"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
"Agro Dairy" son illərdə ölkənin aqrar-sənaye sektorunda həyata keçirdiyi investisiyalarla yanaşı, işğaldan azad olunmuş ərazilərdə iqtisadi aktivliyin formalaşmasına da töhfə verir. Şirkət Qarabağ bölgəsində ilk kommersiya satışlarını həyata keçirən yerli müəssisələrdən biri olaraq regionun istehsal və logistika potensialından səmərəli istifadə edir. Qrup paralel olaraq un və un məhsullarının xarici bazarlara çıxış imkanlarını genişləndirir. Hazırda müxtəlif regional bazarlar üzrə aparılan araşdırmalar və kommersiya danışıqları çərçivəsində Türkiyə, İraq, Əfqanıstan və digər perspektivli istiqamətlərdə mövqelərin gücləndirilməsi hədəflənir.
Bunu Marja.az-a "Agro Dairy Qrupu"nun Kommersiya üzrə Baş Direktoru və İdarə Heyətinin üzvü Əsəd Qurbanzadə bildirirb.
Dövlət dəstəyi ixracın rəqabət qabiliyyətini artıracaq
Əsəd Qurbanzadə qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı “Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman yerli istehsalçıların beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Fərmana əsasən, ixrac edilən məhsullar üzrə nəqliyyat xərclərinin 70 faizədək hissəsinin dövlət tərəfindən kompensasiya olunması Azərbaycan istehsalçılarının xarici bazarlarda daha rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək.
Bu qərarın sektor üçün strateji əhəmiyyətini dəyərləndirən Əsəd Qurbanzadə bildirib:
“Un və un məhsulları seqmentində logistika xərcləri son məhsulun maya dəyərində əhəmiyyətli paya malikdir. Xüsusilə uzaq bazarlara çıxış zamanı nəqliyyat xərcləri istehsalçının rəqabət imkanlarını birbaşa müəyyən edir.
Dövlət tərəfindən təqdim olunan bu dəstək mexanizmi Azərbaycan istehsalçılarının yeni bazarlara daha çevik daxil olmasına, məhsullarını daha rəqabətli qiymətlərlə təklif etməsinə və ixrac coğrafiyasını genişləndirməsinə imkan yaradacaq. Bu, təkcə ayrı-ayrı müəssisələrin deyil, ümumilikdə ölkənin qeyri-neft ixrac potensialının gücləndirilməsi baxımından mühüm addımdır.”
Onun sözlərinə görə, 2026-cı il sentyabrın 1-dən tətbiq ediləcək güzəşt mexanizmi regional logistika imkanlarının daha da genişlənəcəyi dövrədək ixracatçılar üçün əlavə rəqabət üstünlüyü formalaşdıracaq və yeni bazarlarda dayanıqlı satış kanallarının qurulmasını sürətləndirəcək.
Davamlı inkişaf və ixrac yönümlü istehsal
"ATS Mill" ötən il yerli ərzaqlıq buğdanın emalı istiqamətində 67 min tonluq istehsal göstəricisinə nail olub. Müəssisə bu nəticəni istehsal səmərəliliyinin artırılması, xammal təminatının gücləndirilməsi və dövlət dəstək mexanizmlərindən effektiv istifadə hesabına əldə edib.
Şirkət hesab edir ki, ölkədə formalaşan müasir aqrar-sənaye infrastrukturu, ixracın təşviqi alətləri, logistika sahəsində dövlət dəstəyi və yerli istehsalçıların artan rəqabət qabiliyyəti Azərbaycan un sənayesinin regional bazarlarda mövqelərini daha da gücləndirəcək, qeyri-neft ixracının artırılmasına və milli brendlərin beynəlxalq bazarlarda tanınmasına mühüm töhfə verəcək.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 11 saat əvvəl
-
12 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
15 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi





















