Yeni tikilən hər hotel otağına görə subsidiya veriləcək
Azərbaycanda yeni tikilən hər hotel otağına subsidiya veriləcək. Turoperatorlara gətirdikləri hər xarici turistə görə pul ödəniləcək. Hotel kreditlərinin faizinin bir hissəsini dövlət qarşılayacaq. Kiçik turizm şirkətlərinə subsidiya dəstəyi olacaq. Konsert təşkilatçılarının xərcləri dövlət hesabına kompensasiya ediləcək. Azərbaycanda 3 yeni turizm zonası yaradılacaqAzərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Marja xəbər verir ki, Azərbaycanda turizm sektoruna investisiyaların artırılması üçün geniş subsidiya və təşviq paketi hazırlanacaq.
Turizm layihələri investisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji layihələr siyahısına daxil ediləcək. Turizm fəaliyyəti üzrə minimum investisiya məbləğləri müəyyənləşdiriləcək və uyğun layihələrə investisiya təşviqi sənədlərinin verilməsinə başlanılacaq.
Dövlət Proqramında 3 yeni turizm və rekreasiya zonasının yaradılması nəzərdə tutulur. Bu zonaların daxilində ən azı 3 turizm mərkəzi qurulacaq və sosial, mədəni, inzibati, mühəndis-kommunikasiya və yol infrastrukturu ilə təmin ediləcək.
Hotellər, digər yerləşmə vasitələri, sanatoriya-kurort müəssisələri, qış idmanı stadionları və arenaları, konqres və peşəkar sərgi layihələri üçün manatla alınmış kreditlər üzrə faiz subsidiyaları veriləcək. Subsidiyaların Azərbaycan Biznesinin İnkişafı Fondu vasitəsilə təqdim edilməsi nəzərdə tutulur.
Yeni tikilib istifadəyə verilən hər hotel otağına görə investorlara subsidiya verilməsi üçün hüquqi mexanizm hazırlanacaq.
Turoperatorlara Azərbaycana gətirdikləri əcnəbi turistlərə görə subsidiya ödənilməsi planlaşdırılır. Turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlara da ayrıca subsidiya dəstəyi veriləcək.
Çarter reyslərini və əlavə müntəzəm aviareysləri təşkil edən şirkətlərin xərclərinin kompensasiyası üçün subsidiya mexanizmləri yaradılacaq.
Konsert, əyləncə proqramı və digər turizm əhəmiyyətli tədbirləri keçirən təşkilatçıların xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması da nəzərdə tutulur.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 10 saat əvvəl
-
11 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
14 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi






















