Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Strateji obyektlərin kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları hazırlanacaq

AzVak-mobil_resmin_ustu_31
Strateji obyektlərin kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları hazırlanacaq

Strateji obyektlərin kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliyin tətbiqi barədə Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti tənzimləyici test mühitinin həyata keçirilməsi qaydalarına, o cümlədən onda iştirak edən şəxslərin fəaliyyətinə nəzarət edilməsi, tənzimləyici test mühitinin maksimum müddəti və normativ hüquqi aktların tələblərindən istisnaların tətbiqi qaydasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Eyni zamanda Nazirlər Kabinetinə dövlət orqanlarına (qurumlarına) məxsus (kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri istisna olmaqla), habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin informasiya infrastrukturunun informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyinin təmin edilməsi qaydalarına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla doqquz ay müddətində dövlət informasiya ehtiyatları və sistemlərinin (kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə məxsus informasiya ehtiyatları və sistemləri, eləcə də kritik informasiya infrastrukturu, Azərbaycan Respublikası Mərkəzi Bankının və maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərin (dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) informasiya infrastrukturu istisna olmaqla) təhlükəsizlik meyarları üzrə monitorinqinin və auditinin aparılması, habelə informasiya təhlükəsizliyi üzrə rəy verilməsi qaydalarını da təsdiqləməlidir.

10.08.2026 13:58
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19