Maşın bazarında “ucuzlaşma” görüntüsü: Əslində qiymətlər demək olar dəyişməyib
Premium avtomobillər azalıb, bazarda “ucuzlaşma” görüntüsü yaranıb. Avtomobil almaq istəyənlərin diqqətinə: Bazarda kütləvi ucuzlaşma yoxdur2026-cı ilin iyul ayında Azərbaycan avtomobil bazarında elan qiymətlərinin medianı 17 min AZN təşkil edib.
Azərbaycan Qiymətləndiricilər Palatasından Marja.az-a daxil olan məlumata görə, iyun ayı ilə müqayisədə 900 AZN və ya 5 faiz azalma qeydə alınsa da, AQP avtomobil qiymət indeksinin təhlili bu dəyişikliklərin əsasən bazarın təklif strukturunun yenilənməsi ilə bağlı olduğunu göstərir.
AQP-nin dəyişən struktur üzrə hesablanan indeksi iyulda 98,3, iyunda isə 103,5 səviyyəsində olub. Lakin marka və modellərin bazardakı çəkisi sabit saxlanıldıqda indeks 103,1, eyni model və buraxılış ili üzrə müqayisədə isə 103,3 təşkil edib. Bu nəticə real qiymət dəyişməsinin cəmi 0,2-0,4 faiz intervalında olduğunu göstərir. Beləliklə, iyul ayında avtomobillərin kütləvi ucuzlaşması müşahidə edilməyib.
Təhlilə əsasən, iyulda ümumi təklifdə aşağı və orta qiymətli, nisbətən köhnə avtomobillərin payı artıb, bahalı və premium avtomobillərin payı isə azalıb. Məhz bu struktur dəyişikliyi xam median qiyməti aşağı çəkib. Sabit struktur üzrə hesablamalar isə bazarda qiymətlərin əsasən dəyişməz qaldığını göstərir.
AQP-nin iyul ayı üzrə hedonik qiymət modeli 25 mindən artıq müşahidə və bazarda ən aktiv 120 marka-model əsasında qurulub. Model avtomobilin yaşı, yürüşü, marka və modeli, mühərrik göstəriciləri, transmissiyası, ötürücü sistemi, ban növü və texniki vəziyyəti kimi amillərin qiymətə təsirini ayrıca qiymətləndirib. Modelin izahetmə qabiliyyəti 93,3 faiz təşkil edib.
Hesablamalara görə, avtomobilin qiymətinə ən güclü davamlı təsir edən amil istismar müddətidir. Əlavə hər bir istismar ili avtomobilin bazar qiymətini orta hesabla 6,1 faiz azaldır. Yürüşün ayrıca təsiri isə daha zəifdir: hər əlavə min kilometr qiyməti orta hesabla 0,0256 faiz aşağı salır. Bu göstərici 50 min kilometr üçün təxminən 1,27 faiz təşkil edir.
Transmissiya növü də qiymət fərqinin formalaşmasında rol oynayır. Digər xüsusiyyətləri eyni olan avtomobillərdə mexaniki transmissiya avtomat transmissiya ilə müqayisədə orta hesabla 6,3 faiz aşağı qiymətləndirilir.
Qəza tarixçəsi avtomobilin bazar dəyərinə əhəmiyyətli təsir göstərən digər amildir. İyul ayı üzrə hedonik hesablamalara əsasən, təmir edilmiş qəza tarixçəli avtomobildə qalıq əmtəə dəyəri itkisi təxminən 5,2 faizdir. Təmir olunmamış zədəli avtomobillərdə ümumi bazar zərəri isə təxminən 21 faiz qiymətləndirilir. Bunun 15,8 faizinin təmir xərci ekvivalenti, 5,2 faizinin isə təmirdən sonra qalan dəyər itkisi olduğu hesablanır.
Məsələn, qəzasız bazar dəyəri 25 min AZN olan avtomobildə təmir olunmamış zədənin bazar təsiri təxminən 5,2 min AZN ola bilər. Lakin bu rəqəm servis smetası deyil və konkret zərərin müəyyənləşdirilməsi üçün zədələnmiş detallar, ehtiyat hissələri, işçilik və ekspert qiymətləndirməsi nəzərə alınmalıdır.
Ümumilikdə, iyul ayında Azərbaycan avtomobil bazarında müşahidə olunan 5 faizlik median azalması real bazar ucuzlaşmasından daha çox təklif strukturunun dəyişməsi ilə izah olunur. Eyni model və buraxılış ili üzrə qiymətlərin cəmi 0,2 faiz, sabit model çəkiləri üzrə isə 0,4 faiz azalması bazarda kəskin qiymət enməsinin olmadığını təsdiqləyir.
Xatırladaq ki, Azərbaycan Qiymətləndiricilər Palatası hər ay daşınmaz əmlak, avtomobil və tikinti indekslərini açıqlayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
5 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
4 d. əvvəl
Azərbaycan iqtisadiyyatının 9 aylıq nəticələri açıqlandı – Hansı sahələr böyüyüb, hansılar kiçilib?
-
10 d. əvvəl
Azərbaycanda daha bir şirkət ləğv olunur – “Azərsun Holdinq”ə birləşdirilir
-
32 d. əvvəl
Prime Cotton-dan “Made in Azerbaijan” məhsullarının beynəlxalq tanıtımına növbəti addım
- 38 d. əvvəl
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq ®
-
2 saat əvvəl
MDB dövlət başçıları Türkmənistanda bir araya gəlir – İlham Əliyev iclasda iştirak edir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dövlət büdcəsində 4 milyard manata yaxın artıqlıq yaranıb
3 günlük böyük endirim başladı - Yeni qiymətlər ®
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
MDB dövlət başçıları Türkmənistanda bir araya gəlir – İlham Əliyev iclasda iştirak edir
Rəsmi məzənnələr açıqlandı
Microsoft, Adobe və daha 6 texnologiya şirkətinə qadağa – “Yaşıl kart” proqramından kənarlaşdırıldılar



























