Nvidia səhmləri rekord qırıb – bazar dəyəri 5,7 trilyon dollara çatıb
Nvidia səhmləri 2,5 faizədək bahalaşaraq qiyməti tarixi maksimuma - 236,59 dollara yüksəlib. şirkət indiyədək heç bir şirkətin keçmədiyi 6 trilyon dollarlıq bazar dəyəri həddinə daha da yaxınlaşıb.Nvidia şirkətinin səhmləri dörd aydan artıq müddətdən sonra ilk dəfə rekord səviyyəyə yüksəlib. İnvestorların süni intellekt çipləri bazarının liderinə marağının yenidən artması şirkətin səhmlərinin qiymətini tarixi maksimuma qaldırıb.
Marja.az xəbər verir ki, Nvidia səhmləri 2,5 faizədək bahalaşaraq 236,59 dollara yüksəlib. Bununla da şirkət mayın 14-də qeydə alınmış 236,54 dollarlıq əvvəlki rekordunu geridə qoyub.
Çip istehsalçısının səhmləri iyulun sonlarında qeydə alınmış minimum səviyyədən bəri təxminən 25 faiz bahalaşıb. İlin əvvəlindən isə Nvidia səhmlərinin artımı təxminən 30 faiz təşkil edib.
Bu göstərici Nasdaq 100 indeksinin ilin əvvəlindən qeydə aldığı təxminən 22 faizlik artımı üstələyib. Bununla belə, Nvidia eyni dövrdə 86 faiz bahalaşan Philadelphia Semiconductor Index-dən geri qalıb.
6 trilyon dollarlıq hədd yaxınlaşır
Səhmlərdəki bahalaşma Nvidia-nın bazar kapitallaşmasını təxminən 5,7 trilyon dollara çatdırıb. Beləliklə, şirkət indiyədək heç bir şirkətin keçmədiyi 6 trilyon dollarlıq bazar dəyəri həddinə daha da yaxınlaşıb.
Nvidia səhmlərinə avqust ayında açıqlanan güclü gəlir proqnozu da dəstək verib. Bundan əlavə, şirkət sentyabrın sonunda səhmlərin geri alınması proqramının həcmini əlavə 150 milyard dollar artırıb.
Süni intellekt infrastrukturu və yüksək performanslı çiplərə tələbin yüksək qalması Nvidia-nın investorlar üçün ən mühüm texnologiya şirkətlərindən biri mövqeyini qorumasına imkan verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 32 d. əvvəl
- 35 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib ®
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank Bank İT sistemlərini yeniləyir — iri tender elan edildi
-
3 saat əvvəl
Dövlət satınalmalarında yeni imkan – sənədlər SİMA İmza ilə təsdiqlənəcək
-
3 saat əvvəl
ADB Azərbaycana rəqəmsal sektorun diaqnostikası üçün yardım göstərəcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 6-da gözlənilən hava şəraiti
Xalq Bankdan yeni XalqKart Taksit kartları ®
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib ®
114 milyon manatlıq dərman zavodu açıldı
Ən çox oxunanlar
Bank Bank İT sistemlərini yeniləyir — iri tender elan edildi
Azərbaycan şirkəti Konqodakı neft emalı zavodunun modernləşdirilməsi üzrə qiymətləndirməyə başlayır
Deutsche Bank: Qızıl yenidən alış üçün cəlbedicidir
Yəmən hökuməti husilərin nəzarətindəki əraziləri geri almaq üçün genişmiqyaslı hücuma başlayıb
Claude-un sahibi birjaya çıxır – hədəf 2 trilyon dollardır
Rəsmi məzənnələr açıqlandı























