970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Türkiyənin iri sənaye şirkətləri ilə Azərbaycanda tərəfdaşlıq müzakirə edilib

AzVak-mobil_resmin_ustu_31
Türkiyənin iri sənaye şirkətləri ilə Azərbaycanda tərəfdaşlıq müzakirə edilib
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə Adana şəhərində ölkəmizin biznes və investisiya imkanları tanıdılıb, keçirilən görüşlərdə işbirliyinə dair müzakirələr aparılıb.

Azərbaycanın Türkiyədə ticarət nümayəndəsinin aparatı Adana şəhərinə işgüzar səfər təşkil edib. Səfərdə “SOCAR Türkiyə” şirkətinin nümayəndəsi də iştirak edib.

Səfər çərçivəsində ölkəmizin Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev Adana Hacı Sabancı Sənaye Zonasının İdarə Heyətinin sədri Bekir Sütçü ilə görüşüb.

Görüşdə Sənaye Zonası ilə potensial əməkdaşlıq istiqamətləri, birgə layihələr və investisiya imkanları müzakirə olunub. Sənaye Zonası nümayəndələrinin Azərbaycanda işbirliyi imkanları ilə yerində tanış olmalarının faydalı ola biləcəyi vurğulanıb. Həmçinin Sənaye Zonasının nümayəndələri 25-26 sentyabr tarixlərində Bakıda keçiriləcək İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna dəvət olunublar.

Adana Hacı Sabancı Sənaye Zonasının üzv şirkətləri üçün “Azərbaycana investisiya: təşviqlər və dəstək mexanizmləri” mövzusunda tədbir keçirilib. Tədbirdə müxtəlif sahələr üzrə fəaliyyət göstərən iş adamları iştirak ediblər. Ölkəmizin biznes və investisiya mühiti, investorlar və sahibkarlar üçün tətbiq edilən güzəşt və təşviqlərə dair təqdimat keçirilib, iştirakçıların sualları cavablandırılıb.

Səfər iştirakçıları “Abdioğulları Plastik və Qablaşdırma”, “Sami Trafo” və “Çukurova Silo İdarəçiliyi” şirkətlərində istehsal fəaliyyəti ilə tanış olublar. Həmin şirkətlərlə tərəfdaşlıq müzakirə olunub.

09.09.2026 12:04
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19