Gömrük statistikası açıqlandı: Azərbaycan daha çox satıb, daha az alıb
a Azərbaycanın ixracı 2026-cı ilin may ayında aprel ayı ilə müqayisədə kəskin azalıb.2026-cı ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 20 milyard 788,2 milyon ABŞ dolları təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 177,8 milyon dollar və ya 0,8 faiz azdır.
Marja.az Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Gömrük Statistikası üzrə məlumatlarına istinadən xəbər verir ki, hesabat dövründə ixrac 13 milyard 969,9 milyon dollar, idxal isə 6 milyard 818,3 milyon dollar olub. Nəticədə xarici ticarət balansında 7 milyard 151,6 milyon dollarlıq müsbət saldo yaranıb.
Müqayisə üçün, 2025-ci ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 20 milyard 966 milyon dollar, ixrac 11 milyard 1,2 milyon dollar, idxal 9 milyard 964,8 milyon dollar, müsbət saldo isə 1 milyard 36,3 milyon dollar təşkil etmişdi.
Beləliklə, illik müqayisədə ixrac 2 milyard 968,7 milyon dollar və ya 27 faiz artıb. İdxal isə 3 milyard 146,5 milyon dollar və ya 31,6 faiz azalıb. Xarici ticarət dövriyyəsinin cüzi azalmasına baxmayaraq, ticarət balansının profisiti 6 milyard 115,2 milyon dollar artaraq təxminən 6,9 dəfə yüksəlib.
2026-cı ilin ilk 5 ayında Azərbaycanın xarici ticarət dövriyyəsində ixracın payı 67,2 faizə yüksəlib. 2025-ci ilin eyni dövründə bu göstərici 52,5 faiz idi. İdxalın payı isə 47,5 faizdən 32,8 faizə enib. Bu, xarici ticarət strukturunda ixracın mövqeyinin əhəmiyyətli dərəcədə gücləndiyini göstərir.
Aylar üzrə ən yüksək ixrac göstəricisi 2026-cı ilin aprel ayında qeydə alınıb. Həmin ay ixrac 4 milyard 201,4 milyon dollar təşkil edib. Bu göstərici 2025-ci ilin aprel ayı ilə müqayisədə 75,1 faiz çoxdur. Apreldə idxal 1 milyard 520,1 milyon dollar olub və nəticədə ay üzrə müsbət saldo 2 milyard 681,3 milyon dollara çatıb.
2026-cı ilin may ayında isə ixrac aprel ayı ilə müqayisədə kəskin azalaraq 2 milyard 91,3 milyon dollara düşüb. Buna baxmayaraq, idxalın 1 milyard 293,8 milyon dollar səviyyəsində qalması nəticəsində may ayında da 797,5 milyon dollarlıq müsbət saldo formalaşıb. 2025-ci ilin may ayı ilə müqayisədə may üzrə saldo 107,4 faiz artıb.
Yanvar-may dövründə idxalın azalması bütün aylarda müşahidə olunub. Xüsusilə yanvar, fevral və aprel aylarında idxalın illik müqayisədə müvafiq olaraq 36,5 faiz, 37,8 faiz və 38,5 faiz azalması diqqət çəkir.
Ümumilikdə, 2026-cı ilin ilk 5 ayının göstəriciləri Azərbaycanın xarici ticarətində əsas dinamikanın ixrac artımı və idxal azalması hesabına formalaşdığını göstərir. Ticarət dövriyyəsi demək olar ki, ötən ilin eyni səviyyəsində qalsa da, xarici ticarət balansının kəskin yaxşılaşması ölkənin valyuta daxilolmaları baxımından daha güclü mövqeyə çıxdığını göstərir.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 11 saat əvvəl
-
12 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
15 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi





















