AYNA ödənişli hərəkət zonaları və velosiped dayanacaqları üçün 572,5 min manatlıq müqavilələr bağlayıb
Bakıda ödənişli hərəkət zonalarının yaradılması üçün hazırlıq başladı. AYNA bunun üçün İspaniya şirkətindən 307 min manatlıq məsləhət xidməti alırAzərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı iki yeni satınalma müqaviləsi bağlayıb.
Marja.az Dövlət satınalmaları portalında dərc edilmiş məlumatlara istinadən xəbər verir ki, müqavilələr velosipedlərin parklanması üçün konstruksiyaların alınmasını və Bakıda ödənişli hərəkət zonalarının yaradılması layihəsi üzrə texniki məsləhət xidmətlərinin göstərilməsini əhatə edir.
Müqavilələrin ümumi dəyəri 572 min 500 manat təşkil edir.
AYNA velosiped parklanması üçün 265,5 min manat xərcləyəcək
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “APOLLON TRADING” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Velosipedlərin parklanması üçün konstruksiyaların alınması” üzrə müqavilə bağlayıb.Satınalmanın məbləği 265 min 500 manatdır.
Məlumata əsasən, satınalma açıq tender üsulu ilə həyata keçirilib. Müqavilənin bağlanma tarixi 19 avqust 2026-cı il göstərilib. Müqavilənin icrasının başlanma tarixi də 19 avqust 2026-cı il, bitmə tarixi isə 19 avqust 2027-ci ildir.
“APOLLON TRADING” MMC-nin VÖEN-i 2903883421-dir.
Bakıda ödənişli hərəkət zonaları üçün 307 min manatlıq məsləhət xidməti
AYNA-nın digər müqaviləsi Bakıda ödənişli hərəkət zonalarının yaradılması layihəsi ilə bağlıdır. Agentlik “IDOM CONSULTING, ENGINEERING & ARCHITECTURE S.A.A” şirkətindən “Bakıda ödənişli hərəkət zonaları yaradılması layihəsi üzrə texniki məsləhət xidməti” alacaq.
Bu müqavilənin dəyəri 307 min manat təşkil edir. Şirkətin VÖEN-i A48283964 kimi qeyd olunub.
İspaniyanın IDOM konsaltinq, mühəndislik və memarlıq sahələrində peşəkar xidmətlər göstərən aparıcı beynəlxalq şirkətlərdən biridir. 1957-ci ildə yaradılan IDOM ötən dövr ərzində dünyanın beş qitəsində müxtəlif miqyaslı layihələrin həyata keçirilməsində iştirak edib.
Portal məlumatına görə, satınalma “bir mənbə” metodu ilə həyata keçirilib. Müqavilənin dərc edilmə tarixi 18 avqust 2026-cı il, icranın başlanma tarixi 13 avqust 2026-cı il, bitmə tarixi isə 13 avqust 2027-ci il göstərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
5 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
5 d. əvvəl
Azərbaycan iqtisadiyyatının 9 aylıq nəticələri açıqlandı – Hansı sahələr böyüyüb, hansılar kiçilib?
-
11 d. əvvəl
Azərbaycanda daha bir şirkət ləğv olunur – “Azərsun Holdinq”ə birləşdirilir
-
33 d. əvvəl
Prime Cotton-dan “Made in Azerbaijan” məhsullarının beynəlxalq tanıtımına növbəti addım
- 39 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq ®
-
2 saat əvvəl
MDB dövlət başçıları Türkmənistanda bir araya gəlir – İlham Əliyev iclasda iştirak edir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dövlət büdcəsində 4 milyard manata yaxın artıqlıq yaranıb
3 günlük böyük endirim başladı - Yeni qiymətlər ®
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
MDB dövlət başçıları Türkmənistanda bir araya gəlir – İlham Əliyev iclasda iştirak edir
Rəsmi məzənnələr açıqlandı
Microsoft, Adobe və daha 6 texnologiya şirkətinə qadağa – “Yaşıl kart” proqramından kənarlaşdırıldılar
























