"Sakit göl": Ər-arvad olduğunu sübut et, oteldə yerləş
"Oteldə ailəvi istirahət üçün yer bron etdirmək istəyirdim. "Sakit Göl Şamaxı" otelinə zəng edib 4 nəfərlik yer saxlatdırmaq istəyirdim. Ancaq oteldən deyirlər ki, otelə gələrkən nikah şəhadətnaməsi, uşaqların sənədləri mütləq təqdim edilməlidir".
Bu sözləri mediaya müraciət edən paytaxt sakini Samir Əliyev söyləyib. Onun sözlərinə görə, ilk dəfədir ki bu cür xoşagəlməz hadisə ilə üzləşir. Samir uzun illərdir xarici ölkələrə səfər etdiyini və dünyanın heç bir ölkəsində bu cür tələblərlə qarşılaşmadığını vurğulayır:
"Mən həyat yoldaşımın və uşaqlarımın sənədlərini niyə otel nümayəndələrinə təqdim etməliyəm? Buna nə əsas var? Bu çox absurd qaydadır".
Otel rəsmisi "Biz ailəvi otelik" deyib, mənim və həyat yoldaşımın pasportunu tələb edir.
Mütləq şəkildə pasportdakı soyadların eyni olmalı olduğunu, soyadın eyni olmayacağı təqdirdə nikah şəadətnaməsinə ehtiyac olduğunu bildirir. Yanımızda 5 və 2 yaşlı uşaqlarımızın olmasına baxmayaraq. Hələ bunlar bir yana, uşaqların da valideyinləri olduğumuzu müəyyən etmək üçün onların da sənədlərini tələb edirlər. Ailəvi gedəndə yanımızda bacım oğlunu aparmaq istəyirdim, amma valideyini olmadığım üçün apara bilmirəm. Otel rəsmisi isə cavabında "Bizim otelin qaydaları belədir" deyir.
Məsələnin ən gülməli tərəfi isə, yanımızda 4-5 yaşlı uşaqların olması hələ otel üçün bizim ailə olduğumuzu sübut etmir.
Normal otellərdə qeydiyyat üçün bir sənəd təqdim etmək kifayət edir.
Sonra otellə yenidən əlaqə saxladıq, 4 nəfər - 2 azərbaycanlı ailə (ər-arvad) və 2 xarici (cütlük) vətəndaş olduğumuzu dedik. Onlar xarici vətəndaşın ailə olmasa da belə oteldə yerləşə bildiklərini söylədi.
Sözlərindən elə çıxır ki, xarici vətəndaş istədiyi insanla oteldə yerləşə bilər, amma Azərbaycan vətəndaşının oteldə yerləşməsi üçün mütləq ər-arvad olduqlarını sübut edən sənəd təqdim etməlidir.
Dünya praktikasında da bu cür tələblər mövcud deyil. Xarici ölkələrdə mehmanxanada gecələmək üçün şəxslər mütləq halda anket doldurulmalı və onlar haqda məlumatlar həmin anketdə öz əksini tapmalıdır. Qaydalar bu qədər bəsit və anlaşılandır. Bizdə isə mehmanxanalarda müştərilərdən nikah haqqında şəhadətnamə tələb olunur ki, bu da turizmin inkişafına maneə yaradan amillərdən biridir.
Bizdən fərqli olaraq qonşumuz Gürcüstanda turizm sahəsində böyük inkişaf var. Turizm Gürcüstan iqtisadiyyatının əhəmiyyətli bir hissəsini təşkil edir. 2016-cı ildə 6,35 milyon xarici turist ölkəni ziyarət edib. Ötən ilin birinci üç rübü ərzində turistlər ölkədə təxminən 1,68 milyard dollar xərcləyib. Azərbaycanda isə bu ilin 10 ayı ərzində gələn xarici vətəndaşların sayı 2 milyon 300 min nəfər olub. Bu isə Gürcüstanla müqayisədə 3 dəfə azdır.
Sözsüz ki, fərqin bu qədər böyük olması Azərbaycanda turizm sahəsində olan nöqsanların hələ də problem olaraq qalması ilə bağlıdır. Vəziyyətdən çıxış yolu isə elə də çətin deyil. İllərdir sınaqdan keçirilmiş uğurlu xarici təcrübədən istifadə etmək əlverişli üsul kimi görünür. Ancaq bizdə otellərə gətirilən "yeniliklər" müştəri məmnuniyyətini ikinci plana salır. Bir növ şəriət qaydalarının tətbiq edildiyi otellər sizin sevgilinizlə istirahətinizə icazə vermir. Qohumunuzun uşağı ilə də istirahətə getmək olmaz. Ailənizlə oteldə istirahət edə bilmək üçün isə mütləq bunu sübut etməlisiniz.
© baku.ws
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir keçirib
-
2 saat əvvəl
“Bolmart” fəaliyyətini dayandırdı" xəbərinə şəbəkənin rəhbərliyindən reaksiya
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
2 saat əvvəl
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb
-
2 saat əvvəl
Texniki reqlament layihələri ictimai dinləmə və müzakirəyə çıxarılacaq
-
2 saat əvvəl
Avropa İttifaqında Tesla avtomobillərinin satış azalmaqda davam edir
-
2 saat əvvəl
Azərbaycanda Belarusun lift şirkətinin lokal istehsalı genişləndiriləcək
-
2 saat əvvəl
Bbiletlər sabah satışa çıxarılır - Qiymətlər 10 - 1000 manat civarındadır
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub
-
4 saat əvvəl
Azərbaycan sığorta şirkətlərinin Qazaxıstanda fəaliyyəti çətin görünür
Son Xəbərlər
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb
Avropa İttifaqında Tesla avtomobillərinin satış azalmaqda davam edir
Bakıda taxtalar yığılan ərazidə yanğın
“Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub
Ən çox oxunanlar
“Xəyal Adası” mənfəəti xəyal edir
Bankların kredit portfelinin artım tempi sürətlənib
Dövlət şirkətində 133 milyon manatdan çox zərər yığılıb
Bu sərgi Azərbaycanda ilk dəfə təşkil ediləcək
Hongqi avtomobillərinin Rusiyada yığılması planlaşdırılır
BOKT-ların xalis mənfəəti 2,5 dəfə azalıb



























