərişi verib
-
2 saat əvvəl
40 ölkədən 100-ə yaxın şirkətə xidmətlər ixrac edən Azərbaycan şirkəti
- 2 saat əvvəl
Son Xəbərlər

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib

18 şəhərlərarası avtobus marşrutu müsabiqəyə çıxarılır

Qırmızı Ürəklər Fondu topladığı pulların hesabatını açıqlayıb

Hazırda ölkə üzrə enerji dolum mərkəzlərinin sayı 184-ə çatıb

Trendyol 50 manatdan yuxarı sifarişlərdə çatdırılmanı pulsuz etdi
Ən çox oxunanlar

Mərkəzi Bank 2 kredit təşkilatına icrası məcburi göstərişi verib

İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI

Şirkətin baş sponsorluğu ilə voleybol klubu yaradılıb

May ayı üçün hava proqnozu açıqlandı

"Mr.fix"in 25 milyon manatlıq zavodu işə salındı

Azərbaycanda “IVECO” avtomobillərini yığacaq müəssisə işə düşdü
