“Azərenerji”nin balansında milyardlıq "yara"
“Azərenerji”nin maliyyə hesabatında ağır mənzərə: “Azərenerji” yığılmış zərər bataqlığından çıxa bilmir – Şirkət 1,7 milyard manatlıq yığılmış zərərin yükü altındadır.“Azərenerji” ASC 2025-ci ildə mənfəətlə işləməsi hesabına balansında əvvəlki illərdən formalaşmış yığılmış zərərin bir hissəsini azaldıb. Bununla belə, şirkətin bölüşdürülməmiş mənfəət/yığılmış zərər maddəsi hələ də böyük məbləğdə mənfi olaraq qalır.
Marja.az “Azərenerji” ASC-nin 2025-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, şirkətin yığılmış zərəri 2024-cü ilin sonundakı 1 milyard 820 milyon 557 min manatdan 2025-ci ilin sonunda 1 milyard 710 milyon 859 min manata düşüb. Beləliklə, “Azərenerji” ASC-nin yığılmış zərəri bir il ərzində 109 milyon 698 min manat və ya 6% azalıb.
128 milyon manatlıq mənfəət tarixi zərəri azaldıb
“Azərenerji” ASC 2025-ci ili 128 milyon 245 min manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ildə 173 milyon 834 min manat xalis mənfəət əldə etmişdi. İllik müqayisədə xalis mənfəət 45 milyon 589 min manat və ya 26,2% azalıb.
Şirkətin 2025-ci il üzrə cəmi məcmu gəliri isə 127 milyon 868 min manat təşkil edib. Bu göstərici 2024-cü ildə 173 milyon 457 min manat olmuşdu.
Mənfəətin azalmasına baxmayaraq, şirkətin ili yenidən müsbət maliyyə nəticəsi ilə tamamlaması əvvəlki dövrlərdən qalmış yığılmış zərərin aşağı salınmasına imkan verib.
Mənfəətlə zərərin azalması arasında 18,5 milyon manat fərq var
“Azərenerji” ASC-nin 2025-ci il üzrə xalis mənfəəti 128 milyon 245 min manat olduğu halda, yığılmış zərər 109 milyon 698 min manat azalıb. İki göstərici arasında 18 milyon 547 min manat fərq yaranıb.
Mənfi saldo hələ də ağırdır
Yığılmış zərərin azalması müsbət dinamika olsa da, 1 milyard 710 milyon 859 min manatlıq mənfi saldo şirkətin kapital strukturunda əhəmiyyətli yük olaraq qalır. Müqayisə üçün, 2025-ci ilin xalis mənfəəti ilin sonuna qalan yığılmış zərərin cəmi 7,5%-nə bərabərdir.
Başqa sözlə, “Azərenerji” ASC cari fəaliyyətdən mənfəət əldə etsə də, əvvəlki dövrlərdə formalaşmış böyük zərər şirkətdə hələ müsbət bölüşdürülməmiş mənfəətin yaranmasına imkan verməyib.
Kapital 3,3 milyard manatı keçib
Yığılmış zərərin azalması “Azərenerji” ASC-nin ümumi kapitalının böyüməsinə də müsbət təsir göstərib. Şirkətin cəmi kapitalı 2025-ci ildə 241 milyon 308 min manat və ya 7,8% artaraq 3 milyard 332 milyon 873 min manata çatıb.
Nizamnamə kapitalı dəyişməyərək 1 milyard 760 milyon 495 min manat qalıb. Əlavə ödənilmiş kapital isə 131 milyon 987 min manat və ya 4,2% artaraq 3 milyard 288 milyon 378 min manata yüksəlib.
“Azərenerji” ASC-nin ardıcıl olaraq mənfəətlə işləməsi və yığılmış zərərin 109,7 milyon manat azalması kapitalın bərpası baxımından müsbət göstəricidir. Lakin yığılmış zərərin hələ də 1,7 milyard manatdan çox olması şirkətin əvvəlki dövrlərdən gələn maliyyə yükünü tam aradan qaldırmadığını göstərir.
Müştərilərin xəbərləri
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
12 saat sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
- 4 saat əvvəl
-
-
8 saat əvvəl
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
- 1 gün əvvəl
-
1 gün əvvəl
Citi FED-in növbəti faiz endirimi proqnozunu 2027-ci ilin iyununa keçirdi
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
55 min gözlənilirdi, 162 min oldu – ABŞ-dan bazarları silkələyən məşğulluq rəqəmi
-
2 gün əvvəl
“KollektA” 2,9 milyon manat mənfəət əldə edib – Aktivləri 37 dəfə artıb
-
2 gün əvvəl
Tramp FED-ə ultimatum verdi: "Faizləri endirin, yoxsa ticarəti dayandıraram”
- 2 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
Azərbaycanın yeni dəniz silahları nümayiş etdirildi – FOTO
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
Dünyada ərzaq yenidən sürətlə bahalaşır - Qlobal ərzaq qiymətləri son 4 ilin ən yüksək səviyyəsinə çatıb
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Problemli kreditləri yığan şirkət bazardan 5 milyon manat cəlb edir - İnvestorlara 16% gəlir təklifi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“CFI” növbəti inkişaf mərhələsinə keçərkən Direktorlar Şurasına yeni sədr təyin edib




















