Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bu həftəsonu Bakıda böyük əyləncə olacaq: Giriş və konsertlər pulsuzdur - Aygün Kazımova və digər məşhurlar səhnəyə çıxacaqlar

Bakıda 3 günlük pulsuz festival
AzVak-mobil_resmin_ustu_31
Bu həftəsonu Bakıda böyük əyləncə olacaq: Giriş və konsertlər pulsuzdur - Aygün Kazımova və digər məşhurlar səhnəyə çıxacaqlar
Foto: olivefest.official
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Oktyabrın 23–25-də Bakıda, Dənizkənarı Milli Parkda üç gün davam edəcək Zeytun Festivalı təşkil olunacaq. Festival çərçivəsində məşhur müğənnilərin iştirakı ilə konsertlər, müxtəlif əyləncə proqramları, dequstasiyalar və kulinariya tədbirləri keçiriləcək. Festival ərazisinə giriş, əyləncə və konsert proqramlarında iştirak ödənişsiz olacaq.

Marja.az xəbər verir ki, festival Dövlət Kukla Teatrının yaxınlığında təşkil ediləcək. Tədbirin əsas məqsədi Azərbaycanda zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların tanıdılması və zeytun məhsullarına marağın artırılmasıdır.

Festivalda ziyarətçilərə yerli istehsalçıların zeytun və zeytun yağı məhsulları təqdim ediləcək. İştirakçılar müxtəlif məhsulların dadına baxmaq, yeni kulinariya təcrübələri qazanmaq və istehsalçıların məhsulları ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Tədbir çərçivəsində uşaqlar üçün əyləncələr, rəngarəng sənət nümayişləri və canlı musiqi proqramları da nəzərdə tutulub.

Məşhur müğənnilər pulsuz konsert verəcəklər

Festivalın üç günü ərzində tanınmış Azərbaycan ifaçıları və musiqi qrupları tamaşaçılar qarşısına çıxacaqlar.

Konsert proqramına əsasən:

- 23 oktyabr – DJ Kamo.

- 24 oktyabr – Rilaya, Mərdan Kazımov, Orxan Zeynallı, Əməkdar artist Xəyyam Nisanov və Xalq artisti Zülfiyyə Xanbabayeva.

- 25 oktyabr – “Wave Band”, Teymur Süleymanbəyli, “The Excellent Band”, Azad Şabanov, Zamiq Hüseynov və Xalq artisti Aygün Kazımova.

Oktyabrın 25-də festivalın yekun konserti Xalq artisti Aygün Kazımovanın çıxışı ilə başa çatacaq. 

Keçiriləcəyi yer və tarix:  23–25 oktyabr 2026-cı il, Bakı, Dənizkənarı Milli Park, Dövlət Kukla Teatrının yaxınlığı

Giriş, konsertlər və əyləncə proqramları pulsuzdur.

Festival Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, “Absheron Olive Gardens” və “Olivea” zeytun məhsullarının sponsorluğu ilə keçiriləcək. 

Zeytun Festivalı 2026 Bakıda pulsuz konsertlər Bakı Bulvarı tədbirləri 23–25 oktyabr tədbirləri Aygün Kazımova konserti Zamiq Hüseynov Zülfiyyə Xanbabayeva Orxan Zeynallı Bakıda festival Dənizkənarı Milli Park pulsuz əyləncə zeytun məhsulları Azərbaycanda zeytunçuluq
21.10.2026 10:31
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19