İxracatçı şirkətlərin yeni reytinqi açıqlandı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2017-ci ilin dekabr ayı üçün sayı təqdim olunub.
İcmalın bu sayında göstərilir ki, 2017-ci ilin 11 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 387 milyon ABŞ dolları həcmində olub və bu ixrac əməliyyatlarında 1824 subyekt iştirak edib.
2016-cı ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixracın 22 faizdən çox artıb. 2017-ci ilin 11 ayı ərzində ən çox qeyri-neft məhsullarımız Rusiya Federasiyasına ixrac edilib. Belə ki, cari ilin 11 ayı ərzində Rusiyaya 498 milyon, Türkiyəyə 264 milyon, İsveçrəyə 133 milyon, Gürcüstana 120 milyon və İtaliyaya 52 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2017-ci ilin 11 ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor (tomat) birinciliyini qoruyub (140.2 milyon ABŞ dolları). Bu siyahıda ikinci yeri qızıl (116.4 milyon ABŞ dolları), üçüncü yeri isəqabığı təmizlənmiş meşə fındığı (105 milyon ABŞ dolları) tutub.
Ümumiyyətlə isə 11 ay ərzində meyvə-tərəvəz ixracı 453 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 109 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 88 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 74 milyon, kimya sənayesi məhsullarının ixracı 72 milyon, pambıq ixracı 45 milyon, elektrik enerjisi ixracı 41 milyon, şəkər ixracı 39 milyon, çay ixracı 9 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 11 ayı ərzində elektrik enerjisinin ixracı 2 dəfə, pambığın ixracı 2.3 dəfə, çayın ixracı 65 faiz, meyvə-tərəvəzin ixracı artıb.
Cari ilin noyabr ayında xurmanın ixracının dəyəri 39.7 milyon ABŞ dolları, qızılın ixracının dəyəri 17.9 milyon ABŞ dolları və qabığı təmizlənmiş meşə fındığının ixracının dəyəri 16.1 milyon ABŞ dolları təşkil edib. Ötən ayda qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və İtaliya təmsil olunub.
“İxrac İcmalı”nın son sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. 2017-ci ilin 11 ayında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Baku Steel Company” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Sun Food” MMC, “MKT İstehsalat Kommersiya” MMC, “VN Food Export Import Company” MMC, “Azagroeksport 2017” MMC, “Aqrodoctor” MMC, “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC və “Food Export Şəmkir” MMC təmsil olunur. Qeyd edək ki, ötən ayla müqayisədə noyabr ayında iki şirkət - “Azagroeksport 2017” MMC və “Aqrodoctor” MMC qeyri-dövlət ixracatçı subyeklərin siyahısında ilk onluğa daxil olub.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ilk onluqda ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”, “Det-al Alüminium” MMC, “Azergold” QSC, “Azərenerji” ASC, “SOCAR Methanol” MMC, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC, ARDNŞ-in “Geofizika və Geologiya İdarəsi”, “Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC, “Naxçıvan MR Dövlət Energetika Agentliyi” və “Azərbaycan Dəmir Yolları” QSC təmsil olunurlar.
“İxrac İcmalı”nda 2017-ci ilin 11 ayı ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 11 ayı ərzində dünyanın 71 ölkəsindən 444.6 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Azexport.az portalına 2017-ci ilin noyabr ayında daxil olan ixrac sifarişlərinin dəyəri 47.3 milyon ABŞ dolları təşkil edib.
Portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (18.4 %) ilə yanaşı, Türkiyənin (7.1%), Ukraynanın (5.8%), Hindistanın (4.5%) və ABŞ-ın (4.2%) adı vardır. Noyabr ayında Küveyt, CAR, Suriya, Macarıstan, Makedoniya kimi yeni ölkələrdən ixrac sifarişi daxil olub.
Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, noyabr ayında ən çox ixrac sifarişləri aşağıdakı mallara daxil olub: alma, nar, nar şirəsi, nar konsentratı, toyuq yumurtası, çay, günəbaxan yağı, qarğıdalı yağı, pambıq yağı, meyvə cemi, fındıq ləpəsi, tütün, makaron, uşaq bezi, ipək xalça, şərab, qənnadı məhsulları soğan, şüşə qablar, mühərrik yağı, şəkər tozu, quru süd və s. Maraqlıdır ki, noyabr ayında nara və ondan istehsal olunan məhsullara sifarişlərin artdığı müşahidə olunub. ABŞ, İngiltərə, Cənubi Afrika Respublikası, Rusiya, Ukrayna, Avstraliya, Qətər və s. ölkələrdən bu məhsullara sifarişlər daxil olub.
Həmçinin “İxrac İcmalı”nda Dubayda və Ciddə şəhərlərinə həyata keçirilən ixrac missiyası, Kənd Təsərrüfatı Nazirliyinin biyanın dünya bazarlarına ixracı imkanları ilə bağlı apardığı araşdırması, İT xidmətlərin ixrac potensialı, pambıq, tütün və ipək məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olan yerli şirkətlərin nümayəndələrinə keçirilən təlim və s. məsələlər barədə də məlumatlar verilib.
“İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 17 d. əvvəl
-
22 d. əvvəl
Banklardakı hər 3 manat əmanətin 1 manatı dollarda yerləşdirilib
- 45 d. əvvəl
-
-
1 saat əvvəl
Əməkhaqqı və təqaüdləri istənilən bankdan almaq mümkün olacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Holding-in təşkilatçılığı ilə Future Shapers proqramının açılış tədbiri keçirilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Əliyev: Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk
-
2 saat əvvəl
Pezeşkian: Bir çox məsələlərdə bir-birimizin təcrübəsini öyrənə bilərik
Son Xəbərlər

"Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq"

Banklardakı hər 3 manat əmanətin 1 manatı dollarda yerləşdirilib

İqtisadiyyat Nazirliyi ABŞ şirkətilə anlaşdı

Əməkhaqqı və təqaüdləri istənilən bankdan almaq mümkün olacaq

"Məramımız, məqsədimiz birdir" - MƏTBUATA BƏYANATLAR

"Əsas ideya qənaətcil istehsalatın qurulmasıdır" - MÜSAHİBƏ

PAŞA Holding-in təşkilatçılığı ilə Future Shapers proqramının açılış tədbiri keçirilib
Ən çox oxunanlar

TuranBank ağacəkmə aksiyasında iştirak edib

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı və nağdsız əməliyyatların həcmi kəskin artıb

Əliyev: İran Prezidentinin Azərbaycana səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Azərbaycan ilə İran arasında imzalanmış sənədlər mübadilə edilib
