Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”

Tramp: Rusiyadakı taun hadisəsinin bioloji silahla bağlı olduğunu düşünmürük
AzVak-mobil_resmin_ustu_31
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Tramp Rusiyada taun xəstəliyi üzrə araşdırma aparan institutun əməkdaşının müəmmalı ölümünün bioloji silahla əlaqəli olduğunu düşünmədiklərini bildirib.

Marja xəbər verir ki, Tramp Ağ Evdə keçirilən tədbir zamanı jurnalistin “Rusiyadakı taun bioloji silahdırmı?” sualına cavab verərək, “Biz belə düşünmürük” deyib. O əlavə edib ki, məsələ ilə bağlı araşdırmalar davam edir və yaxın zamanda daha çox məlumat əldə ediləcək.

Reklam_3_11

ABŞ Prezidenti həmçinin Rusiya Prezidenti Vladimir Putinlə danışmağı planlaşdırdığını bildirib. Tramp daha əvvəl bu telefon danışığında Sibirdə baş vermiş hadisənin və taunla bağlı narahatlıqların müzakirə olunacağını açıqlamışdı.

Hadisə Rusiyanın İrkutsk vilayətində yerləşən İrkutsk Taun Əleyhinə Elmi-Tədqiqat İnstitutunun 28 yaşlı əməkdaşının naməlum mənşəli pnevmoniyadan ölməsindən sonra gündəmə gəlib. Təxminən 200 nəfər tibbi müşahidəyə götürülüb.

Rusiya istehlakçı hüquqları və insan rifahına nəzarət xidməti “Rospotrebnadzor” bildirib ki, ölən şəxslə təmasda olmuş şəxslər arasında taun aşkarlanmayıb və epidemiyanın yayılması riski yoxdur. Kontakt şəxslərin böyük hissəsi aparılan müayinələrdən sonra müşahidədən buraxılıb.

Ümumdünya Səhiyyə Təşkilatı isə hadisə ilə bağlı Rusiyadan əlavə məlumat istəyib. Ölümün dəqiq səbəbi hələ açıqlanmayıb.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) Rusiyadakı hadisənin ABŞ üçün yaratdığı riskin çox aşağı olduğunu bildirib və vəziyyətin digər dövlət qurumları ilə birlikdə izlənildiyini açıqlayıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Donald Tramp Vladimir Putin Rusiya taun bioloji silah İrkutsk taun laboratoriyası Rospotrebnadzor ÜST CDC pnevmoniya biotəhlükəsizlik
08.10.2026 07:38
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19