Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Tramp Kanadaya tətbiq edilməsi planlaşdırılan 50%-lik tarifləri üç gün təxirə salın, Ottava ilə “razılaşma” əldə olunduğunu açıqlayıb

AzVak-mobil_resmin_ustu_31
Tramp Kanadaya tətbiq edilməsi planlaşdırılan 50%-lik tarifləri üç gün təxirə salın, Ottava ilə “razılaşma” əldə olunduğunu açıqlayıb

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı gecə bəzi Kanada məhsullarının idxalına tətbiq olunması nəzərdə tutulan 50%-lik gömrük tariflərinin qüvvəyə minməsini dayandırıb. Tariflər gecəyarısından etibarən tətbiq edilməli idi.

Marja xəbər verir ki, Tramp Truth Social sosial şəbəkəsində paylaşımında qərarın səbəbini belə izah edib: Kanada və ABŞ sənədlərin yekunlaşdırılması şərti ilə “RAZILAŞMA əldə edib”.

Açıqlama Tramp ilə Kanadanın Baş naziri Mark Karni arasında çərşənbə axşamı keçirilən ticarət danışıqlarından sonra verilib.

Tramp paylaşımında həmçinin Keystone XL neft kəməri layihəsinin yenidən gündəmə gətirilə biləcəyinə işarə edib və layihənin “məzardan oyadıla biləcəyini” deyib.

Keystone XL Kanada ilə ABŞ arasında mövcud boru kəməri sisteminin genişləndirilməsini nəzərdə tutan layihədir.

Tramp prezidentliyinin ilk dövründə layihəyə icazə vermişdi. Lakin keçmiş ABŞ Prezidenti Co Bayden 2021-ci ildə layihə üçün verilmiş icazəni ləğv etmişdi.

50%-lik tariflər hansı məhsullara şamil olunacaqdı?

Yeni tariflər Kanada istehsalı olan xokkey çubuqları, şərab və bir sıra digər məhsulların ABŞ-a idxalına təsir göstərəcəkdi.

Tariflər ötən ay Tramp administrasiyasının Kanadanı avtomobil, alkoqollu içkilər və süd məhsulları sektorlarında ABŞ-a qarşı ticarət ayrı-seçkiliyində ittiham etməsindən sonra elan edilmişdi.

Rüsumların 1930-cu il Tarif Qanununun 338-ci bölməsi əsasında tətbiqi nəzərdə tutulurdu. Böyük Depressiya dövründən qalan bu hüquqi mexanizmdən onilliklər ərzində demək olar ki, istifadə edilməyib.

ABŞ Ticarət Nümayəndəliyinin məlumatına görə, yeni tariflər təxminən 20 milyard dollar həcmində Kanada idxalını əhatə edəcəkdi.

Bu məbləğ ABŞ-ın ötən il Kanadadan idxal etdiyi ümumilikdə 382 milyard dollarlıq məhsulların yalnız kiçik hissəsini təşkil etsə də, konkret məhsullara tətbiq olunacaq yüksək tarif dərəcəsi Kanada ixracatçıları üçün ciddi problemlər yarada bilərdi.

“50%-lik tarif məhsulun həmin bazarda satışını iqtisadi baxımdan mənasız edir”

Kanada Müstəqil Biznes Federasiyasının prezidenti Dan Kelli CNBC-yə müsahibəsində bildirib ki, 50%-lik tarif faktiki olaraq məhsulun müəyyən bazarda satışını iqtisadi cəhətdən sərfəsiz edir.

Federasiyanın 103 min üzvünün bir çoxu yeni tariflərin tətbiq ediləcəyi halda ABŞ-a satışlarının demək olar ki, dayanacağından narahat olduqlarını bildiriblər.

Kellinin sözlərinə görə, bəzi Kanada şirkətləri artıq ABŞ alıcılarının gözlənilən tariflər səbəbindən gələcək sifarişləri təxirə saldıqlarını müşahidə ediblər.

Tramp bundan əvvəl də Kanadaya və ölkənin ayrı-ayrı ixrac məhsullarına, o cümlədən metal, taxta-şalban və avtomobil hissələrinə müxtəlif tariflər tətbiq edib.

ABŞ Prezidenti narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı iddiaları əsas gətirərək Kanadaya yüksək tariflər də tətbiq etmişdi. Lakin ABŞ Ali Məhkəməsi həmin tarifləri 2026-cı ilin fevralında qüvvədən salıb.

Dan Kellinin fikrincə, Tarif Qanununun 338-ci bölməsi əsasında nəzərdə tutulan yeni rüsumlar Kanada ilə ABŞ arasında kiçik biznes ticarətinin ən həssas nöqtələrinə toxunurdu, çünki tariflərin əhatə etdiyi məhsulların böyük hissəsi birbaşa istehlakçılara yönəlmiş mallardır.

“Bu, Kanadadakı çox geniş biznes dairəsi üçün son dərəcə ciddi narahatlıq doğurur”, – Kelli bildirib.

İş elanları AzVak.az-da

19.08.2026 08:48
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19