Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir

“PAŞA Bank”/Murad Süleymanov: "Bu günə olan məlumata əsasən, PAŞA Bank-ın səhmlərinə investorların yerləşdirdiyi sifarişlərin ümumi həcmi bank tərəfindən IPO-ya çıxarılan həcmi (51 milyon 310 min 930 manat) artıq üstələyib. Buna baxmayaraq, yerləşdirmə zamanı prioritet pərakəndə investorların (fiziki şəxslərin) sifarişlərinə yönəldiyindən fiziki şəxslərin 20 min manatadək olan sifarişlərinin 100% həcmdə yerləşmə ehtimalı yüksəkdir".
iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“PAŞA Bank” ASC-nin ilkin kütləvi təklif çərçivəsində satışa çıxardığı səhmlərə investor marağı yüksəkdir.

Marja.az-ın məlumatına görə, Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Murad Süleymanov brifinqdə bildirib ki, hazırkı məlumata görə, səhmlərə sifarişlərin ümumi məbləği təklif olunan həcmi üstələyib.

Murad Süleymanovun sözlərinə görə, abunə yazılışı iyunun 12-də başa çatacaq. Bundan sonra səhmlərin yerləşdirilməsi prosesinə başlanılacaq.

“Yerləşdirmə prosesinin nə qədər vaxt alacağını iyunun 12-dən sonra, ilk tarixlərdə biləcəyik və mətbuata açıqlama verəcəyik. Yerləşdirmənin bitmə vaxtı elan olunacaq, bundan sonra isə ikinci bazarın açılışı barədə məlumat veriləcək”, – deyə Murad Süleymanov bildirib.

O qeyd edib ki, PAŞA Bank səhmlərinin təkrar bazarda ticarətə başlaması Bakı Fond Birjası ilə birlikdə təşkil olunacaq və bu tədbirə media nümayəndələri də dəvət ediləcək.

“Bu, bazar üçün əhəmiyyətli tədbirdir. Biz istəyirik ki, proses maksimum işıqlandırılsın və insanlar ikinci bazarda, təkrar bazarda da aktiv olsunlar”, – deyə PAŞA Bank-ın Baş Maliyyə İnzibatçısı vurğulayıb.

Murad Süleymanov xatırladıb ki, PAŞA Bank-ın emissiya prospektində investorlar üçün üç prioritet səviyyə nəzərdə tutulub. Birinci səviyyəyə 20 min manatadək sifariş verən fiziki şəxslər, ikinci səviyyəyə 20 min manatdan yuxarı sifariş verən fiziki şəxslər, üçüncü səviyyəyə isə hüquqi şəxslər daxildir.

Murad Süleymanov bildirib ki, bu bölgünün əsas məqsədi səhmdarlar sırasında daha çox fiziki şəxsin iştirakına şərait yaratmaqdır. Tələbatın yüksək olması halında hər səviyyə üzrə sifarişlərin təmin olunması emissiya prospektində göstərilən qaydalara uyğun həyata keçiriləcək.

“Bizim məqsədimiz burada daha çox fiziki şəxsin iştirak etməsidir. Emissiya prospektində bu məsələ əksini tapıb. Hətta nəzərə almışıq ki, əgər kimsə bir səhm üçün sifariş veribsə, proporsional bölgü zamanı yuvarlaqlaşdırma səbəbindən onun payı sıfıra düşməsin. Minimal sifariş verən investorların ən azı bir səhm əldə etməsi üçün bu incəliklər də nəzərdən keçirilib”, – deyə Murad Süleymanov bildirib.

Onun sözlərinə görə, bu günə olan məlumata əsasən, pərakəndə investorların sifarişləri təkbaşına bütün təklif həcmini örtmür. Bununla belə, fiziki şəxslərdən daxil olan sifarişlərin dinamikası hər gün dəyişir və son günlər investor aktivliyində artım müşahidə olunur.

PAŞA Bank rəsmisinin sözlərinə görə, əgər fiziki şəxslərin sifarişləri ümumi təklif həcmini tam örtməsə, həmin investorların sifarişlərinin tam həcmdə təmin olunması mümkündür. Lakin yekun qərar abunə yazılışının nəticələrindən və sifarişlərin ümumi strukturundan asılı olacaq.

Murad Süleymanov qeyd edib ki, bugünə olan məlumata görə 16000 investor sifariş yerləşdirib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

10.06.2026 15:14
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19